Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1136/2026 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs –Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən X7 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X9 tərəfindən 02 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X9 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 30 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar əsasında 37-ci PŞ-də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qərarda Şəxs barəsində çoxsaylı faktlar toplansa da hazırkı inzibati xəta haqqında protokol xx.xx.2026-cı il tarixdə saat 14:11 radələrində avtomobil ilə Heydər Əliyev adına litseyin direktoru X5 idarə etdiyi avtomobilin qarşısını kəsərək giriş-çıxışa icazə verməməsi faktı ilə əlaqədar tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, əvvəllər həmin litseydə işləmiş, daha sonralar Sevinc Orucovanın ucbatından işindən azad olunmuşdur. Sonradan dəfələrlə Sevincə yaxınlaşsa da onu işinə bərpa etməmişdir. Həmin tarixdə həmişəki vaxtda uşağını musiqi məktəbinə aparırdı. Şlaqbaumu açıb çölə çıxmışdır. Həmin yol 1 avtomobilin keçməsi üçün nəzərdə tutulmuşdur və dardır. Hadisədən 3 gün əvvəl avtomobili vurmuş və avtomobil servisdə olmuşdur. Həmin gün də avtomobili idarə edərkən avtomobil titrəmiş və o, qorxmuşdur. Qızına avtomobildən düşməsini demişdir. Avtomobili qabağa vermiş, qabaqdan da maşın gəlmişdir. Məcbur olub maşını sıxışdırmışdır. Sonradan bilmişdir ki, avtomobil X3r. Yolu bilərək kəsməmişdir. Təhqir etməmişdir. Sadəcə olaraq həmin qadınla aralarındakı münasibət yaxşı olmamışdır. Himayəsində 3 uşağı və xəstə anası var. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 nümayəndəsi X6 videogörüntü təqdim edərək izahatında göstərmişdir ki, Şəxs əvvəllər AR CM-nin 126.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Şəxs barəsində məhkəmə psixiatrik ekspertizası aparılmalıdır. Nə hadisə olsa, X1 bilir. Hadisə vaxtı Aidə Sevincə yol verməmiş, ona yol düşmədiyini demişdir. Videogörüntüdən də aydın şəkildə görünür ki, Aidə idarə etdiyi Hyundai markalı 77SF797 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sevincin idarə etdiyi Lexus markalı 99RR266 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək yol vermir. Sevinc yolu keçmək istəyərkən yolunu kəsmişdir. Nalayiq ifadələr işlətmişdir. Polis gələndən sonra yol vermişdir. Göstərilənlərə əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdim olunan videogörüntüyə baxış keçirərək inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozmuşdur. 30 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və digər hissədə istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə təqdiq olunan 1 dəqiqədən ibarət videomaterialdan görünür ki, sürücü Şəxs X5 idarə etdiyi avtomobilin qarşısını kəsərək sonuncunun avtomobillə hərəkət etməsinə imkan vermir. 02 fevral 2026-cı il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:40-da tutulmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs üç uşağı var: xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X14. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs məcburiyyət qarşısında qalaraq X5 idarə etdiyi avtomobili sıxışdırmasına, eləcə də avtomobilin Sevinc Orucovaya aid olmasını bilməməsinə dair izahatlarını iş materialları ilə (tərəflərin izahatı və videomaterial) uyğun olmayan məlumatlar kimi qəbul edir və hesab edir ki, onun əməlində İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, himayəsində 3 uşağının olmasını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1136/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1136/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver