Məhkəmə qərarları › İş №3(5-94)-1425/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1425/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1425/2026 11.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 10 fevral 2026-cı il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 59096.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 12 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 59096.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, İOSC-OİC-55 nömrəli Müqavilə üzrə 59,096 ABŞ dolları məbləğində vəsait avans qismində ölkə xaricinə köçürülmüş, lakin ödənişin həyata keçirildiyi tarixdən etibarən 2 (iki) il müddətində həmin məbləğ hesabına mallar (xidmətlər) ölkə ərazisinə idxal edilməmiş və ya göstərilən məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs QSC tərəfindən hər hansı inzibati xəta törədilməmiş, İOSC-OİC-55 nömrəli müqavilə üzrə köçürülmüş vəsait tam həcmdə geri qaytarılmışdır. Belə ki, Şəxs QSC ilə “OİC X4 X6 Ticaret Limited” arasında aşağıdakı satış müqavilələri bağlanmışdır:– xx.xx.2024-cü il tarixli, İOSC-OİC-55 nömrəli Müqavilə – 59,096 ABŞ dolları; – xx.xx.2024-cü il tarixli, İOSC-OİC-56 nömrəli Müqavilə – 50,552 ABŞ dolları; – xx.xx.2024-cü il tarixli, İOSC-OİC-57 nömrəli Müqavilə – 61,646.46 ABŞ dolları; – xx.xx.2024-cü il tarixli, İOSC-OİC-58 nömrəli Müqavilə – 43,700 ABŞ dolları;– xx.xx.2025ci il tarixli, İOSC-OİC-60 nömrəli Müqavilə – 50,350 ABŞ dolları. Həmin müqavilələrin ödəniş şərtlərinə uyğun olaraq Sifarişçi, yəni Şəxs QSC tərəfindən avans ödənişləri həyata keçirilmiş, lakin İcraçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar olaraq Tərəflər arasında aparılmış danışıqlar nəticəsində 31 mart 2025-ci il tarixində “Qarşılıqlı Hesablaşma və X1 haqqında Razılaşma” bağlanmış və həmin Razılaşma ilə yuxarıda göstərilən bütün müqavilələrə 31 mart 2025-ci il tarixindən etibarən qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Eyni zamanda, həmin Razılaşma ilə müqavilələr üzrə Sifarişçi tərəfindən ödənilmiş avans məbləğlərinin İcraçı tərəfindən 31 mart 2026-cı il tarixədək geri qaytarılması müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, İOSC-OİC-55 nömrəli Müqavilə üzrə Sifarişçi tərəfindən ödənilmiş 59,096 ABŞ dolları məbləğində avans vəsaiti 31 mart 2025-ci il tarixli Razılaşmada müəyyən edilmiş qaydada və müddətlər çərçivəsində iki mərhələdə geri qaytarılmışdır. Həmin məbləğin 28,563 ABŞ dolları hissəsi xx.xx.2025-ci il tarixində bank köçürməsi ilə ödənilmiş, qalıq 30,533 ABŞ dolları isə xx.xx.2025-ci il tarixində həyata keçirilmiş ümumi 206,865 ABŞ dolları məbləğində köçürmənin tərkibində geri qaytarılmışdır. Qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixində həyata keçirilmiş həmin ümumi 206,865 ABŞ dolları məbləğində köçürmə 31 mart 2025-ci il tarixli Razılaşma ilə xitam verilmiş müqavilələr üzrə avans vəsaitlərinin geri qaytarılması məqsədilə icra olunmuşdur. Belə ki, həmin köçürmənin tərkibinə İOSCOİC-55 nömrəli Müqavilə üzrə 30,533 ABŞ dolları məbləğində qalıq vəsait, İOSC-OİC-56 nömrəli Müqavilə üzrə 50,552 ABŞ dolları, İOSC-OİC-57 nömrəli Müqavilə üzrə 61,646.46 ABŞ dolları və İOSC-OİC-58 nömrəli Müqavilə üzrə 43,700 ABŞ dolları məbləğində avans vəsaitləri, eləcə də İOSCOİC-60 nömrəli, xx.xx.2025-ci il tarixli Müqavilə üzrə 20,433.54 ABŞ dolları məbləğində ödəniş həmin köçürmənin tərkibində Sifarişçiyə geri ödənilmişdir. İOSC-OİC-60 nömrəli Müqavilə üzrə 29,916.46 ABŞ dolları məbləğində qalıq vəsaitin isə xx.xx.2026-cı il tarixədək ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Yuxarıda göstərilən faktiki hallar iş materiallarına əlavə edilmiş sənədlərlə də təsdiq olunur. Belə ki, xx.xx.2025-ci il tarixli banka rəsmi müraciət sənədində İOSC-OİC-55 nömrəli Müqavilə üzrə 28,563 ABŞ dolları məbləğində vəsaitin geri qaytarıldığı göstərilmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixli banka rəsmi müraciət sənədində 206,865 ABŞ dolları məbləğində həyata keçirilmiş ümumi köçürmənin tərkibi əks olunmuş və həmin məbləğin hansı müqavilələr üzrə ödənildiyi açıq şəkildə göstərilmişdir. Bundan əlavə, faktiki hesablaşmaların tamamlanmasından sonra tərəflər arasında xx.xx.2025-ci il tarixində “Qismən İcranın və Hesablaşmanın Dəqiqləşdirilməsi haqqında Akt” tərtib edilmiş və həmin Aktla İOSC-OİC-55 nömrəli Müqavilə üzrə avans vəsaitinin iki mərhələdə tam həcmdə qaytarıldığı, eləcə də digər müqavilələr üzrə hesablaşmaların Razılaşmaya uyğun aparıldığı rəsmi qaydada təsdiq olunmuşdur. Nəticə etibari ilə, İOSC-OİC-55 nömrəli Müqavilə üzrə 59,096 ABŞ dolları məbləğində vəsait iki mərhələdə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində tam həcmdə geri qaytarılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Beləliklə o, protokolda qeyd olunan 59096 ABŞ dolları məbləğində vəsaitin OİC X4 Parca şirkəti tərəfindən tam məbləğində şirkətə qaytarıldığını, ümumiyyətlə qeyd olunan şirkətlə müqavilələr bağlanmasına baxmayaraq sonradan qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verildiyini və bütün məbləğlərin bank hesablarına geri qaytarıldığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə qzıı “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, inzibati xəta haqqında təyin edilmiş məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən və etirazdan müəyyən edilir ki, şirkətin hesabına vəsait daxil olması var. Etirazda qeyd edilən 28,563 USD vəsaitin təyinatına nəzər salınsa həmin məbləğ geri qaytarma kimi deyil, deposit kimi hesaba oturmuşdur. xx.xx.2025-ci il tarixli 206,865 ABŞ dolları geri qaytarma vəsaitinin isə təyinatı ilə avans köçürmə vəsaitinin təyinatında qeyd olunan müqavilə və invoysa istinad yoxdur. Bu səbəbdən də avans köçürmə ilə daxil olan vəsait arasında eynilik və əlaqə müəyyən edilmir. Bütün bu halları nəzərə alaraq Şəxs QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 59096.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 12 yanvar 2024-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 15 yanvar 2026-cı il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 fevral 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 59096.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 12 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 59096.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim hesabdan çıxarışlardan görünür ki, Şəxs MMC tərəfindən 59096.00 ABŞ dolları məbləğində vəsait ölkəyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 59096.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 12 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 59096.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs QSC tərəfindən hər hansı inzibati xəta törədilməmiş, İOSC-OİC-55 nömrəli müqavilə üzrə köçürülmüş vəsait tam həcmdə geri qaytarılmışdır. Belə ki, Şəxs QSC ilə “OİC X4 X6 Ticaret Limited” arasında aşağıdakı satış müqavilələri bağlanmışdır:– xx.xx.2024-cü il tarixli, İOSC-OİC-55 nömrəli Müqavilə – 59,096 ABŞ dolları; – xx.xx.2024-cü il tarixli, İOSC-OİC-56 nömrəli Müqavilə – 50,552 ABŞ dolları; – xx.xx.2024-cü il tarixli, İOSC-OİC-57 nömrəli Müqavilə – 61,646.46 ABŞ dolları; – xx.xx.2024-cü il tarixli, İOSC-OİC-58 nömrəli Müqavilə – 43,700 ABŞ dolları;– xx.xx.2025ci il tarixli, İOSC-OİC-60 nömrəli Müqavilə – 50,350 ABŞ dolları. Həmin müqavilələrin ödəniş şərtlərinə uyğun olaraq Sifarişçi, yəni Şəxs QSC tərəfindən avans ödənişləri həyata keçirilmiş, lakin İcraçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar olaraq Tərəflər arasında aparılmış danışıqlar nəticəsində 31 mart 2025-ci il tarixində “Qarşılıqlı Hesablaşma və X1 haqqında Razılaşma” bağlanmış və həmin Razılaşma ilə yuxarıda göstərilən bütün müqavilələrə 31 mart 2025-ci il tarixindən etibarən qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Eyni zamanda, həmin Razılaşma ilə müqavilələr üzrə Sifarişçi tərəfindən ödənilmiş avans məbləğlərinin İcraçı tərəfindən 31 mart 2026-cı il tarixədək geri qaytarılması müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, İOSC-OİC-55 nömrəli müqavilə üzrə sifarişçi tərəfindən ödənilmiş 59,096 ABŞ dolları məbləğində avans vəsaiti 31 mart 2025-ci il tarixli razılaşmada müəyyən edilmiş qaydada və müddətlər çərçivəsində iki mərhələdə geri qaytarılmışdır. Həmin məbləğin 28,563 ABŞ dolları hissəsi xx.xx.2025-ci il tarixində bank köçürməsi ilə ödənilmiş, qalıq 30,533 ABŞ dolları isə xx.xx.2025-ci il tarixində həyata keçirilmiş ümumi 206,865 ABŞ dolları məbləğində köçürmənin tərkibində geri qaytarılmışdır. Qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixində həyata keçirilmiş həmin ümumi 206,865 ABŞ dolları məbləğində köçürmə 31 mart 2025-ci il tarixli Razılaşma ilə xitam verilmiş müqavilələr üzrə avans vəsaitlərinin geri qaytarılması məqsədilə icra olunmuşdur. Belə ki, həmin köçürmənin tərkibinə İOSCOİC-55 nömrəli Müqavilə üzrə 30,533 ABŞ dolları məbləğində qalıq vəsait, İOSC-OİC-56 nömrəli Müqavilə üzrə 50,552 ABŞ dolları, İOSC-OİC-57 nömrəli Müqavilə üzrə 61,646.46 ABŞ dolları və İOSC-OİC-58 nömrəli Müqavilə üzrə 43,700 ABŞ dolları məbləğində avans vəsaitləri, eləcə də İOSCOİC-60 nömrəli, xx.xx.2025-ci il tarixli Müqavilə üzrə 20,433.54 ABŞ dolları məbləğində ödəniş həmin köçürmənin tərkibində Sifarişçiyə geri ödənilmişdir. İOSC-OİC- 60 nömrəli Müqavilə üzrə 29,916.46 ABŞ dolları məbləğində qalıq vəsaitin isə xx.xx.2026cı il tarixədək ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Lakin etirazda qeyd edilən 28,563 ABŞ dolları məbləğində vəsaitin təyinatına nəzər salınsa, həmin məbləğ geri qaytarma kimi deyil, depozit kimi hesaba oturmuşdur. xx.xx.2025-ci il tarixli 206,865 ABŞ dolları geri qaytarma vəsaitinin isə təyinatı ilə avans köçürmə vəsaitinin təyinatında qeyd olunan müqavilə və invoysa istinad yoxdur. Bu səbəbdən də avans köçürmə ilə daxil olan vəsait arasında eynilik və əlaqə müəyyən edilmir. Belə olan halda xx.xx.2024-cü il tarixli, İOSC-OİC-55 nömrəli müqavilə üzrə sifarişçi tərəfindən ödənilmiş 59,096 ABŞ dolları məbləğində avans vəsaitinin 31 mart 2025-ci il tarixli razılaşmada müəyyən edilmiş qaydada və müddətlər çərçivəsində iki mərhələdə geri qaytarılması, həmin məbləğin 28,563 ABŞ dolları hissəsinin xx.xx.2025-ci il tarixində bank köçürməsi ilə ödənilməsi, qalıq 30,533 ABŞ dolları hissəsinin isə xx.xx.2025-ci il tarixində həyata keçirilmiş ümumi 206,865 ABŞ dolları məbləğində köçürmənin tərkibində geri qaytarılması öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 59096.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 11819 (on bir min səkkiz yüz on doqquz) ABŞ dolları 20 (iyirmi) sent (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar