Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1066/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq qızı, Piriyev Vəkil Bağman oğlunun “X3 protokolun ləğv edilməsi” barədə şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Piriyev Vəkil Bağman oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında idarə etdiyi **-VL-*** Dövlət qeydiyyat nişanlı, Toyota Land-Cruiser- Prado minik markalı avtomobili qadağan olunmamış ərazidə müvəqqəti saxladığı və avtomobildən uzaqlaşmadan, əraziyi tərketmədən barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli X1suz və əsassız olduğu üçün ləğv edilməsi və icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X3 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə X3 protokoldan deyil, qərardan şikayət nəzərdə tutulmuşdur. Odur ki, həmin protokol əsasında qəbul edilmiş qərardan şikayət ərizəsi məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən X3 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. X3 iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. X3 iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 protokoldan şikayət verilməklə, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Odur ki, Piriyev Vəkil Bağman oğlunun şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Piriyev Vəkil Bağman oğlunun “X3 protokolun ləğv edilməsi” barədə ərizəsinin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Piriyev Vəkil Bağman oğluna qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-1066/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1066/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver