Məhkəmə qərarları › İş №3(5-93)-926/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-926/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-926/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq şöbəsinin baş məsləhətçisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin "xxxx" X4 nümayəndəsi X1 iştirakları ilə iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin "xxxx" X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin "xxxx" X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin "xxxx" X9 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X6 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən müəssisəyə xx.xx.2025-ci il tarixli 3-17-5/2-92720/2025 nömrəli sorğu məktubu göndərilmiş, müraciətə dair sənədlərin 3 iş günü müddətində DƏMX-ə verilməsi tələb olunmuş, lakin, əmək haqlarının ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəticədə “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq şöbəsinin baş məsləhətçisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X9 barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X4 nümayəndəsi X2 hazırda məktubun onlara gec çatdırıldığından sənədlərin də gec təqdim olunduğunu, təqsirli şəkildə hüquqpozmaya yol verilmədiyini nəzərə alaraq, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin fikirlərini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X9 tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 3(001)-9431/2025 saylı qərardadından görünür ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən Şəxs MMC-nin "xxxx" X4 rəhbərliyinə ünvanlanmış, vətəndaşın müraciətinə münasibət bildirilməsi və məktubda qeyd edilən sənədlərin 3 (üç) iş günü ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsinin xahiş edilməsinə, əks təqdirdə İXM-nin 539.3-cü maddəsi ilə xəbərdarlıq edilməsinə dair məktubun və inzibati xəta haqqında protokola baxılmasına dair bildirişin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin "xxxx" X4 rəhbərliyinə göndərilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilsə də, həmin bildiriş və məktubun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Bu səbəbdən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. AR ƏƏSMN yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-92720/2025 nömrəli Şəxs MMC-nin "xxxx" X4 rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, X6 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin təqi iləsi xahiş olumuşdur: müraciətdə qeyd edilən məsələyə dair ətraflı məlumat; işlədiyi dövr üzrə əmək haqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti "xxxx" QSC "xxxx" Elmi-İstehsalat Müəssisəsinin DƏMX-nin rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sorğu olunan sənədlərin surəti X10 Xidmətinə təqdim olunmuşdur. AR ƏƏSMN yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-110870/2025 nömrəli Şəxs MMC-nin "xxxx" X4 rəhbərliyinə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2025ci il tarixli 3-17-5/2-92720/2025 nömrəli sorğu məktubunda göstərilən sənədlər tam təqdim edilmədiyindən barələrində olan inzibati xəta haqqında işə baxılması üçün iştirakını təmin etməsi xahiş olunmuşdur. Protokola dəvət məzmunlu bildiriş xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin "xxxx" X4 şəxsi kabinetinə yerləşdirilmişdir. AR ƏƏSMN-nin avtomatlaşdırılmış sosial informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli məktub Şəxs MMC-nin "xxxx" X4 şəxsi kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X3 xx.xx.2025-ci il tarixli 3-17-5/2-92720/2025 nömrəli sorğu əsasında, X6 müraciətinə münasibət bildirilməsi və müraciətdə qeyd edilən məsələyə dair ətraflı məlumat və vətəndaşın işlədiyi dövr üzrə əmək haqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətinin 3 iş günü ərzində X10 Xidmətinə təqdim edilməsi tələb olunmuş, “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X9 tərəfindən əmək haqlarının ödənilməsini təsdiq edən sənədlər X10 Xidmətinə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etirazına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər əsasında vətəndaş X6 işlədiyi dövr üzrə əmək haqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətinin məhz hüquqi şəxsə ünvanlanmış sorğuya cavab olaraq göndərildiyini təsdiq etmək mümkün deyildir. Bundan başqa, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi məhkəməyə təqdim etdiyi vətəndaşın işlədiyi dövr üzrə əmək haqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətinin sorğuda göstərilən vaxtda X10 Xidmətinə çatdırılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X4 barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X5 inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqi şəxs tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3– 540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X5 bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən 1 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə “CİHAZ İSTEHSALAT BİRLİYİ» MMC-nin "xxxx" X9 bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Həmin müddətdə yuxarıda qeyd edilən hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə və məhkəməyə məlumat verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar