Məhkəmə qərarları › İş №3(5-94)-1162/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1162/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1162/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Xətai Rayon Məhkəməsinin hakimi Ramazanov Zəfər Akif oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin (indiki AYNA) xx.xx.2022-ci il tarixli, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı və xx.xx.2022-ci il tarixli, BNA ******* saylı qərarlarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı və xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə eyni vaxtda 2 və daha artıq inzibati xəta haqqında protokol və ya inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilən hallar isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Bakı Nəqliyyat Agentliyinin (indiki AYNA) xx.xx.2022-ci il tarixli, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı və xx.xx.2022-ci il tarixli, BNA ******* saylı qərarların icraatına xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin (indiki AYNA) xx.xx.2022-ci il tarixli, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı və xx.xx.2022-ci il tarixli, BNA ******* saylı qərarlarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar