Məhkəmə qərarları › İş №3(5-93)-753/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-753/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-753/2026 13.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «BYD Destroyer 05 Plug-İn Hibrid» minik markalı, **-YA-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs 19 sentyabr 2025-ci il tarixli, EQ 30784676 nömrəli qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 19 sentyabr 2025-ci il tarixli, EQ 30784676 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 19 sentyabr 2025-ci il tarixdə «BYD Destroyer 05 Plug-İn Hibrid» minik markalı, **-YA-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmişdir. 07 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədəyindən onun barəsində İXM-in 529.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, bütün növ inzibati cərimələrin deyil, məhz yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xətaya görə tətbiq edilən cərimənin yuxarıda göstərilən müddətdə ödənilməməsi İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 469.3-cü maddəsi isə yol hərəkəti qaydaları əleyhinə deyil, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalardan olduğundan, bu maddə ilə tətbiq edilmiş inzibati cərimənin 3 ay müddətinə ödənilməməsi İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 53, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə uyğun olaraq xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar