Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-76/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli Protokol daxil olmuşdur. Şəxs məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, həmin protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olduğundan qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta haqqında protokolda onu tərtib etmiş şəxsin vəzifəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməmişdir. Protokolu tərtib etmiş şəxsin vəzifəsini müəyyən etmədən protokolun səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməsini, inzibati xətanın törədildiyi yeri müəyyən etmədən inzibati xəta haqqında işə baxan məhkəməni müəyyən etmək mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 100.1.2-ci maddəsinə əsasən protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, həmin məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bundan başqa, protokolda hüquqi şəxsə məlumat verilməsi, lakin gəlməməsi göstərilmiş, lakin həmin faktı təsdiq edən hər hansı sənəd əlavə edilməmiş, əslində isə bizə inzibati xəta haqqında iş üzrə icraat aparılması barədə heç bir məlumat verilməmiş və inzibati xəta haqqında protokolun surəti göndərilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa, inzibati xəta haqqında protokolda inzibati xətanın hansı üsulla aşkar edilməsi göstərilməmişdir. Protokola əlavə edilmiş “DİN-nin DYP Web Portalı”ndan çıxarışa əsasən ehtimal etmək olar ki, həmin inzibati xəta xüsusi texniki vasitələrdən istifadə olunaraq aşkar edilmişdir, lakin bununla bağlı protokolda heç bir qeyd aparılmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Yuxarıda göstərilən çatışmazlıqları işə baxılarkən tamamlamaq mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bundan başqa, inzibati xəta haqqında protokol əlavə edilmiş “DİN-nin DYP Web Portalı”ndan çıxarışdan görünür ki, həmin inzibati xəta xüsusi texniki vasitələrdən istifadə olunaraq aşkar edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi halına dair imperativ qayda müəyyən edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh vermə haqqında elektron qərar yalnız fiziki şəxs barəsində çıxarılır. Lakin göründüyü kimi, inzibati xəta xüsusi texniki vasitələrdən istifadə olunaraq aşkar edilsə də, Binəqədi DYPŞnin polis əməkdaşı tərəfindən hüquqi şəxsin barəsində protokol tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi, həm İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında elektron qərarın real vaxt rejimində və fiziki şəxsin barəsində tərtib olunmaması, həm də inzibati xətanın törədildiyi yerin, vaxtın və bu xətanın mahiyyətinin, inzibati xətanın aşkar edilməsi üsulunun müəyyən edilməməsi ilə əlaqədar hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallardır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, Binəqədi DYPŞ tərəfindən İXP7379053 seriya və nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci tarixdə tərtib edilsə də, xx.xx.2025-ci il tarixli, 3-13-46/2- 60476 nömrəli məktubla Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətin pozulmasına görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 596.2-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Məhkəmə, iş materiallarını və hüquqi şəxsin təqdim etdiyi etirazı araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə tam uyğun tərtib edilməmişdir. Belə ki, protokolda İnzibati Xətalar Məcəlləsinin 100.5.4-cü maddəsinin tələbinə baxmayaraq, inzibati xətanın mahiyyəti göstərilməmiş, 100.5.7-ci maddəyə zidd olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları protokola daxil edilməmiş, habelə 100.5.8-ci maddənin tələblərinə uyğun olaraq inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə edildiyi halda həmin vasitələrə dair zəruri məlumatlar protokolda əksini tapmamışdır. Eyni zamanda, hüquqi şəxsə inzibati xəta haqqında iş üzrə icraat aparılması barədə məlumat verildiyini təsdiq edən hər hansı sübutun iş materiallarına əlavə edilməməsi, hüquqi şəxsin izahat vermək və digər prosessual hüquqlarından istifadə etmək imkanının təmin olunmadığını göstərir. Qeyd olunan prosessual pozuntular inzibati xəta haqqında protokolun mahiyyətcə natamam olmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən çatışmazlıqlar işə baxılarkən aradan qaldırıla bilən xarakter daşımır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 106.0 və 109.1.6-cı maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş materialların onu tərtib etmiş orqana geri qaytarılması zəruri hesab edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli Protokol geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-76/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-76/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver