Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1179/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Qərardan şikayət verən şəxs - X3 iştirakı ilə, Xətai rayon X8 Şöbəsinin 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon X8 Şöbəsinin 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2025-ci il tarixində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta protokol və həmin protokol əsasında qəbul edilmiş qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, göstərilən məsələ ilə bağlı bundan öncə aidiyyəti qurumlara, o cümlədən Xətai Rayon DYP-yə və prokurorluq orqanlarına müraciət etmiş, məsələni aydınlaşdırmış və protokolun əsassız olduğunu bildirmişdir. Ona aid edilən inzibati xətanı törətməmiş, heç bir manevr qaydasını pozmamış və guya törədilmiş xətanı təsdiq edən heç bir faktiki sübut ona təqdim edilməmişdir. İnzibati xəta üzrə qəbul edilmiş qərar ona qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməmişdir. Həmin qərarı yalnız xx.xx.2026-cı il tarixində, təxminən 5 ay sonra prokurorluq orqanlarının köməyi ilə əldə etmişdir. Bu hal müdafiə hüququnun və vaxtında məhkəməyə müraciət etmək imkanının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Şikayətə Xətai Rayon DYP-də icraçı E. Səfərov tərəfindən baxılmış, lakin onun tərəfindən tərtib edilmiş qərar qanuna zidd olmuş, iş faktiki olaraq araşdırılmamışdır. Bundan əlavə, qərar onun rəsmi müraciətlərində göstərdiyi ünvanlara deyil, başqa ünvana göndərilmişdir. Eyni zamanda, protokolu tərtib etmiş polis əməkdaşı X2 qanunsuz hərəkətləri və vətəndaşla davranış qaydalarını pozması ilə bağlı müraciətlərinə baxılmamış, həmin əməkdaş barəsində heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən Xətai Rayon DYP tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, qərarın gec və qanunsuz təqdim edilməsi, habelə işə formal baxılması faktlarına hüquqi qiymət verilməsi və qərarın qəbulunda iştirak etmiş vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edir. İş materiallarından göründüyü kimi X5 Azərbaycan Respublikası DİN-nin Xətai rayon X8 Şöbəsinin 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmişdir. Məhkəmənin 12 fevral 2026-cı il tarixli qərardadı ilə X3 vəsatəti təmin olunmuş və 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 28 avqust 2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Xətai rayon X8 Şöbəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış və sübutlarını məhkəməyə göndərməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon X8 Şöbəsi tərəfindən tərtib edilmiş 28 avqust 2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, İXP ******* saylı protokol əsasında onun barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Göründüyü kimi, X3 barəsində 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, onun inzibati xətanı törətməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xətai rayon X8 Şöbəsi tərəfindən İXP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş 28 avqust 2025-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Xətai rayon X8 Şöbəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X5 vəsatətini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2025-ci il tarixində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta protokolu əsasında qəbul olunmuş qərardan şikayət vermək üçün bu vəsatətlə müraciət edir. Qeyd edir ki, göstərilən protokolla razılaşmayaraq dərhal sonra aidiyyəti qurumlara rəsmi qaydada şikayət etmişdir. Buna baxmayaraq, inzibati xəta üzrə qəbul edilmiş qərar ona qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Həmin qərar onun müraciətlərində dəfələrlə göstərdiyi rəsmi ünvanlara deyil, başqa ünvana göndərilmişdir. Bu səbəbdən qərardan vaxtında şikayət vermək imkanım olmamışdır. Qərarı yalnız xx.xx.2026-cı il tarixində, yəni protokolun tərtib edilməsindən təxminən 5 ay sonra, prokurorluq orqanlarının birbaşa köməyi və müdaxiləsi nəticəsində əldə etmişdir. Beləliklə, şikayət müddətinin buraxılması onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən, şikayət müddəti üzrlü səbəbdən buraxıldıqda, məhkəmə tərəfindən həmin müddət bərpa edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İXP ******* nömrəli inzibati xəta üzrə qəbul edilmiş qərardan şikayət vermək üçün buraxılmış müddətin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 vəsatətini müdafiə etdi və itirilmiş müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə vəsatəti və iş materiallarını tədqiq edərək, hesab edir ki, vəsatət əsaslı olduğuna görə təmin edilməli və X3 28 avqust 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi müddəti üzürlü səbəbdən buraxıldığından bərpa edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2 və 128.2.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest -səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 57, 126, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 28 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün itirilmiş müddətin bərpasına dair vəsatəti təmin edilsin və işə mahiyyəti üzrə baxılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1179/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1179/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver