Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1173/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə1, Hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 və X1 iştirakları ilə, Hüquqi şəxs "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan İran İslam Respublikası vətəndaşı Nassırnejad Mehdinin "xxxx" Firmasında maşın boyaları üzrə mütəxəssis vəzifəsində işə cəlb edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Nassırnejad Mehdi üçün iş icazəsinin alınması ilə bağlı iki dəfə müraciət edilmiş, lakin hər iki müraciətdə imtina cavabı alınmışdır. Belə ki, şəxs avqust ayında ölkəyə daxil olmuş, sentyabr ayında ilk müraciət edilmiş və imtina cavabı alınmışdır. Şəxs ölkəni tərk etmədən ikinci dəfə oktyabr ayında müraciət edilmiş və imtina cavabı alınmışdır. Şəxs 04 noyabr tarixdə ölkəni tərk etmiş, 06 noyabr tarixində ölkəyə daxil olmuşdur. Lakin daha sonra hər hansı bir müraciət qeydə alınmamışdır, buna görədə şəxsin qanunsuz olaraq işə cəlb edilməsinə şübhələr yaranmış, şəxs dəvət edilərək izahatı alınmışdır. Şəxs izahatında bildirmişdir ki, həmin ofisdə fəaliyyət göstərir, həmçinin həmin şəxsin qeydiyatda olduğu mənzil X3 məxsusdur. Şəxs sərbəst danışıb suallara cavab verə bildiyindən tərcüməçi dəvət edilməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, izahatı alınarkən əmək haqqı ilə bağlı məlumat verməmişdir. Bəzi suallar verilmişdir, lakin hesab edir ki, şəxs özünü müdafiə etmək üçün suallara cavab verməmiş, buna görədə həmin suallar izahatda qeyd edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, şəxsin izahatı alındıqdan sonra o, da dəvət edilmiş və izahatı alınmışdır. Bildirmək istəyir ki, orada onun ifadəsi alınarkən ona suallar verilmiş, o suallara cavab vemək istəmədikdə isə bu izahatda qeyd edilmişdir. Lakin Mehdinin ifadəsi alınarkən, ona belə bir şərait yaradılmamışdır. Həmçinin, onun ifadəsi alınarkən tərcüməçi dəvət edilməmiş, onun Azərbaycan dilində sərbəst danışa bilməsinə istinad edilmişdir, lakin belə bir qənaətə necə gəldikləri göstərilməmişdir. Göstərilənlərə əsasən barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nassırnejad Mehdi onların dəvəti ilə Azərbaycana gəlmiş, qalmaq üçün icazə vermişlər, neçə müddət saxlamışlar, iş icazəsi verməmişlər, onlar dəvət etdikləri üçün evlə təmin etmişlər. Özləri işləmək üçün dəvət etdikləri, lakin sonradan iş icazəsi ala bilmədikləri şəxsin yaşayış yeirini təmin etmək onların borcu idi, yəni bunu etməyə bilməzdilər. Mənzil şirkətin rəhbərinin qardaşının olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi X2 barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına əlavə şahid qismində dəvət edilmiş X12 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nassırnejad Mehdi onlarla əməkdaş olmalı idi, amma bildiyi qədər, miqrasiya icazə vermədiyinə görə əməkdaşlıq baş tutmamışdır.O, heç Mehdi ilə tanış belə ola bilməmişdir. Mehdi Nassırnejad hər hansısa bir fəaliyyətlə məşğul ola bilməz, ofis satışla məşğul olur, ofisə daxil olmaq üçün barmaq izi, həmçinin üz tanıyıcıdan istifadə edilir, işçi olmayan şəxslərin girişi çətin məsələdir. Nassırnejad Mehdi heç bir ofis və ya anbarda fəaliyyət göstərməmişdir. Ofis təqribən 160-170 kvadrat metrdir. O, həm ofisdə, həmdə anbarlarda olur, belə ki, günün birinci hisəsini ofisdə, ikinci hisəsini yük avtomobillərini götürüb ərazilərə gedirlər. X11 boya üzrə texnik kimi qəbul etmək istəmişlər və o gəlib onlara təlim veəcəkdir, onu görməmək kimi bir ehtimal yoxdur. 23-24 nəfər işçi var, hər birini tanıyır. Hamısı bir ofisdə oturmuşlar, günün birinci yarısı ofisdə, ikinci yarısı ərazilərdə olmuşlar. Məhkəmə iclasına əlavə şahid qismində dəvət edilmiş X9 verilmiş suallara cavab olaraq göstərmişdir ki, baş mühasib kimi fəaliyyət göstərir, əməkhaqqıları o hesablayır. Belə məlumatı olmuşdur ki, onlar dəvət etmişlər, amma sənədlər düzəlmədiyinə görə gəlməmişdir. Nassırnejad Mehdi ilə heç bir müqavilə imzalanmamış, o, heç bir fəaliyyətlə məşğul olmamışdır. Onu bircə dəfə görmüşdür, onun üçün ofisdə yer ayrılmamışdır. Bir ofis, bir neçə anbarları var. Onlar boya satışı ilə məşğul olur, Nassırnejad Mehdinin kifayət qədər təcrübəsi olmuşdur. Onu satış üçün yox, yəqin ki, biznes üzrə dəvət etmişlər. Məhkəmə iclasına əlavə şahid qismində dəvət edilmiş X10 verilmiş suallara cavab olaraq göstərmişdir ki, insan resursları üzrə mütəxəsisdir. Nassırnejad Mehdini tanımır. Şirkətin 1 ofisi və anbarları var, o, bütün işçiləri tanıyır. Kimsə işləsə mütləq qaydada məlumatım olardı. Məlumatı olmuşdur ki, elə bir insanla əməkdaşlıq etmək istəyirlər, amma bildiyi qədəri ilə iş icazəsi alınmadığına görə əməkdaşlıq baş tutmamışdır. Bütün sənədləşmə işləri ilə Şəbnəm xanım məşğul olmuşdur. Məhkəmə iclasına videogörüntü vasitəsilə qoşulmuş Nassirnejad Mehdi izahatında göstərdi ki, “Az İnterservice Co” şirkəti tərəfindən dəvət olunmuşdur. 2 dəfə iş icazəsi üçün müraciət etmişlər, lakin imtina almışlar, sonuncu dəfə onlara demişlər ki gözləyin. O, evdə olarkən ona zəng gəlmiş, və bildirilmişdir ki, miqrasiyadandır. Ona demişlər ki, siz müraciət etmisiniz, bununla bağlı Ayna Sultanovdakı ofisə yaxınlaşın. O da saat 14:00 radələrində yaxınlaşacağını bildirmişdir. O, getdikdə, onu Səid adlı polis qəbul etmiş, keçmişlər otaqların birinə və başlamış ona suallar verməyə. Soruşmuşdur ki, vizan var?” O isə bildirmişdir ki, iş üçün icazə almağa çalışır, vizası var, amma iş üçün icazə verilmir. Daha sonra demişdir ki, ona köməklik göstərəcəklər, o, danışmağa davam etsin, bir neçə sual da vermiş, soruşmuşdur ki, harada qalırsan, demişdir ki, şirkətin sahibinin qardaşının evində qalır. Daha sonra soruşmuşdur ki, nə edirsən, o da bildirmişdir ki, işləmir, İranda olan fəaliyətini onlara göstərir. Daha sonra ona demişdir ki, başla yaz, o da demişdir ki, “mən farsca oxumuşam, yaxşı yaza bilmirəm”, demişdir ki, kəlmə-kəlmə deyəcək o da yazsın. Başlamış deməyə o da yazmışdır, bir yerdə yaza bilməmiş, özü götürüb yazmışdır. Soruşmuşdur ki, evin pulunu kim verir, demişdir ki, şirkətin sahibinin qardaşının evində qalır, o da demişdir ki, eyni şeydir yaz getsin, problem deyil. Yazıb bitirəndən sonra ona demişdir ki, “sən cərimə ödəməlisən”, o da təəccüblənib soruşmuşdur ki, niyə ödəsin? Demişdir ki, izahatında yazdın ki, orada fəaliyyət göstərirsən. O da demişdir ki, iki saatdır burdadır, deyir ki, o orada işləmir, İranda olan fəaliyyətini onlara göstərir. Demişdir ki, artıq yazmısan, düzəltmək olmaz, onu o həddə çatdırmışlar ki, o, 51 yaşında kişi orada ağlamışdır. O, orada bildirmişdir ki, yazmaqda çətinliyi var, kimsə gəlsin, dedi ki, lazım deyil, o deyəcək, kəlmə-kəlmə yazacaq. 06 noyabrda gəldikdən sonra da eyni evdə qalmışdır, ümumən oradan başqa yerdə qalmamışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan İran İslam Respublikası vətəndaşı Nassırnejad Mehdinin "xxxx" Firmasında maşın boyaları üzrə mütəxəssis vəzifəsində işə cəlb edilmişdir. Bu səbəbdən "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati tənbeh vermə haqqında 16 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qəradan görünür ki, Nassirnejad Mehdi şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı İXM-nin 575.1.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə 90 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. 16 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nassirnejad Mehdi şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı Nassirnejad Mehdi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir; Nassirnejad Mehdinin iş materiallarında olan 15 yanvar 2026-cı il tarixli izahatından görünür ki, o, Azərbaycan dilini bildiyini, tərcüməçiyə ehtiyac olmadığını göstərmiş, qeyd etmişdir ki, “Bildirirəm ki, mən xx.xx.2025-ci ildə Azeinterservice Co MMg-nin dəvətilə Azerbaican Respublikasına gəlmişəm. Qeyd olunan şirkət fəaliəti boyalar-yaq-batteria maşın sahəsində olan produkt üzrə distributor çalışandır. Qeyd edirəm ki, mənim təhsilim marketingdir və mən maşın boyaları üzrə mütəxəssisəm, Azərbaycana gəlməmişdi, öncədə İranda bu sahə üzrə işləyirdim. Azərbaycanda da qeyd etdiyim şirkətdə maşın boyaları üzrə mütəxəssis olaraq fəaliyyət göstərirəm. Bildirirəm ki, şirkət tərəfindən 2 dəfə iş və yaşama icazəsinin alınması ilə bağlı müraciət olunmuş, lakin mənə imtina vermişdir. İmtina qərarı aldıqdan sonra ölkəni tərk etdim və yenidən xx.xx.2025 tarixdə təkrar gəlmişəm. Ölkəyə gəldikdən sonra Azeinterservice Co şirkətinin mənim üçün kirayə etdiyi Masud Əlizadə 18 ünvanında qalıram, kirayə ödənişim də şirkət tərəfindən aylıq olaraq ödənilir. X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, ona məxsus olan ünvan 1 ünvanına İran vətəndaşı X8 müvəqqəti qeydiyyata düşməsinə razılıq vermişdir. ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş ********** nömrəli çıxaırşdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 məxsusdur. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" Firmasının qanuni təmsilçisi X6r. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan İran İslam Respublikası vətəndaşı Nassırnejad Mehdinin "xxxx" Firmasında maşın boyaları üzrə mütəxəssis vəzifəsində işə cəlb edilməsi göstərilmişdir. Həmin faktı təsdiq edən sübut kimi Nassırnejad Mehdinin Azərbaycan dilində verilmiş izahatı iş materiallarına əlavə olunmuşdur. Belə ki, Nassirnejad Mehdinin iş materiallarında olan 15 yanvar 2026-cı il tarixli izahatından görünür ki, o, Azərbaycan dilini bildiyini, tərcüməçiyə ehtiyac olmadığını göstərmiş, qeyd etmişdir ki, “Bildirirəm ki, mən xx.xx.2025-ci ildə Azeinterservice Co MMgnin dəvətilə Azerbaican Respublikasına gəlmişəm. Qeyd olunan şirkət fəaliəti boyalar-yaqbatteria maşın sahəsində olan produkt üzrə distributor çalışandır. Qeyd edirəm ki, mənim təhsilim marketingdir və mən maşın boyaları üzrə mütəxəssisəm, Azərbaycana gəlməmişdi, öncədə İranda bu sahə üzrə işləyirdim. Azərbaycanda da qeyd etdiyim şirkətdə maşın boyaları üzrə mütəxəssis olaraq fəaliyyət göstərirəm. Bildirirəm ki, şirkət tərəfindən 2 dəfə iş və yaşama icazəsinin alınması ilə bağlı müraciət olunmuş, lakin mənə imtina vermişdir. İmtina qərarı aldıqdan sonra ölkəni tərk etdim və yenidən xx.xx.2025 tarixdə təkrar gəlmişəm. Ölkəyə gəldikdən sonra Azeinterservice Co şirkətinin mənim üçün kirayə etdiyi Masud Əlizadə 18 ünvanında qalıram, kirayə ödənişim də şirkət tərəfindən aylıq olaraq ödənilir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində izahatı alınmış Nassirnejad Mehdi izahatında göstərdi ki, “Az İnterservice Co” şirkəti tərəfindən dəvət olunmuşdur. 2 dəfə iş icazəsi üçün müraciət etmişlər, lakin imtina almışlar, sonuncu dəfə onlara demişlər ki gözləyin. O, evdə olarkən ona zəng gəlmiş, və bildirilmişdir ki, miqrasiyadandır. Ona demişlər ki, siz müraciət etmisiniz, bununla bağlı Ayna Sultanovdakı ofisə yaxınlaşın. O da saat 14:00 radələrində yaxınlaşacağını bildirmişdir. O, getdikdə, onu Səid adlı polis qəbul etmiş, keçmişlər otaqların birinə və başlamış ona suallar verməyə. Soruşmuşdur ki, vizan var?” O isə bildirmişdir ki, iş üçün icazə almağa çalışır, vizası var, amma iş üçün icazə verilmir. Daha sonra demişdir ki, ona köməklik göstərəcəklər, o, danışmağa davam etsin, bir neçə sualda vermiş, soruşmuşdur ki, harada qalırsan, demişdir ki, şirkətin sahibinin qardaşının evində qalır. Daha sonra soruşmuşdur ki, nə edirsən, o da bildirmişdir ki, işləmir, İranda olan fəaliyətini onlara göstərir. Daha sonra ona demişdir ki, başla yaz, o da demişdir ki, “mən farsca oxumuşam, yaxşı yaza bilmirəm”, demişdir ki, kəlmə-kəlmə deyəcək o da yazsın. Başlamış deməyə o da yazmışdır, bir yerdə yaza bilməmiş, özü götürüb yazmışdır. Soruşmuşdur ki, evin pulunu kim verir, demişdir ki, şirkətin sahibinin qardaşının evində qalır, o da demişdir ki, eyni şeydir yaz getsin, problem deyil. Yazıb bitirəndən sonra ona demişdir ki, “sən cərimə ödəməlisən”, o da təəccüblənib soruşmuşdur ki, niyə ödəsin? Demişdir ki, izahatında yazdın ki, orada fəaliyyət göstərirsən. O da demişdir ki, iki saatdır burdadır, deyir ki, o orada işləmir, İranda olan fəaliyyətini onlara göstərir. Demişdir ki, artıq yazmısan, düzəltmək olmaz, onu o həddə çatdırmışlar ki, o, 51 yaşında kişi orada ağlamışdır. O, orada bildirmişdir ki, yazmaqda çətinliyi var, kimsə gəlsin, dedi ki, lazım deyil, o deyəcək, kəlmə-kəlmə yazacaq. 06 noyabrda gəldikdən sonra da eyni evdə qalmışdır, ümumən oradan başqa yerdə qalmamışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər. Azərbaycan Respublikası İXM-nin: 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır; 49.2-ci madddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar; 67.3-cü maddəsinə əsasən şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şahid Nassırnejad Mehdinin xx.xx.2026-cı il tarixli izahatı iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, şahid X14 vətəndaşıdır, özünün də bildirdiyinə görə ana dili fars dili olmuşdur. xx.xx.2026-cı il tarixli izahatında o, tərcüməçinin xidmətinə ehtiyacı “yoxdur” göstərsə də, izahatından müəyyən edilir ki, o, Azərbaycan dilini səlis bilməmiş, cümlədəki sözlər bir birini tamamlamayaraq aydın başa düşülən olmamış, izahatında işlətdiyi sözlər belə onun sərbəst izahat verməsini şübhə altına almışdır. Nassırnejad Mehdinin xx.xx.2026-cı il tarixli izahatı yuxarıda göstərilən qanunvericiliyin tələbləri pozulmaqla alındığından hazırki iş üzrə sübut kimi istifadə edilə bilməz. Əksinə, Nassırnejad Mehdi məhkəmə iclasında izahatında göstərilənləri təsdiq etməyərək "xxxx" Firması tərəfindən hər hansı işə cəlb edilmədiyini göstərmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində izahatları alınmış X12, X9 və X10 yuxarıda göstərilən məzmunda izahatlar verərək Nassırnejad Mehdinin "xxxx" Firmasında hər hansı işlərə cəlb etmədiklərini göstərərək onun məhkəmə iclasında vermiş olduğu izahatında göstərdiklərinə özlərinə aid hissədə təsdiqləmişlər. Odur ki, məhkəmə hesab edir ki, Nassırnejad Mehdinin məhkəmə iclasında vermiş olduğu izahatı digər sübutlarla üst üstə düşərək öz təsdiqini tapdığından, məhkəmə iclasında vermiş olduğu izahatında göstərilən xüsusatları təkzib edən hər hansı sübut protokolu tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən, onun bu izahatı inandırıcı olmaqla sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın protokolun tərtib edilməsinə əsas kimi istinad etdiyi digər hala, yəni Nassırnejad Mehdinin "xxxx" Firması tərəfindən yaşamaq üçün mənzillə təmin edilməsinə də məhkəmə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, şəxsin mənzillə təmin edilməsi hələ onun iş icazəsi olmadan şirkət tərəfindən hər hansı işlərə cəlb edilməsi anlamına gəlmir. Həmçinin, Nümayəndə2 məhkəmə iclasında bu xüsusatla bağlı bildirmişdir ki, Nassırnejad Mehdi onların dəvəti ilə Azərbaycana gəlmiş, qalmaq üçün icazə vermişlər, neçə müddət saxlamışlar, iş icazəsi verməmişlər, onlar dəvət etdikləri üçün evlə təmin etmişlər. Özləri işləmək üçün dəvət etdikləri, lakin sonradan iş icazəsi ala bilmədikləri şəxsin yaşayış yeirini təmin etmək onların borcu idi, yəni bunu etməyə bilməzdilər. Mənzil şirkətin rəhbərinin qardaşının olmuşdur. ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş ********** nömrəli çıxaırşdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 məxsusdur. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" Firmasının qanuni təmsilçisi X6r. Göründüyü kimi, Nassırnejad Mehdinin izahatında qeyd etdiyi kimi yaşadığı mənzil həqiqətən "xxxx" Firmasının qanuni təmsilçisi X5 qardaşı X3 məxsus olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, İran vətəndaşının iş üçün dəvət edilərək bir neçə dəfə Azərbaycan Respublikasına gətirilməsi, burada iş icazəsi ala bilmədiklərindən işsiz olaraq saxlamaları səbəbindən şəxsin şirkət tərəfindən mənzillə təmin edilməsi ağlabatan olmaqla başa düşüləndir və bu hal hər hansı şübhə doğurmur, həmçinin həmin şəxsin "xxxx" Firmasında işləməsinə dəlalət etmir . Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 26 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs "xxxx" Firması tərəfindən protokolda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan İran İslam Respublikası vətəndaşı Nassırnejad Mehdinin "xxxx" Firmasında maşın boyaları üzrə mütəxəssis vəzifəsində işə cəlb edilməsi göstərilsə də, kifayət qədər sübutlar əldə edilmədən, yalnız qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş sübuta istinad edilməklə "xxxx" Firmasının İXM-nin 578.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs "xxxx" Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən həmin firma barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2 və 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1173/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1173/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver