Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-869/2026 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət verən X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X3 eyni tarixdə Bakı-Quba- Rusiya yolunun 83-cü km-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli əsasən X3 eyni tarixdə Binəqədi rayonu, Telman Kəlbiyev küçəsi 17-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, birinci inzibati xəta Bakı–Quba–Rusiya yolunun 83-cü kilometrində, ikinci inzibati xəta isə Binəqədi rayonu ərazisində törədilmişdir. Yəni söhbət təkcə iki ayrı tarixdən və iki ayrı qərardan yox, iki fərqli hadisə yerindən, iki fərqli faktiki şəraitdən və mahiyyət etibarilə iki müstəqil inzibati xətadan gedir. Bu xətalar eyni inzibati icraat çərçivəsində aşkar edilməmiş, bir-birini şərtləndirməmiş və aralarında faktiki-hüquqi bağlılıq mövcud olmamışdır. Bu halda hər bir qərar müstəqil inzibati akt olmaqla ayrıca mübahisə predmeti təşkil edir və inzibati prosessual qanunvericiliyin tələbinə görə hər bir inzibati akt üzrə ayrıayrılıqda şikayət verilməlidir. Fərqli yer, fərqli vaxt və fərqli faktiki hallar üzrə qəbul olunmuş qərarların eyni şikayət ərizəsində birləşdirilməsi isə məhkəmə baxışının predmetini qeyrimüəyyən edir, sübutların qiymətləndirilməsini mümkünsüz edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlarından verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlar fərqli vaxtda, fərqli ərazilərdə törədilmiş müxtəlif inzibati xətalar üzrə qəbul edilmiş müstəqil inzibati aktlar olduğundan, hər bir qərardan ayrı-ayrılıqda müstəqil şikayət verilməlidir. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-869/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-869/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver