Məhkəmə qərarları › İş №3(5-93)-85/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-85/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-85/2026 27.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə ildə Ağsu rayonu, Gəgəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məğul olan, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 20:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsi ilə üzü Binəqədi qəsəbəsinin mərkəzinə doğru saatda təxminən 40-45 saat/km sürətlə düzünə hərəkətdə olarkən qarşısında onunla eyni istiqamətə hərəkətdə olan avtomobili keçmək üçün əks istiqamətli yola çıxmış və avtomobili ötdükdən sonra yenidən öz zolağına qayıtmaq istəyərkən avomobilinin sol yan hissəsi əks isiqamətli zolağda hərkətdə olan X1 idarə etdiyi mühərrikinin işçi həcmi 0,49 kub olan Tufan M 50 markalı mopedin sol yan hissəsinə dəymişdir. Toqquşması nəticəsində X3 ağır dərəcəli, X5 isə yüngül dərəcəli xəsarət almışlar. Bakı şəhəri Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Şirinov tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin əlamətləri olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Binəqədi RPİ-in DYPŞ-yə göndərilmişdir. Bundan sonra Binəqədi RPİ-in DYPŞ-in əməkdaşı, polis mayoru X4 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 20.50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsi ilə üzü Binəqədi qəsəbəsinin mərkəzinə doğru saatda təxminən 40-45 saat/km sürətlə düzünə hərəkətdə olarkən qarşısında onunla eyni istiqamətə hərəkətdə olan avtomobili keçmək üçün əks istiqamətli yola çıxmış və avtomobili ötdükdən sonra yenidən öz zolağına qayıtmaq istəyərkən avomobilinin sol yan hissəsi əks isiqamətli zolağda hərkətdə olan X1 idarə etdiyi mopedin sol yan hissəsinə dəymişdir. Toqquşma nəticəsində X3 ağır dərəcəli, X5 isə yüngül dərəcəli xəsarət almışdır. X3 ilə arasında barışıq olduğundan onun barəsində cinayət təqibinə xitam verilmişdir. X2 da ondan hər hansı şikayəti və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Bakı şəhəri Binəqədi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri Binəqədi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət təqibinə xitam verilmiş, Şəxs cinayət məsuliyyətindən azad edilmiş, qərarın surəti tərəflərə göndərilmiş, tərəflər həmin qərarı mübahisələndirməmişlər. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2025-ci il tarixdə törətmiş, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar isə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda, yəni inzibati xəta haqqında protokol məhkəməyə daxil olduğu zaman cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt ötmüş, başqa sözlə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Eyni Məcəllənin 38.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə xətalara görə tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçənədək verilməsinin mümkünlüyü nəzərdə tutulsa da, nəzərə alınmalıdır ki, bu halda İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi xüsusi norma kimi çıxış edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona İXM-in 327.8-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 38, 53, 109-cu maddəsini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar