Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1139/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında "Forma 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2026-cı il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC (VÕEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2026-cı il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə (**********9637 saylı) ümumilikdə az miqdarda vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Gömrük xidmətinin "X1 Sistemi" informasiya sisteminə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən cədvəldə göstərilən gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində qeyd olunan məbləğdə vəsait müvəkkil bank hesabına köçürülməmişdir. Buna görə də Şəxs MMC barəsində 26 yanvar 2026-cı il tarixli 00100-00297/26 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə həmin gömrük bəyannaməsinin bağlandığını bildirərək bu barədə müvafiq məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və nümayəndənin izahatını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, **********9723 sorğu nömrəli gömrük bəyannaməsi elektron gömrük portalında bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-1139/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1139/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver