Məhkəmə qərarları › İş №3(5-94)-1048/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1048/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1048/2026 06.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Xətai rayon DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayonu DYPS əməkdaşı Polis X1 tərəfindən, barəsində TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat məbləğində cərimə tətbiq etmişdir. İnzibati qaydada cərimə edilməyi barədə qərarı tamailə əsassız və qanunsuz hesab edir. Belə ki, qərara əsasən, guya durma qaydalarını pozmuşdur. Tamami ilə yalandır. İnzibati təhbeh haqqında qərarın verilməsinə əsas olmuş protokol tamailə qanunsuz olaraq tərtib edilmişdir. Bildirir ki, xx.xx.2026-cı il tarixində Bakı şəhəri Xəta rayonu Məzahir Rüstəmov küçəsində "İslam" market yaxınlığında mənə məxsus idarə etdiyim ** CQ *** nömrəli X9 markalı avtomobilini parklanmaq üçün nəzərdə tutulmuş xətlərin arasında avtomobili 30 saniyə olardıki avtomobilini dayandırmışdır. Düşmək məqsədi ilə qabaq sol qapını təxminən 15 sm həcmində açarkən, gözlənilmədən hərəkətdə olan, 77-HV- 225 dövlət qeydiyyat nişanlı Ford Fujun markalı avtomobil mənim avtomobimin qabaq sol qapıma çırpılaraq, qarşı tərəfə doğru hərəkət etmişdir. Hadisə yerinə Bakı şəhəri Xətai Rayon DYP əməkdaşı Polis X1 gəlmiş, hadisəni onun tərəfindən araşdırıldığını bildirmiş və xx.xx.2026-cı il tarixində onun xidməti otağına dəvət etmişdir. xx.xx.2026-cı il tarixində mən Bakı şəhər Xətai Rayon Polis İdarəsinin DYP-də Polad müəllimin xidməti otağında hadisə ilə bağlı ətraflı izahat vermişdir. Həmin vaxt o ona boş sxem təqdim edərək imza etməyini bildirdi. Sxemin nə üçün boş olduğunu soruşduqda, O, "Sonra dolduracam." Deyərək cavab verdi. Hüquqşünasdır, ona görə də boş sənədi imzalamaqdan imtina etmiş və sonunda Polad müəllim bildirdi ki, video-görüntünü əldə etdikdən sonra onu görüntü ilə tanış edəcək, lakin video-görüntü ilə bağlı mübahisə olduğu halda iş üzrə avto-texniki ekspertiza təyin edəcəkdir. Həmin zaman əvvəlcədən ona dedi ki, artıq öz düşüncələri ilə müəyyən edir ki, təqsirkar şəxs sənsən. həmin zaman artıq özünə qarşı hadisəni araşdıran polis əməkdaşının qərəzli olduğunu anlamış və bilmişdir ki, artıq onun bu işdə marağının olması onda qarşı şübhə doğurdu. Sonunda bildirdi ki, hadisə video-görüntüləri mənə qarşı rəsmi qaydada təqdim olunmasını inzibati iş üzrə iş materiallara rəsmi qaydada tanış olmaq hüququ vardır. Həmçinin polis əməkdaşı Polad müəllimə bildirmiş ki, Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Polis X1 isə "əgər rəis icazə verərəsə video-görüntüləri göstərə bilərəm, əks halda belə bir qanunvericiliyin tələbi olsa belə, rəis icazə verməsə o həmin video görünütünü təqdim edə bilməyəcəm. Mən rəisə tabeyəm” Hadisənin video görüntüsünə baxmadan obyektiv qərar qəbul etmək mümkün deyildir. Beləliklə qeyd olunan inzibati xəta hadisəsini törətməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Xətai rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 17:00-da M.Rüstəmov küçəsi ərazisində «X7 Sport» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən durma qaydalarını pozmuşdur. Məhkəmə iclasında Xətai rayon DYPŞ tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 «X7 Sport» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili durma qaydalarını pozaraq saxlamış, yəni sürücü avtomobili saxladıqdan sonra qapını açaraq yol hərəkətinin digər iştirakçısı üçün maneə yaradaraq qəzaya səbəb olmuşdur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası qanununun 52-ci maddəsinin l bəndinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Vİİİ-ci bəndinə görə nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Xətai rayon DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai rayon DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar