Məhkəmə qərarları › İş №3(5-94)-1115/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1115/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1115/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN BYDPİ tərəfindən qəbul edilmiş 22 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR İXM-nin 323.2 və 327.1-ci maddələri ilə barəsində qəbul edilmiş 22 yanvar 2026-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında is üzrə icraata xitam verilməsi barədə qərar barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 22 yanvar 2026-cı il tarixdə, şikayətçinin mülkiyyətində olan **-GQ-*** dövlət qeydiyyat nişanlı "LEXUS LX 600 MİNİK" markalı avtomobil ilə Babək Prospektindən mərkəz istiqamətində hərəkət edərkən, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. X10 Xidmətinin inspektoru kimi təqdim edən X3 avtomobilə yaxınlaşaraq şikayətçinin YPX-nın xidməti avtomobilinə yaxınlaşmağını tələb etmişdir. Şikayətçi isə hava şəraitinin pis olduğunu və üzərində qalın paltarlar olmadığı üçün öz xüsusi mülkiyyətini tərk etməyəcəyini bildirmişdir və saxlanılma səbəbini açıqlamasını tələb etmişdir. Buna baxmayaraq, YPX-nın əməkdaşı şikayətçinin xidməti avtomobilə yaxınlaşmağını yenidən tələb etdi və saxlanılma səbəbini xidməti avtomobildə açıqlayacağını bildirdi. Bu səbəbdən şikayətçi öz avtomobilini tərk edərək YPX-nın xidməti avtomobilinə əyləşmişdir. Orada inspektor bildirmişdir ki, şikayətçinin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb, buna görə də nəqliyyat vasitəsi dayanacağa aparılmalıdır. X8 Xidmətinin inspektoruna dəfələrlə izah edilmişdir ki, barəsində mövcud olan inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsi ilə bağlı məhkəmə qərarları qanuni qüvvəyə minmişdir və həmin qərarların icrası bütün dövlət orqanları və vəzifəli şəxslər üçün məcburidir. Buna baxmayaraq, YPX-nın əməkdaşı X3 şikayətçinin təqdim etdiyi məhkəmə qərarlarını nəzərə almamış, onları qiymətləndirməmiş və hüquqi əhəmiyyətinə məhəl qoymamışdır. Aralarında baş vermiş ünsiyyət zamanı yol patrul xidmətinin inspektoru şikayətçinin izahatlarını dinləməmiş, öz qanunsuz hərəkətləri barədə etdiyi haqlı iradlara diqqət yetirməmiş, şikayətçi ilə sərt və etik normalara zidd üslubda danışaraq vəzifəli şəxsə xas olmayan davranış nümayiş etdirmişdir. Bu hal, dövlət qulluqçusunun vəzifə borclarına, eləcə də vətəndaşlarla davranış qaydalarına açıq şəkildə zidd olmaqla, tərəfimdən irəli sürülən qanuni arqumentlərin qərəzli şəkildə nəzərə alınmamasını bir daha təsdiq edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 10637/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(041)-10685/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-10689/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-11243/2025 saylı, 11.12 2025-ci il tarixli, 3(011)-11228/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-5420/2025 saylı, xx.xx.2025ci il tarixli, 3(011)-6944/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-7808/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-4824/2025 saylı, xx.xx.2025-ci il tarixli və 3(011)-7810/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlarına əsasən barəmdə aparılan inzibati xəta haqqında işlər üzrə icraatlara xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi inzibati məsuliyyət yaradır və bu əmələ görə 400 (dörd yüz) manat məbləğində cərimə nəzərdə tutulur. Lakin barəmdə aparılmış inzibati xəta haqqında işlər üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-10637/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-10685/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-10689/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-11243/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)- 11228/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-5420/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-6944/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-7808/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-4824/2025 saylı, xx.xx.2025-ci il tarixli və 3(011)-7810/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarları ilə inzibati xəta haqqında işlər üzrə icraatlara xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsi inzibati məsuliyyəti və onunla bağlı bütün hüquqi nəticələri aradan qaldırdığından, xx.xx.2026-cı il tarixinə şikayətçinin nə sürücülük hüququ məhdudlaşdırılmış, nə də mülkiyyətində olan **-GQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində hər hansı hüquqi məhdudiyyət mövcud olmuşdur. Bu səbəbdən, İXM-in 332.3-cü maddəsinin tətbiqi üçün zəruri olan hüquqi əsaslar olmadığından, barəsində həmin maddə ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar əsassız, qanunsuz və hüquqi nəticə doğurmayan hesab edilməlidir. Bundan başqa xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda həmçinin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinin pozulması da qeyd olunmuşdur ki, həmin pozuntunu nədən ibarət olduğu izah olunmamışdır. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək şikayəti müdafiə etmiş və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN BYDPİ-yə lazımi qaydada məlumat verilsə də, DİN BYDPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə DİN BYDPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyərək, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-in 332.3cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair DİN BYDPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 tərəfindən təqdim edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 10637/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(041)-10685/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-10689/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-11243/2025 saylı, 11.12 2025-ci il tarixli, 3(011)-11228/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-5420/2025 saylı, xx.xx.2025ci il tarixli, 3(011)-6944/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-7808/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(011)-4824/2025 saylı, xx.xx.2025-ci il tarixli və 3(011)-7810/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, şikayətçi barəsində AR İXM-nin 529.3cü maddəsinə əsasən başlanmış icraata xitam verilmişdir. DİN BYDPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2026-cı il tarixdə saat 12:36-da “Lexus LX 600” markalı **-GQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXMin 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 22 yanvar 2026 il tarixli qərarda göstərilən inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində DİN BYDPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, DİN BYDPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. DİN BYDPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar