Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1053/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 5000 ABŞ dolları məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 20 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X4 tərəfindən tərtib olunmuş 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 50000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 50000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 5000 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-850/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 06 iyun 2024-cü il tarixli, EP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və şəxsin təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-850/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən və S.Qarayeva tərəfindən təkrarən həmin qərarın ləğvi üçün məhkəməyə müraciət olunduğundan şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında 20 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1053/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1053/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver