Məhkəmə qərarları › İş №3(5-94)-1064/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1064/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1064/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə “BYD K9UD” avtobus markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında “Əhmədli” metrosu yaxınlığında hərəkətdə olarkən sol tərəfdə hərəkətdə olan minik maşını avtobusun sol tərəfinə çırpılmışdır. Yol patrul xidməti əməkdaşları tərəfindən manevr qaydalarını pozduğu bildirilmiş və İXP seriyalı ******* №-li xx.xx.2026-cı il inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və TP seriyalı ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən 40 manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhər X10 İdarəsi polis kapitanı X3 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, o, xx.xx.2026-cı il tarixdə “BYD K9UD” avtobus markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında “Əhmədli” metrosunda son dayanacağa daxil olmaq istəyərkən dönmə işıqlarından istifadə sağa manevr edirdi. Belə olan halda sol tərəfi görmək mümkün deyildir. **-UU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili arxadan gələrək sol tərəfə keçə biləcəyini zənn etsə də, yüksək sürəti idarə edə bilmədiyi üçün sağ tərəfə çəkərək avtobusun sol arxa hissəsinə zədə yetirmişdir. Həmin avtomobilin sağ yan hissəsi avtobusla toqquşmuşdur. Zədə nəticəsində də onun idarə etdiyi avtobusa 220 manat ziyan vurmuşdur. Nəticədə, polis əməkdaşı hadisə ilə bağlı hər iki tərəfə protkol tərtib edildiyini bildirmişdir. Baş verən hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 Xidmətinə də şikayətini bildirmişdir. Həmçinin hadisənin video görüntülərini də məhkəməyə təqdim edir. Şikayətin təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsi polis kapitanı X3 tarixli tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimə dair qəbul edilmiş TP seriyalı 7786177 №-li xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək videogörüntülər təqdim edərək şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 16:00-da Məhəmməd Hadi küçəsində «BYD K9UD» avtobus markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, **- UU-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin sol hissəsi ilə hərəkətdə olarkən ondan sağ zolaqda «BYD K9UD» avtobus markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edir. Bu zaman avtobus manevr edərək sağa dönür və avtobusun sol arxa hissəsi paralel hərəkətdə olan **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsi ilə toqquşma baş verir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin l hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. 42-ci maddəsinin Vİİ hissəsinə əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. 42-ci maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanan manevr etmə qaydalarına əməl etməmiş, nəticədə yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkətdə olan **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşma baş vermişdir. Toqquşmanın **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə deyil, sağ yan hissəsi ilə baş verməsi də hadisənin X2 təqsirli hərəkətləri nəticəsində baş verməsinə dəlalət edir. Beləliklə, Bakı şəhəri X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar