Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1325/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 52, inzibati bina ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 8(001)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2398/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(011)-2111/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(011)-1502/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlar üzrə tələb tam təmin edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək təkcə aliment öhdəliyi üzrə 11701 manat borc pul məbləğinin ödənilməli olduğunu, digər tələbkarlara isə indiyə qədər hər hansı bir məbləğdə ödəniş edilmədiyini göstərərək Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 borc məbləğinin ödənməsini və Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, əslində tələbkara ödənişlər etmiş, lakin əlbəəl verdiyi üçün sübut edə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı X4 cavabdeh Şəxs qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Şəxs 1900 manat məbləğində pul vəsaiti iddiaçı X4 xeyrinə tutulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 2(011)-2398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs 4100 manat pul məbləği tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 2(011)- 2111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, 585 əyar, çəkisi 10 qram olan 900 manat dəyərində üzük klon və sırğadan ibarət komplekt dəst; 916 əyar, çəkisi 20 qram olan 3100 manat dəyərində sırğa; 916 əyar, çəkisi 30 qram olan 4650 manat dəyərində qolbağ; 750 əyar, 2820 manat dəyərində üzük və sırğadan ibarət dəst; 750 əyar, 5 qram çəkidə, 600 manat dəyərində qızıl nişan üzüyü; 583 əyar, 15 qram çəkidə dəyəri 1350 manat olan qolbağ; və 583 əyar, 21 qram çəkidə, 1890 manat dəyərində qolbağ, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 15 310 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X9 verilmiş, İddia tələbi qalan hissədə təmin edilməmiş, 50 manat ekspert xərci Şəxs alınaraq dövlət büdcəsinə ödənilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 2(011)-1502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X9 ödənilsin və qətnamə bu hissədə dərhal icra edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 2(001)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizə təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 174/2024 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunması və xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq, X9 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 8(001)-598/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-8813/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 3 uşağı var: xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 1000 manatdan 1500 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini, himayəsində 3 uşağının olmasını yüngülləşdirici hal və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini ağırlaşdırıcı hal kimi nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 10 fevral 2026-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1325/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1325/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver