Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1023/2026 26.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə rəisi Mahir Rüstəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Şirvan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Dəmir karqo”da işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 24 yanvar 2026-ci il tarixdə qanuni əsaslarla daxil olduğu ünvan 2 ünvanında vətəndaş X2 məxsus 380 manat dəyərində “Redmi 14C” markalı telefonu, 5 manat dəyərində nömrəni və həmin telefonun arxasında olan 60 manat məbləğində pulu götürərək xırda talama əməlini törətmişdir. 24 yanvar 2026-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə xidmət sahəsinə həvalə edilməsi üçün Xətai RPİ-nin 35-cı PŞ-nə təqdim edilməsi qərara alınmışdır. Şəxs 24 yanvar 2026-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Şöbəsinin sahə rəisi Mahir Rüstəmov tərəfindən 26 yanvar 2026-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Şöbəsinin sahə rəisi Mahir Rüstəmov məhkəmə iclasında protokolu müdafiə edərək, həmin məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, törətdiyi əməlinin fərqində olmadığını, hazırda zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək, barışıq əldə etdiyini bildirmiş, əməlindən səmimi peşman olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında tanışı Şəxs onun yaşadığı evə gəldiyini, Şəxs sərxoş vəziyyətdə olması səbəbindən evini tərk etməsini ondan tələb etdiyini və bu zaman Şəxs onun telefonunu və 60 manat məbləğində pulunu götürərək getdiyini bildirmişdir. Hazırda ona vurulmuş ziyan tamamilə ödənilmişdir, Şəxs qarşı şikayəti, tələbi yoxdur, hazırki iş üzrə aralarında barışıq əldə olunmuşdur. Həmçinin, zərərçəkmiş şəxs X1 məhkəmə iclası zamanı yazıb təqdim etdiyi ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışdığını, dəymiş ziyanın tamamilə ödənilməsini, həmin şəxsə dair heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materillarında olan zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən göründüyü kimi, barəsində protokol tərtib edilmiş şəxs Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs ilə barışdığından və ona vurulmuş ziyanı tamamilə ödədiyindən, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1023/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1023/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver