Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1092/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Səlimov X6 nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri 6 saylı Notariat Konturunun 7E-40553 saylı, 04 iyul 2014-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-521/2025 saylı, 25 iyul 2025-ci il tarixli icra sənədləri üzrə tələb tam təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən 29 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında icra məmuru X5 protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs Bakı şəhər 6 saylı Notariat Konturunun 7E-40553 saylı, 04 iyul 2014-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-521/2025 saylı, 25 iyul 2025-ci il tarixli icra sənədləri üzrə tələbi tam təmin etməmişdir. Hesab edir ki, şəxs borcu icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlqədar digər qanuni tələblərini yertinə yetirmir, tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 2 ildir ondan pul tutulur. Başqa tələbkarlar da var. Pensiyasından tutulur. Protokol qanunsuzdur. Borcu ödəməkdən yayınmır, ödəyir. 2025-ci ilin noyabr ayında pensiyasından 1800 manat tutulmuşdur. Öz aralarında razılaşmışlar. İndiyədək 14333 manat ödəniş etmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Səlimov X6 nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, şəxs barəsində iki icra sənədi var. 213000 manat borcdan ödəniş edilməmişdir. Əliyev X2 olan əmlakını 2017-ci ildə satmışdır. Halbuki 2014-cü il tarixdən icra qeydi üzrə 300000 manat pulun tələbkarın xeyrimə tutulmalı idi. Şəxs əgər qərəzli boyun qaçırmamış olsa idi, həmin əmlakı 15 gün ərzində tələbkara verə və ya pulunu ödəyə bilərdi. Lakin borclu Şəxs icra sənədinin icrasını yerinə yetirmir. Bundan əlavə Borclunun pensiyasından tutulan aylıq 1800 manat pulun 1000 manatdan çox hissəsi müqavilə üzrə borclunun əvvəlki arvadına aliment kimi ödənilir. İki icra sənədi üzrə hazırkı zərərçəkmiş şəxsə aylıq cəmi 325 manat ödənilir. Bu məbləğ isə ümumilikdə 500 000 manat pul məbləğinin qarşılığında çox cüzi məbləğdir. Borclunun ödəməkdən yayınma cəhdləri həm də onunla təsdiq olunur ki, o sabiq arvadı ilə olan alimentin ödənilməsinə dair müqaviləni yeniləmiş, daha artıq məbləğdə aliment ödənilməsinə razılaşmışdır ki, hazırkı tələbkara mümkün qədər az məbləğ ödəsin. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan: Bakı şəhəri 6 saylı Notariat Konturunun 04 iyul 2014-cü il tarixli icra qeydindən görünür ki, həmin sənədlər üzrə Səlimov X6 xeyrinə Bakı şəh., A.Səhhət küç., ev.59/61, m.58-da qeydiyyatda olan Şəxs xx.xx.2014-cü ilədək vaxtında ödənilməmiş 300000 (üç yüz min) manat tutulması təklif edilmişdir. 05 dekabr 2012-ci il tarixli borc müqaviləsindən görünür ki, Səlimov X7 xx.xx.2014-cü il tarixədək Şəxs 300000 (üç yüz min) manat pul borc vermişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 04 iyul 2014cü il tarixli qərarından görünür ki, 7E-40553 saylı iş üzrə icraat başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-521/2025 saylı, 25 iyul 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 289.680 manat məbləğində pulun 8 il ərzində, yəni xx.xx.2014cü ildən xx.xx.2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, baş vermiş inflyasiya nəticəsində vurulmuş zərərin əvəzi kimi 213.494,16 (iki yüz on üç min dörd yüz doxsan dörd tam yüzdə on altı) manat Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 493,36 (dörd yüz doxsan üç tam yüzdə otuz altı) manat Şəxs alınaraq Zərərçəkmiş şəxs verilsin. Məhkəmə-mühasibat ekspertizasının xərci olan 200 (iki yüz) manat Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 09 yanvar 2026-cı il tarixli qərarından görünür ki, 2(103)-521/2025 saylı, 09 yanvar 2026-cı il tarixli iş üzrə icraat başlanılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 09 yanvar 2026-cı il tarixli bildirişdən göründüyü kimi, 2(103)-521/2025 saylı, 09 yanvar 2026-cı il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1825a saylı bağ evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixdə Şəxs adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 40-892 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185B, 99 saylı mənzil xx.xx.2017-ci il tarixdə Şəxs adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-95 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 89, 112 saylı mənzil xx.xx.1993-cü il tarixdə Şəxs adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 3M/A-01 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, 20 saylı mənzil xx.xx.1998-ci il tarixdə Şəxs adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4"Ə"376 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X3 (xx.xx.1991-ci il təvəllüdü) adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 67v, 69 saylı mənzil xx.xx.2021-ci il tarixdə; Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 33, 10 saylı mənzil xx.xx.2022-ci il tarixdə; Xaçmaz rayonu, İstisu qəsəbəsində 0,0600 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 (xx.xx.1993-cü il təvəllüdlü) adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 41, 57 saylı mənzil xx.xx.2012-ci il tarixdə; Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, 38 saylı mənzil xx.xx.2025-ci il tarixdə; Şamaxı rayonu, Çuxuryurd kəndində 0,0900 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 5, 195 saylı mənzil xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli 48-1101 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə özgəninkiləşdirilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəllər də dəfələrlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə və icra qeydinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Borclunun pensiyasından qanunla müəyyən olunmuş məbləğdə tutulmalar aparılsa da bu ödəmələr borcun məbləğinə münasibətdə cüzi məbləğ təşkil etməklə borcun ödənilməsinin qeyri-real olmasını göstərir. Məhkəmə borclunun faktiki gəlirlərini ölkə üzrə müəyyən edilmiş sosial normalarla – yaşayış minimumu (pensiyaçılar üçün 245 manat) və minimum əmək haqqı (400 manat) ilə müqayisə edərək, borclunun uzun müddət ərzində könüllü olaraq heç bir ödəniş etmədiyini nəzərə alaraq hesab edir ki, borclunun icranı ödəməkdən yayınmaması barədə izahatında göstərdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bu hal eyni zamanda inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinin mümkün olmaması şəraitində ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin əsasız olmayacağını göstərir. Məhkəmə yuxarıda göstərilənləri, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1092/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1092/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver