Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1259/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati tənbeh verilməsinə dair qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN1002633 saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X6 Xidmətinin (DƏMX) xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək 1500 (bir min beş yüz) məbləğində cərimə edilmişdir. Həmin qərar ona təqdim edilməmiş, sadəcə SMS vasitəsilə bildiriş göndərilmişdir. Həmin qərardan verdiyi şikayət üzrə AR ƏƏSMN yanında X6 Xidməti tərəfindən şikayətinin təmin edilməməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarını tamamilə qeyri-qanuni və asassız hesab edir. AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh verilməsinə dair qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil çıxışında qeyd etmişdir ki, qərarın verilməsinə əsas kimi "xxxx" MTK-nın işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması göstərilmişdir. Halbuki, həmin dövrdə "xxxx" MTK-nın fəaliyyətsizliyi və işçilərinin olmaması halı mövcud olmuşdur. Eyni zamanda, "xxxx" Sığorta Şirkəti ASC ilə "xxxx" MTK arasında xx.xx.2026-cı il tarixli "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi" bağlanmışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan isə X3 nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının onların iştirakları olmadan keçirilməyini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən şikayət vermiş şəxsin və onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, elektron sistemdən də göründüyü kimi işçi ilə aktiv əmək müqaviləsi olmuş, müqavilə olduğu təqdirdə işçinin sığorta olunması tələb olunduğu halda həmin hərəkət icra olunmamışdır. Hal-hazırda şikayətçi Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozduğu üçün cərimə əsaslıdır. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzibati xətanı törətdiyinə görə X5 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, X5 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 65ADUPUC00401 nömrəli müddətsiz əmək müqaviləsi bağlanılmış, dəyişikliyin qüvvəyə minmə tarixi kimi xx.xx.2019-cu il qeyd edilmişdir. Həmçinin, elektron sistem çıxarışlarından görünür ki, X1 olduğu "xxxx" Mənzil Tikinti Kooperativi tam sığortasız 65ADUPUC00401 nömrəli müqavilə bağlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-A-75166/2025 nömrəli qərarından görünür ki, X5 tərəfindən MN ******* nömrəli elektron qərardan verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2026-cı il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X5 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməyərək, qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya yol vermişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi ilə X5 arasında əmək müqaviləsi bağlanmış, lakin, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilə mövcud olmamışdır. Şikayətçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, yalnız, inzibati xətanın aşkara çıxarılmasından, yəni, törədilməsindən sonra xx.xx.2026-cı il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” müqavilə bağlanmışdır. Belə olan halda, xx.xx.2026-cı il tarixdə sığorta müqaviləsinin bağlanması inzibati tənbehin tətbiq edilməsindən sonra həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsi kimi qəbul edilməlidir və şəxsi inzibati məsuliyyətdən azad edən hal kimi nəzərdən keçirilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. AR İXM-in 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1259/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1259/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver