Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1156/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2, Şəxs MMC-nin direktoru Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən xaricdə emal müddətinin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq **********8603 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı(mənşə kodu 847981), netto çəkisi 9400 kq olan 1 ədəd “GEN GROUP nişanlı Gutter Machine 60” adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd “HELL CPCD” adlı avadanlıqların xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların təkrar idxal və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 497-ci maddəsi ilə 24 yanvar 2026-cı il tarixli 00100-00301/26 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Nümayəndə izahatında göstərmişdir ki, 2022-ci il tarixdə Rusiya Federasiyasına təmir məqsədilə avadanlıq göndərmişlər. Həmin avadanlıq təmir edildikdən sonra 2 il ərzində geri qayıtmalı olmuşdur. Lakin həmin dövrdə Rusiyanın Avropa dövlətlərinə qarşı sanksiya elan etməsi ilə əlaqədar avadanlıqların ölkədən çıxışına qadağa qoyulmuşdur. Onlar dəfələrlə bununla bağlı müraciətlər etmişlər. Göndərdikləri avadanlıq “avto car” olmuşdur, motorunda problem olduğundan Rusiyaya təmirə göndərmişlər. Onlar avadanlığı göndərdikdə artıq müharibə başlamışdır, lakin sanksiya avadanlıq Rusiyada olduğu dövrdə tədbiq edilmiş və avadanlıqların ölkədən çıxışına qadağa qoyulmuşdur. Onlar müraciət edərək müddəti 03 il 03 ayadək uzatmışlar, lakin sonuncu dəfə müraciət etsələrdə müddət uzadılmamışdır, səbəb olaraq müddətin buraxılması göstərilmişdir. Onların avadanlığı qaytarmama səbəbləri üzrlü səbəbdir, buna görə də qanunda 03 il nəzərdə tutulsa da müddət 03 il 03 ayadək uzadılmışdır. Lakin sonuncu dəfə gec müraciət etdiklərinə görə müddət uzadılmamışdır. Lakin onlar bayramdan sonrakı ilk iş günü müraciət etmişlər, amma onlara bildirilmişdir ki, 25-30 dekabr ərəfələrində, 15 gün qalmış müraciət edilməliydi. Onların məqsədi avadanlığı Rusiyaya aparıb orada kiməsə bağışlamaq olmamışdır, məqsədləri avadanlığı təmir etdikdən sonra onu geri gətirmək olmuşdur. Avadanlığı təmir etmək üçün istifadə edilən materialların ölkəyə gətirilməsi daha baha olduğu üçün avadanlığı Rusiyaya göndərib təmir etmək qərarına gəlmişlər. Gömrük orqanının tək məqsədi avadanlığı ixrac etdirib, daha sonra idxal edildikdə rüsum tutmaqdır. Rusiyaya dəfələrlə müraciət edilmiş, cavab olaraq sanksiya tədbiq edilməsi haqqında qərara istinad edilmiş və avadanlığın ölkədən çıxışının qeyri-mümkün olması bildirilmişdir.Odur ki, göstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, **********8603 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir, lakin Şəxs MMC tərəfindən yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Yəni, Şəxs MMC tərəfindən xaricdə emal müddətinin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq **********8603 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı(mənşə kodu 847981), netto çəkisi 9400 kq olan 1 ədəd “GEN GROUP nişanlı Gutter Machine 60” adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd “HELL CPCD” adlı avadanlıqların xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların təkrar idxal və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyası Hökumətinin 11 mart 2022-ci il tarixli, 311 nömrəli Qərarının Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, 2027-ci il 31 dekabr daxil olmaqla, 1 nömrəli əlavədə göstərilən siyahıdakı malların Rusiya Federasiyası ərazisindən kənara ixracına qadağa tətbiq edilmişdir. Həmin qərara əlavə edilmiş, “İxracına müvəqqəti qadağa tətbiq edilən müəyyən mal növlərinin siyahısı”nda 8427 kodu altında olan çəngəlli tutuculu avtoyükləyicilər,qaldırıcı və ya yükləyib boşaldıcı avadanlıqla təchiz edilmiş digər arabalar, 8479 kodu altında olan fərdi funksiyalara malik maşınlar və mexaniki cihazlar, digər yerlərdə adı çəkilməyən və ya daxil edilməyən avadanlıqlar göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 2022-ci il tarixdə Rusiya Federasiyasına təmir məqsədilə avadanlıq göndərmişlər. Həmin avadanlıq təmir edildikdən sonra 2 il ərzində geri qayıtmalı olmuşdur. Lakin həmin dövrdə Rusiyanın Avropa dövlətlərinə qarşı sanksiya elan etməsi ilə əlaqədar avadanlıqların ölkədən çıxışına qadağa qoyulmuşdur. Onlar dəfələrlə bununla bağlı müraciətlər etmişlər. Göndərdikləri avadanlıq “avto car” olmuşdur, motorunda problem olduğundan Rusiyaya təmirə göndərmişlər. Onlar avadanlığı göndərdikdə artıq müharibə başlamışdır, lakin sanksiya avadanlıq Rusiyada olduğu dövrdə tədbiq edilmiş və avadanlıqların ölkədən çıxışına qadağa qoyulmuşdur. Onlar müraciət edərək müddəti 03 il 03 ayadək uzatmışlar, lakin sonuncu dəfə müraciət etsələrdə müddət uzadılmamışdır, səbəb olaraq müddətin buraxılması göstərilmişdir. Onların avadanlığı qaytarmama səbəbləri üzrlü səbəbdir, buna görə də qanunda 03 il nəzərdə tutulsa da müddət 03 il 03 ayadək uzadılmışdır. Lakin sonuncu dəfə gec müraciət etdiklərinə görə müddət uzadılmamışdır. Lakin onlar bayramdan sonrakı ilk iş günü müraciət etmişlər, amma onlara bildirilmişdir ki, 25-30 dekabr ərəfələrində, 15 gün qalmış müraciət edilməliydi. Onların məqsədi avadanlığı Rusiyaya aparıb orada kiməsə bağışlamaq olmamışdır, məqsədləri avadanlığı təmir etdikdən sonra onu geri gətirmək olmuşdur. Avadanlığı təmir etmək üçün istifadə edilən materialların ölkəyə gətirilməsi daha baha olduğu üçün avadanlığı Rusiyaya göndərib təmir etmək qərarına gəlmişlər. Gömrük orqanının tək məqsədi avadanlığı ixrac etdirib, daha sonra idxal edildikdə rüsum tutmaqdır. Rusiyaya dəfələrlə müraciət edilmiş, cavab olaraq sanksiya tədbiq edilməsi haqqında qərara istinad edilmiş və avadanlığın ölkədən çıxışının qeyri-mümkün olması bildirilmişdir.Odur ki, göstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Rusiya Federasiyası Hökumətinin 11 mart 2022-ci il tarixli, 311 nömrəli Qərarının Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, 2027-ci il 31 dekabr daxil olmaqla, 1 nömrəli əlavədə göstərilən siyahıdakı malların Rusiya Federasiyası ərazisindən kənara ixracına qadağa tətbiq edilmişdir. Həmin qərara əlavə edilmiş, “İxracına müvəqqəti qadağa tətbiq edilən müəyyən mal növlərinin siyahısı”nda 8427 kodu altında olan çəngəlli tutuculu avtoyükləyicilər,qaldırıcı və ya yükləyib boşaldıcı avadanlıqla təchiz edilmiş digər arabalar, 8479 kodu altında olan fərdi funksiyalara malik maşınlar və mexaniki cihazlar, digər yerlərdə adı çəkilməyən və ya daxil edilməyən avadanlıqlar göstərilmişdir. **********8603 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən müəyyən edilir ki, rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı(mənşə kodu 847981), netto çəkisi 9400 kq olan 1 ədəd “GEN GROUP nişanlı Gutter Machine 60” adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd “HELL CPCD” adlı avadanlığın Şəxs MMC tərəfindən Rusiyaya göndərildiyi öz əksini tapmışdır. Bu da təsdiq edir ki, həqiqətən Şəxs MMC tərəfindən ixrac edilmiş mallar ixracına müvəqqəti qadağa tətbiq edilən mallara aid olmaqla Rusiya Federasiyası Hökuməti tərəfindən Rusiya Federasiyası ərazisindən kənara ixracına qadağa tətbiq edilmiş, bu səbəbdən göstərilən avadanlıqların Azərbaycan Respublikasına ixracı mümkün olmamışdır. “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 nömrəli 06 fevral 2014-cü il tarixli qərarının 7.1-ci bəndinə əsasən xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən gömrük orqanlarına müraciət edilmiş, malların emal edilməsi üzrə xüsusi gömrük prosedurunun başa çatma müddəti ümumilikdə 3 ilədək uzadılmışdır. Bundan sonra, gömrük orqanı icazə sahibinin icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməli olmasını əsas gətirərək müddətin uzadılmasından imtina etmişdir. Halbuki, hər bir halda qanunvericilik həmin müddətin maksimum 3 ilədək uzadılmasını nəzərdə tutmuş, bundan sonrakı müddətdə uzadılmanın hər hansı prosedur qaydasını müəyyən etməmişdir. Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmaması təqsirli olaraq törədildikə inzibati məsuliyyəti səbəb olur. Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Burada onu da nəzərə almaq lazımdır ki, subyektləri həmçinin hüquqi şəxslər olan İnzibati Xətalar Məcəlləsinin Xüsusi Hissəsi ilə nəzərdə tutulmuş əməllərin bəziləri (o cümlədən İXM-nin 497-ci maddəsi) yalnız qəsdən törədildikdə inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən edilmiş hərəkətlər qəsdli davranışın nəticəsi olmayıb, özündən asılı olmayan səbəblərdən irəli gəlmişdir. Belə ki, qəsdli davranış halında iqtisadi fayda əldə etmək məqsədilə malların emal edilməsi qaydalarının pozulması gözlənildiyi halda, hazırkı iş üzrə əksinə Şəxs MMC özünə məxsus avadanlığı öz ölkəsinə qaytarmaqdan belə məhrum edilmişdir ki, bu da hər hansı fayda əldə etməyi istisna edir. Bu baxımdan, iş üzrə sübutları birlikdə qiymətləndirildikdə, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin formalaşmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və yasəlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1156/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1156/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver