Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1359/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ YNH inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, tikinti və təmir üzrə mühəndis vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə Bakı Şəhər Baş polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı Şəhər Baş polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı, **-QS-*** d.q.n-lı avtomobili sürücülük hüququ olmadan idarə edən Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozması nəticəsində idarə etdiyi “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı, **-QS-*** d.q.n-lı avtomobili ilə “Mercedes minik” markalı, **-SR-*** d.q.n-lı avtomobilin arxa hissəsindən vurmuş və nəticədə X2 maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı, **-QS-*** d.q.n-lı avtomobili ilə 8 Noyabr prospektində hərəkət edərkən “Mercedes minik” markalı, **-SR-*** d.q.n-lı avtomobili vuraraq maddi ziyan yetirmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı övladının olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ YNH inspektoru, polis baş leytenantı X5 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş YNH zamanı Şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Bununla o, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törəmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ YNH inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə etdiyi “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı, **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı şəhər DYPİ YNH inspektoru, polis baş leytenantı X5 tərəfindən Şəxs və X1 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş, “CHANGAN QİYUAN A05 PLUG- İN HİBRİD MİNİK” markalı, **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinin pozulması nəticəsində “Mercedes minik” markalı, **-SR-*** d.q.n-lı avtomobil ilə arxadan toqquşmuşdur; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2026-cı il tarixli, 1/1276 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı Şəxs ayıq olmuşdur; zərərçəkmiş şəxs X1 Bakı şəhəri BPİ-nin DYPİ-də verdiyi izahatında qeyd etmişdir ki, Mercedes minik” markalı, **-SR-*** d.q.n-lı avtomobil ilə 8 Noyabr prospektində hərəkət edərkən “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı, **-QS-*** d.q.n-lı avtomobil onun maşınını arxadan vuraraq maddi ziyan yetirmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), himayəsində azyaşlı övladlarının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1359/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1359/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver