Məhkəmə qərarları › İş №3(5-94)-1241/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1241/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1241/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Şikayət verən şəxs – X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 10 sentyabr 2025-cı il tarixli, EQ/30569301 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X3 İdarəsinin 10 sentyabr 2025-cı il tarixli, EQ30569301 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, Baş X3 İdarəsi tərəfindən barəsində 10 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş protokol tərtib olunmuş və inzibati xəta haqqında qərar qəbul edilərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Lakin, tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında icraat başlanıla bilməz və inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilə bilməz. İnzibati məsuliyyətə cəlb edilməyinin əsası kimi onun tərəfindən İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması, yəni 04 avqust 2025-ci il tarixdə, saat 09:07-də Bakı şəhəri, Mətbuat Prospekti, A.Sultanova Nəşriyyat evinin qarşısında BYD QİN PLUS PLUG-İn Hibrid minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtobillə hərəkət edərkən yol nişanının tələbinə əməl etməməsi olmuşdur. Adı göstərilən dövlət qeydiyyat nişanlı avtomobili heç vaxt idarə etməmişdir, həmin avtomobil üçün etibarnamə də verilməmişdir. Həmin tarixdə və saatda iddia olunan inzibati xəta baş verən yerdə olmamışdır. İnzibati cərimə tətbiq edilməsi bağlı olan məlumata görə bildirir ki, həmin vaxt əslində "carsharing" xidməti göstərən, yəni saatlıq, avtomobil icarəyə verən "City Car" adlı şirkətdən Hyundai Avante markalı ** QG *** qeydiyyat nömrəli avtomobil saatlıq icrarəyə götürmüşdür. Həmin maşının icarəsinə verildiyinə dair mail də mövcutdur (şikayətə əlavə olunmuşdur). Ancaq şirkət səhvən yol vərəqəsini düzgün yazmamış Hyundai Elantra markalı deyil ** QG *** qeydiyyat nömrəli deyil, BYD markalı ** NY *** qeydiyyat avtomobilini icarəyə götürdüyünü X3nə bildirmişdir. Nəticədə, həmin cərimə onun adına yazılmışdır. Maraqlıdır ki, hər iki avtomobilin şirkətin təhvil verilmə saatı dəqiqəsi hətta saniyəsi eynidir. Beləliklə, barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və EQ30569301 saylı protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri BPİ DYPİ nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış və sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DİN BDYPİ-nin 10 sentyabr 2025-ci il tarixli, EQ30569301 saylı inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 09:07-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına daxil edilmiş X2 tərəfindən “CityCar” tətbiqindəki yazışmalardan görünür ki, 04 avqust 2025-ci il tarixdə onun tərəfindən Hyundai Avante markalı ** QG *** qeydiyyat nömrəli avtomobil saatlıq icrarəyə götürülmüşdür və eyni tarixdə saat 10:08-də təhvil vermişdir. Həmçinin, elektron məhkəmə sistemindən görünür ki, X1 mülkiyyətində və ya istifadəsində BYD QİN PLUS PLUG-İn Hibrid minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtobil yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş X3 İdarəsinin 10 sentyabr 2025-cı il tarixli, EQ30569301 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 04 avqust 2025-ci il tarixdə, saat 09:07-də Bakı şəhəri, Mətbuat Prospekti, A.Sultanova Nəşriyyat evinin qarşısında BYD QİN PLUS PLUG-İn Hibrid minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtobillə hərəkət edərkən yol nişanının tələbinə əməl etmədiyi üçün protokol tərtib edilmişdir. Eyni zamanda, iş materiallarındakı sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:52-dən saat 10:08-dək X2 tərəfindən Hyundai Avante markalı ** QG *** qeydiyyat nömrəli avtomobil müvəqqəti istifadə üçün götürülmüşdür. Belə olan halda, inzibati xətanın törədildiyi 04 avqust 2025-ci il tarixdə, saat 09:07-də BYD QİN PLUS PLUG-İn Hibrid minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtobilin X2 tərəfindən idarə edilməsi olduqca şübhəlidir. Eləcə də, məhkəməyə BYD QİN PLUS PLUG-İn Hibrid minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtobilin X2 tərəfindən idarə olunmasına dair sübut təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulan hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. 135.1.5-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, AR DİN Baş X3 İdarəsinin 10 sentyabr 2025-cı il tarixli, EQ30569301 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 53, 114, 115, 117, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 10 sentyabr 2026-cı il tarixli, EQ30569301 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar