Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-727/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X7 Novruz oğlunun katibliyi, Şikayət verən X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı əsasında X4 Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsilə 1000 manat cərimə edilmişdir. X1 qərardan şikayət vermiş, həmin şikayət müddət ötürülməklə verildiyindən şikayətə müddətin bərpası barədə vəsatət əlavə etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının mövcudluğundan yalnız xx.xx.2025-ci il tarixində məlumat əldə etmişdir. Qərar barədə onun mobil telefonuna SMS bildiriş göndərilməmiş, həmçinin poçt vasitəsilə təqdim edilməmişdir. Bu səbəbdən şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti obyektiv səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən buraxılmış müddətin üzürlü hesab edilməsini və bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X4 vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 vəsatəti əsassız hesab edərək, müddətin bərpası barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, mübahisəli qərar X2 elektron kabinetinə yerləşdirilmiş, həmçinin həmin qərar barədə SMS bildiriş onun istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən təqdim edilmiş çıxarışlardan görünür ki, MN ******* nömrəli qərar barədə SMS bildiriş X2 istifadəsində olan +994 55 203 00 14 mobil nömrəsinə göndərilmiş, həmin bildiriş xx.xx.2025-ci il tarixdə çatdırılmış kimi qeydə alınmışdır. Həmçinin digər çıxarışdan isə görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı X2 elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, şikayətçinin buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilə bilməz. Əvvəla, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı barədə SMS bildiriş şikayətçinin istifadəsində olan (özünün də vəsatətdə qeyd etdiyi) mobil nömrəyə göndərilmiş və xx.xx.2025-ci il tarixdə çatdırılmış kimi informasiya sistemində qeydə alınmışdır. Eyni zamanda qərar onun elektron kabinetinə də yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.5-1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında qərarın şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə SMS məlumat çatdırıldığı vaxtdan sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qanunverici rəsmi təqdimetmə faktını məhz informasiya sistemində qeydə alınmış çatdırılma anı ilə bağlamışdır. Bu baxımdan, xx.xx.2025-ci il tarixindən etibarən qərar şikayətçiyə rəsmi qaydada verilmiş sayılır və 130.1-ci maddəyə uyğun olaraq həmin tarixdən iyirmi gün müddətində şikayət vermək hüququ yaranmışdır. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən müddətin bərpası yalnız üzrlü səbəbdən buraxılma hallarında mümkündür. Üzrlü səbəb dedikdə, şəxsin iradəsindən asılı olmayan, obyektiv xarakter daşıyan və şikayətin vaxtında verilməsini faktiki olaraq qeyri-mümkün edən hallar başa düşülməlidir. Lakin şikayətçi vəsatətində müddəti hər hansı obyektiv maneə səbəbindən deyil, ümumiyyətlə qərardan məlumatı olmadığını bildirməklə əsaslandırmışdır. Halbuki iş materialları onun bu mövqeyini təkzib edir və qərarın qanunla müəyyən edilmiş qaydada çatdırıldığını sübut edir. Belə olan halda, şikayətçinin müddəti üzrlü səbəbdən buraxdığı təsdiq olunmur. Əksinə, qərar rəsmi qaydada verilmiş və şikayət müddətinin axımı qanuni əsaslarla başlamışdır. Müddətin bərpası institutu isə şəxsin subyektiv etinasızlığını və ya informasiya sistemində qeydə alınmış çatdırılma faktını inkar etməsini kompensasiya etmək vasitəsi kimi tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin təmin edilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasından imtina edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-727/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-727/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver