Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-150/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3435/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X4 583.87 manat və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Tələb əmək haqqında yönəldilsə də, icrası təmin edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iclasında texniki vasitələrdən istifadə edilməklə icra işindəki mobil nömrə ilə əlaqə saxlanılmış və Şəxs MMC-nin nümayəndəsi bildirmişdir ki, X10 həmin şirkətdə çalışmış, qərarın icrası ilə bağlı məktub onların ünvanına daxil olduqdan qısa bir müddət sonra X6 əmək müqaviləsinə xitam verilmiş və daha sonra şirkət öz fəaliyyətini dayandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3435/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 405.6 manat (dörd yüz beş manat altmış qəpik) əsas, 60.8 manat (altmış manat səksən qəpik) cərimə borcu, cəmi 466.4 manat (dörd yüz altmış altı manat qırx qəpik) borc məbləği, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 102 manat (bir yüz iki manat) əsas, 15.3 manat (on beş manat otuz qəpik) cərimə borcu, cəmi 117.3 manat (bir yüz on yeddi manat otuz qəpik) borc məbləği, qeyd edilmiş hər iki müqavilə üzrə 507.6 manat (beş yüz yeddi manat altmış qəpik) əsas, 76.1 manat (yetmiş altı manat on qəpik) cərimə borcu, cəmi 583.7 manat (beş yüz səksən üç manat yetmiş qəpik) borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məktubun göndərilməsi ilə bağlı kuryerin qəbzindən görünür ki, Xətai rayon İcra şöbəsinin Şəxs MMC-yə ünvanladığı bildiriş xx.xx.2025-ci il tarixdə sonuncunun ünvanına çatdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışdan görünür ki, X9 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də işləmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilən icra vərəqəsi icra edilməsi üçün borclunun iş yeri olan Şəxs MMC-yə göndərilmiş, lakin MMC tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülməmiş, borc X5 əmək haqqına yönəldilməmişdir. Məhkəmə, Şəxs MMC-nin nümayəndəsinin bildirdiyi xüsusatlara münasibətdə belə qənaətə gəlir ki, icra vərəqəsinin şirkətin ünvanına çatması mübahisəsiz haldır. Həmçinin, əmək müqaviləsinə dair məlumatlardan və məktubun şirkətə çatdırılması ilə bağlı qəbzdən müəyyən edilir ki, məktubun çatdırıldığı tarixdə X10 orada işləmişdir. Nümayəndə qeyd etsə də ki, şirkət fəaliyyətini dayandırmışdır, elektron sorğuya əsasən Şəxs MMC-nin VÖEN-nin aktiv olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-150/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-150/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver