Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1178/2026 25.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 27 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 16:00-da ünvan 1 ünvanında yerləşən, Şəxsnə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar "xxxx" iş və fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5 bildirmişdir ki, RSD DENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 215.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil bildirmişdir ki, həmin cihazın rentgen olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Həmin cihaz Şahin Bayramov adlı həkimə məxsusdur. Şahin Bayramov "xxxx" klinikasında da fəaliyyət göstərir. Həmin gün rentgen cihazında problem yarandığından cihazı təmirə aparmaq məqsədilə özü ilə götürmüş, Xətaiyə gəldikdən sonra cihazı öz otağında qoyub nahara getmişdir. Qayıtdıqdan sonra yoxlamanın gəldiyini və aktlaşdırma apardıqlarını öyrənmişdir. Şahin Bayramov həmin gün rentgen cihazını 20 Yanvarda yerləşən “Dental Service” adlı servisə aparmışdır. Rentgen cihazının həmin tarixdə “Dental Service” adlı servisə aparıldığını, həmçinin Şahin Bayramovun "xxxx" klinikasında da fəaliyyət göstərməsini təsdiq edən bütün sənədlər mövcuddur. İş materiallarında foto-şəkili olan elanla bağlı bildirmək istəyir ki, orada olan QR barkoduna daxil olduqda, həmin klinikanın bütün filialları çıxacaqdır. Elan hazırlanarkən yalnız filialların adı və ünvanı dəyişdirilmişdir, yerdə qalan hissələr eyni saxlanılmışdır. Həmçinin həmin elanda rentgen xidmətlərinin göstərilməsi ona görə qeyd edilmişdir ki, müştərilər klinikaya gəldikdə, onlara rentgen xidməti lazım olduqda digər filiallara göndərilirlər. Yəni əsas məqsəd müştərilərin itirilməməsidir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahin Bayramov göstərdi ki, rentgen cihazı ona məxsusdur və həmin cihazı "xxxx" klinikada işlədir. Həmin gün rentgen cihazında problem yarandığından cihazı təmirə aparmaq məqsədilə özü ilə götürmüş, Xətaiyə gəldikdən sonra cihazı öz otağında qoyub nahara getmişdir. Qayıtdıqdan sonra yoxlamanın gəldiyini və aktlaşdırma apardıqlarını öyrənmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx" klinikada müqavilə əsasında fəaliyyət göstərir. Xətaidəki klinikada özünün ayrıca otağı mövcuddur, orada yalnız işləyir. Həmin günü rentgen cihazını 20 Yanvarda yerləşən “Dental Service” adlı servisə aparmışdır. Həmin rentgen cihazını yalnız "xxxx" klinikasında işlətmişdir. Saat təqribən 14:00-15:00 radələrində nahara getmiş, 16:00 radələrində qayıtmışdır. Qayıtdıqda artık yoxlamalar getmişlər. Orada rentgen cihazı lazım olduqda, müştərini müvafiq filiallara göndərirlər. Elandakı rentgen xidmətinin göstərilməsi, müştəri itirməmək məqsədi daşıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 şöbəsinin mütəxəssisi X2 tərəfindən tərtib olunmuş 27 yanvar 2026-cı il tarixdə saat 16:00-da ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxusus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar "xxxx" iş və fəaliyyəti ilə məşğul olması faktı aşkar olunmuşdur. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrində 27 yanvar 2026-cı il tarixli T-030 nömrəli plandankənar yoxlama aktından görünür ki, yoxlamanın birinci sual üzrə qeyd edilmişdir ki, nöqsan aşkar edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə qeyd edilmişdir ki, müəssisədə lisenziyadan kənar "xxxx" iş və fəaliyyət ilə məşğul olması faktı aşkar edilmişdir. Müəssisədə yoxlama direktor müavini Emin Dadaşovun iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər əsasında keçirilmişdir. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 26 yanvar 2026-cı il tarixli 3-28-1/3-2-123/2026 saylı Qərardan görünür ki, “Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 171-ci plandankənar(növbədənkənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. 30 sentyabr 2022-ci il tarixli EL-649/2022 qeydiyyat nömrəli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir, lisenziyanın əlavəsindən görünür ki, həmin müəssisədə görülməsinə icazı verilən işlərin siyahısında stomatologiya, terapevtik stomatologi, ortopedik stomatologi, ortodontik stomotologi göstərilmişdir . Dadaşov EminTəhmasib oğlunun 27 yanvar 2026-cı il tarixli izahatından görünür ki, o göstərmişdir ki, Oruc Balayev adlı vətəndaş klinikada müalicə olmayıb.Onunla bağlı heç bir tibbi prosedur icra olunmayıb. Fakt yerində aşkar olunan rentgen cihazı ilə bağlı lisenziya alınması barədə məlumatlı deyildir. Tezliklə bu nöqsan aradan qaldırılacaq. Fotoşəkildə olan elan lövhəsindən görünür ki, Dentera premium Dental Clinic tərəfindən rentgen xidmətlərinin göstərilməsi qeyd edilmişdir. 17 fevral 2016-cı il tarixli İSN/L-379/2016 qeydiyyat nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmiş, həmin lisenziyanın əlavəsində göstərilən xidmətlərin siyahısında rentgenoloji xidmət qeyd edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 15 iyul 2024-cü il tarixli 01210-B/2024 qeydiyyat nömrəsi olan xüsusi icazədən görünür ki, "xxxx" MMC-yə ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını həyata keçirməyə icazə verilmiş, xüsusi icazənin qüvvədə olma müddətinin 3 il olması müəyyən edilmişdir. İcarə müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında xx.xx.2025-ci il tarixli icarə müqaviləsi bağlanmış, MMC-nə məxsus 3 nömrəli otaq ona tibbi fəaliyyət üçün istifadə edilmək məqsədilə verilmişdir. Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH№060348 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X6 30 oktyabr 2024-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində stamatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 27 yanvar 2026-cı il tarixli texniki baxış aktından görünür ki, X4 müraciəti əsasında PredentalServicedə rentgen aparatı və vieoqraf sistemi texniki baxışdan keçirilmiş, cihazın işləmədiyi qeyd edilmiş, nasazlığın səbəbi isə istismar qaydalarının pozulması nəticəsində yaranmış mexaniki zədələnmə kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil bildirmişdir ki, həmin cihazın rentgen olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Həmin cihaz Şahin Bayramov adlı həkimə məxsusdur. Şahin Bayramov "xxxx" klinikasında da fəaliyyət göstərir. Həmin gün rentgen cihazında problem yarandığından cihazı təmirə aparmaq məqsədilə özü ilə götürmüş, Xətaiyə gəldikdən sonra cihazı öz otağında qoyub nahara getmişdir. Qayıtdıqdan sonra yoxlamanın gəldiyini və aktlaşdırma apardıqlarını öyrənmişdir. Şahin Bayramov həmin gün rentgen cihazını 20 Yanvarda yerləşən “Dental Service” adlı servisə aparmışdır. Rentgen cihazının həmin tarixdə “Dental Service” adlı servisə aparıldığını, həmçinin Şahin Bayramovun "xxxx" klinikasında da fəaliyyət göstərməsini təsdiq edən bütün sənədlər mövcuddur. İş materiallarında foto-şəkili olan elanla bağlı bildirmək istəyir ki, orada olan QR barkoduna daxil olduqda, həmin klinikanın bütün filialları çıxacaqdır. Elan hazırlanarkən yalnız filialların adı və ünvanı dəyişdirilmişdir, yerdə qalan hissələr eyni saxlanılmışdır.Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmin xüsusatlar məhkəmə iclasında dindirilmiş X1 izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahin Bayramov izahatında göstərmişdir ki, rentgen cihazı ona məxsusdur və həmin cihazı "xxxx" klinikada işlədir. Həmin gün rentgen cihazında problem yarandığından cihazı təmirə aparmaq məqsədilə özü ilə götürmüş, Xətaiyə gəldikdən sonra cihazı öz otağında qoyub nahara getmişdir. Qayıtdıqdan sonra yoxlamanın gəldiyini və aktlaşdırma apardıqlarını öyrənmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx" klinikada müqavilə əsasında fəaliyyət göstərir. Xətaidəki klinikada özünün ayrıca otağı mövcuddur, orada yalnız işləyir. Həmin günü rentgen cihazını 20 Yanvarda yerləşən “Dental Service” adlı servisə aparmışdır. Həmin rentgen cihazını yalnız "xxxx" klinikasında işlətmişdir. Saat təqribən 14:00-15:00 radələrində nahara getmiş, 16:00 radələrində qayıtmışdır. Qayıtdıqda artık yoxlamalar getmişlər. Orada rentgen cihazı lazım olduqda, müştərini müvafiq filiallara göndərirlər. Elandakı rentgen xidmətinin göstərilməsi, müştəri itirməmək məqsədi daşıyır. X1 izahatında göstərdiyi bu xüsusatlar aşağıdakı sənədlərlə öz təsdiqini tapmışdır: 30 sentyabr 2022-ci il tarixli EL-649/2022 qeydiyyat nömrəli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir, lisenziyanın əlavəsindən görünür ki, həmin müəssisədə görülməsinə icazı verilən işlərin siyahısında stomatologiya, terapevtik stomatologi, ortopedik stomatologi, ortodontik stomotologi göstərilmişdir . 17 fevral 2016-cı il tarixli İSN/L-379/2016 qeydiyyat nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmiş, həmin lisenziyanın əlavəsində göstərilən xidmətlərin siyahısında rentgenoloji xidmət qeyd edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 15 iyul 2024-cü il tarixli 01210-B/2024 qeydiyyat nömrəsi olan xüsusi icazədən görünür ki, "xxxx" MMC-yə ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını həyata keçirməyə icazə verilmiş, xüsusi icazənin qüvvədə olma müddətinin 3 il olması müəyyən edilmişdir. İcarə müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında xx.xx.2025-ci il tarixli icarə müqaviləsi bağlanmış, MMC-nə məxsus 3 nömrəli otaq ona tibbi fəaliyyət üçün istifadə edilmək məqsədilə verilmişdir. Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH№060348 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X6 30 oktyabr 2024-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində stamatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Tibb Mərkəzində çalışan X4 ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını həyata keçirməyə icazəsi olmuş, o "xxxx" MMC-də bu fəaliyyəti həyata keçirmişdir. X6 izahatında rentgen aparatını təmirə aparmaq üçün həmin tarixdə Şəxs MMC-yə gətirdiyini göstərmiş, bu xüsusat 27 yanvar 2026-cı il tarixli aktla da öz təsdiqini tapmışdır. Belə ki, 27 yanvar 2026-cı il tarixli texniki baxış aktından görünür ki, X4 müraciəti əsasında PredentalServicedə rentgen aparatı və vieoqraf sistemi texniki baxışdan keçirilmiş, cihazın işləmədiyi qeyd edilmiş, nasazlığın səbəbi isə istismar qaydalarının pozulması nəticəsində yaranmış mexaniki zədələnmə kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, rentgen aparatının tibb müəssisəsində olması hələ ondan istifadə edilməklə tibbi xidmətin göstərilməsi anlamına gəlmir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın təqdim etdiyi elan lövhəsində yazılan rentgen fəaliyyətinin göstərilməsinə münasibətdə müəssisəsinin nümayəndəsi göstərmişdir ki, iş materiallarında foto-şəkili olan elanla bağlı bildirmək istəyir ki, orada olan QR barkoduna daxil olduqda, həmin klinikanın bütün filialları çıxacaqdır. Elan hazırlanarkən yalnız filialların adı və ünvanı dəyişdirilmişdir, yerdə qalan hissələr eyni saxlanılmışdır. Həmçinin həmin elanda rentgen xidmətlərinin göstərilməsi ona görə qeyd edilmişdir ki, müştərilər klinikaya gəldikdə, onlara rentgen xidməti lazım olduqda digər filiallara göndərilirlər. Yəni əsas məqsəd müştərilərin itirilməməsidir. Məhkəmə bu xüsusatla bağlı nümayəndənin qeyd etdiklərini inandırıcı hesab edir və əlavə olaraq eyd edir ki, iş materialları məhkəmə iclasında tədqiq edilərkən Şəxs Tibb Mərkəzində hər hansı şəxsə rentgen aparatı vasitəsilə xidmət göstərildiyini təsdiq edən hər hansı sübuta rast gəlinməmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 27 yanvar 2026cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC-yə məxusus ünvanda keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (mikrobioloji) fakt aşkar olunması göstərilsə də, kifayət qədər sübutlar əldə edilmədən, yalnız yuxarıda göstərilən məlumatlara istinad edilməklə, Şəxs MMC-nin İXM-nin 215.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1178/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1178/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver