Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1144/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi ilə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 avqust 2025-ci il tarixli, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli nömrəsiz İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 avqust 2025-ci il tarixli, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “FLİEGL DHKS yarımqoşqu” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin etdiyi cərimələr ona səhvən gəlmişdir. Bu avtomobili heç vaxt idarə etməmişdir. Kim idarə edir, hansı şirkətə məxsusdur bilmir. Lakin cəriməsi ona gəlir. Dəfələrlə bu barədə BDYPİ- nin rəisi Ramiz Zeynalova müraciət etsə də, heç bir nəticə olmamışdır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 avqust 2025-ci il tarixli, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19 avqust 2025ci il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 avqust 2025-ci il tarixli, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli nömrəsiz İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 10:38-də “FLİEGL DHKS yarımqoşqu” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 10 (on) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC-nin 12 fevral 2026-cı il tarixli məktubundan görünür ki, şirkətə məxsus ** JV *** və ** YS *** d/q nişanlı dartıcı və özüboşaldanı xx.xx.2025-ci il tarixdən etibarən X5 idarə edir və həmin şəxsə müvafiq etibarnamə verilmişdir, vətəndaş X1 isə sözügedən yük maşınına və şirkətə heç-bir aidiyyəti yoxdur. X2 müvafiq elektron sistem üzərindən yol vərəqəsinin verilməsi məsələsi texniki səhv və ya başqa problemdən (qeyri-müəyyən) qaynaqlanaraq baş vermişdir. X1 adına gələn EQ31206305 saylı inzibati tənbeh vermə haqqında protokol o cümlədən də digər elektron protokollar üzrə cərimələr, şirkət tərəfindən ödənilmiş və vətəndaşa bununla bağlı məlumat verilmişdir. Həmçinin ** JV *** və ** YS *** d/q nişanlı dartıcı və özüboşaldana dair yol vərəqəsi DİN BDYPİ-nə tərəflərindən edilən müraciət əsasında X1 adından çıxarılaraq X3 verilmiş və X2 yol vərəqəsinin verilməsinə əsas olan hallar barədə şirkətə məlumat verilməsi xahiş edilmişdir. Yekun olaraq bildirirlər ki, bütün inzibati protokollar üzrə cərimələr ödənilmiş və X2 verilən yol vərəqəsinə DİN BDYPİ-nin elektron sistemində xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, № ********* etibarnamədən görünür ki, X5 "xxxx" MMC-yə məxsus ** JV *** qeydiyyat nişanlı MERCEDES BENZ AXOR 1840 yük markalı dartıcı və ** YS *** qeydiyyat nişanlı özüboşaldan qoşqunu Azərbaycan Respublikasının ərazisində idarə edə bilər. Ödəniş qəbzindən çıxarışdan görünür ki, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokol (qərar) üzrə cərimə ödənilmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, “FLİEGL DHKS yarımqoşqu” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdən etibarən etibarnamə üzrə X3 verilmiş və o idarə etmişdir. İnzibati xəta hadisəsi isə xx.xx.2025-ci il tarixdə baş vermişdir ki, həmin zaman X1 “FLİEGL DHKS yarımqoşqu” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmamışdır. Eyni zamanda EQ 30061895 nömrəli inzibati xəta haqqında protokol (qərar) üzrə cərimə ödənilmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 328.1-ci maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin törədilməsi (inzibati xəta törədilmişdirmi) inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardandır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 avqust 2025-ci il tarixli, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 avqust 2025-ci il tarixli, EQ 30061895 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1144/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1144/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver