Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-87/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, bağlar massivi fərdi tikili qeydiyyatsız evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon X4 Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində təəssüf hissi keçirir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Binəqədi rayon X4 Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, tərəfə “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə istifadələrində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatdırılmasına baxmayaraq, Binəqədi rayon X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Şəxs və X1 xəsarət alması ilə bağlı toplanmış HK-1/1323 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, baş vermiş hadisəyə səbəb sürücü yəni, Daica markalı AZ ** TX *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Novxanı qəsəbəsi, Murad marketin yaxınlığında Daica markalı AZ ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etməni itirərək divara dəyməsi nəticəsində yola dağılan odunların onun idarə etdiyi BYD markalı AZ ** PQ *** qeydiyyat nişanlı avtomobilə dəymiş, həmçinin Daica markalı avtomobilinin sürücüsü və həmin avtomobildə olan bir nəfər sərnişin xəsarət almışdır. xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” prokoldan görünür ki, inzibati xəta hadisəsinin törədildiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Murad marketin yaxınlığıdır. xx.xx.2025-ci il tarixli, 6872 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, inzibati xəta hadisəsinin baş verdiyi zaman Şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞnin xx.xx.2025-ci il tarixli, 1687 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Şəxs aşkar edilmiş xəsarətlər – sol əlin İİİ, İV daraq sümüklərinin yerdəyişən sınıqları, burnun şişkinliyi, hər iki göz nahiyələrinin qançıqları, döş qəfəsinin və qarın nahiyələrinin küt travması bərk küt əşya(lar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞnin xx.xx.2025-ci il tarixli, 1709 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş V.Ə.İmaməliyevdə aşkar edilmiş xəsarətlər – üzün və sol bazunun əzilmiş dəri yaraları, sağ paraorbital və sol baldır nahiyələrinin hematomaları bərk küt əşya(lar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş V.Ə.İmaməliyevdə aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirilmə nəticəsində törəmələri inandırıcı deyildir. Məhkəmə iclasında hadisənin video-görüntüsünü əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Daica markalı AZ ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etməni itirərək divara dəyməsi nəticəsində yola dağılan odunların onun idarə etdiyi BYD markalı AZ ** PQ *** qeydiyyat nişanlı avtomobilə dəymiş, həmçinin Daica markalı avtomobilinin sürücüsü və həmin avtomobildə olan bir nəfər sərnişin xəsarət almışdır. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-in 327.8-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-87/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-87/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver