Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-870/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X4 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə, saat 23:28 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 47-də ona məxsus olan “Toyota Prado” minik markalı, **-HF-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, Bakı şəhər X10 İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi bildirilmiş və barəsində inzibati protokol tərtib olunacağı bildirilmişdir. O, buna etirazını bildirsə də, onun etirazına heç bir əhəmiyyət verilməmiş və xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında iş üzrə ptorokol tərtib edilməsi barədə mobil telefonuma sms gəlmişdir. Bundan sonra xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmağına dair ona sms göndərilmişdir. Aşağıda qeyd olunanlara əsasən Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2026-cı il tarixində, saat 23:28 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 47-də “Toyota Prado” minik markalı, 90-HF- 655 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman işıqforun yaşıl işığında hərəkət olmuşdur. O, yazılmış protokolla razılaşmadığına və hər hansı qayda pozuntusuna yol vermədiyinə görə dərhal Bakı şəhər X10 İdarəsinə getmiş və orada öz etirazını bildirmişdir. Həmin vaxt onun iştirakı ilə kamera görüntülərinə baxış keçirilmiş və baxış zamanı həqiqətən də onun hər hansı bir qayda pozuntusuna yol vermədiyi müəyyən olunmuşdur. Hətta orada ona bildirmişlər ki, “narahat olma sən heç bir qayda pozuntusuna yol verməmisən, sənin barəndə qərar qəbul edilə bilməz.” Lakin bütün bu qeyd olunanlara baxmayaraq, xx.xx.2026-cı il tarixdə ona cərimə olunması barədə sms gəlmiş və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq inzibati təhbeh haqqında qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, həmin ərazidə çoxsaylı kameralar mövcud olmasına baxmayaraq hadəsinin görüntüləri əks olunan video və foto görüntülər götürülməmiş və onlara baxış belə keçirilməmişdir. Görüntülərə baxış keçirilmədən işin obyektiv araşdırılması mümkün deyildir. Məhkəmə iclasında X4 şikayətin dəlillərini müdafiə edərək DİN Baş X10 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayətçi tərəfindən törədilmiş qayda pozuntusunun video-görüntüsünü məhkəməyə təqdim edərək bildirmişdir ki, videogörüntüdən də göründüyü kimi “Toyota Prado” minik markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında keçərək, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunmuş video-görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Toyota Prado” minik markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, şikayətçi X3 qadağanedici qırmızı işığında hərəkətini davam etdirərək İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında X5 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “Toyota Prado” minik markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 istiqamətində baş vermişdir. X2 şikayət ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi, şikayətçi inzibati xəta hadisəsini törətmədiyinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X5 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən DİN Baş X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-870/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-870/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver