Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1071/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonu, Şıxbabalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” PHŞ-də nəzarətçi işləyən, Ağdam rayonu, Şıxbabalı Ə/D, Şıxbabalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 28 yanvar 2026-cı il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 28 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs X4 zəng edərək ona qarşı nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Azad adlı şəxslə əlaqə saxlayaraq suya olan borcunu ödəməsini bildirmişdir. Lakin həmin şəxs aqressiv şəkildə ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, soyuqqanlı şəkildə həmin şəxsə borcunu ödəməsini demişdir. Azad adlı şəxsin şikayət ərizəsində qeyd etdikləri şər və böhtandan ibarətdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2026-cı il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, evdə olan zaman tanımadığı şəxs ona zəng edərək özünü təqdim etmədən su pulunu hədə qorxu və təhqirlə tələb etmişdir. Ona pulu ödəmədiyi təqdirdə su sayğacını söküb aparacağını bildirmiş, o isə ondan kim olduğunu soruşduqda cavab verməyib yenidən onu təhqir etmişdir. o, “Azərsu İdarəsinin Xətai rayon şöbəsi”nə zəng edərək işçinin onu təhqir etməsini bildirmiş, o isə onu şöbəyə dəvət edərək həmin şəxsin kim olduğunu araşdıracağını bildirmişdir. Bundan sonra həmin şəxs ona 3 dəfə zəng edib ağır şəkildə təhqir etmişdir. Bu səbəbdən o, məcbur qalıb polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Beləliklə o, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 28 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X4 zəng edərək ona qarşı nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməli törətmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 28 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 12:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, həmin izahat inzibati məsuliyyətdən boyun qaçırmaq üçün verilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və ağırlaşdıran hal kimi inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri olan həbs tətbiq olunmalı, həbs etmənin əvvəli 28 yanvar 2026-cı il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 yanvar 2026-cı il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1071/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1071/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver