Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-151/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Musazadə Xanım Yaşar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə 24 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil xx.xx.2026-cı il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, PraysvotershausKupers Audit Azərbaycan MMC tərəfindən tərtib edilmiş “X3 Standartlarına uyğun X1 Hesabatları və Müstəqil Auditorun hesabatı”na əsasən həmin X1 hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "xxxx" MMC-nin və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2023-cü il tarixinə X1 vəziyyətinin və həmin tarixdə başa çatan il üzrə X1 nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini BMHS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir. 11 Avqust 2023-cü il tarixində "xxxx" MMC ilə fiziki şəxs arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC Şəxs MMC və "xxxx" MMC-nin iştirak paylarının 100%-ni 31000 AZN müqabilində satın almağa razılaşmışdır. 30 dekabr 2023-cü il tarixində "xxxx" MMC "xxxx" MMC-nin ədalətli dəyərinin müstəqil konsaltinq şirkəti tərəfindən qiymətləndirilməsi əsasında "xxxx" MMCnin iştirak paylarının 55%-ni "xxxx" MMC-dən 12876 AZN müqabilində satın almışdır. "xxxx" MMC daha sonra "xxxx" MMC-nin qalan 45% payını Bakcell MMC-dən 10535 AZN nağd pul müqabilində satın alaraq "xxxx" MMC-nin tam mülkiyyətçisinə çevrilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditi X1 hesabatının və müstəqil auditorun hesabatının aparılması şəklində həyata keçirilmiş, törədilməsi istinad edilən inzibatə xətaya yol verilməmişdir. Üstəlik inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmaya kobud pozuntular ilə tərtib edilmişdir. Belə ki, Şəxs MMC fəaliyyətini 17 dekabr 2024-cü il tarixində "xxxx" MMC-yə qoşulma yolu ilə dayandırmasına baxmayaraq protokol faktiki olaraq mövcud olmayan hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmçinin Şəxs MMC tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi üçün müəyyən edilmiş sonuncu müddət 30 aprel 2024-cü il tarixi olmasına və törədilməsi istinad edilən əməlin üzərindən qanunla müəyyən edilmiş 1 illik kəsici müddət ötməsinə baxmayaraq şirkət inzibati məsuliyyətə cəlb edilmişdir. O da vurğulanmalıdır ki, törədilməsi istinad edilən əməl ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən 323/2-8947/2025 saylı 06 noyabr 2025-ci il tarixli məktubla Xətai Rayon Məhkəməsinə müraciət edilərək 06 noyabr 2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokola əsasən Şəxs 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)-9936/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 06 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında maraqlı şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" MMC hüquqi şəxslər "xxxx" MMC və Şəxs MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və onların hüquqi varisidir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmadan xx.xx.2024-cü il tarixdən fəaliyyətini dayandırmış hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, yuxarıda sadalanan hallarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilibedilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Lakin Maliyyə Nazirliyi bizə məlum olmayan səbəblərdən hər hansı əlavə araşdırma aparmadan eyni məzmunlu protokolu tərtib edərək şirkətin inzibati məsuliyyətə cəlb edilməsini yenidən xahiş etmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin vəkili Vəkil Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 24 dekabr 2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil izahat verərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-nin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş. Protokolun tərtib edilməsinə əsas Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması olmuşdur. Protokol əsassız olduğundan Şəxs MMC barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materiallarında olan və tədqiq edilmiş: "xxxx" MMC-nin “X3 Standartlarına uyğun X1 Hesabatları və Müstəqil Auditorun hesabatı”ndan görünür ki, müstəqil ekspertin rəyinə əsasən, hazırki X1 Hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "xxxx" MMC-nin və onun törəmə müəssisələrinin 31 dekabr 2023-cü il tarixinə X1 vəziyyətini və həmin tarixdə başa çatan il üzrə X1 nəticələrini və Konsolidasiya Edilmiş pul vəsaitlərinin hərəkətini BMHS Uçotu standartlarına uyğun olaraq düzgün əks etdirir. İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsin verdiyi xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki, "xxxx" MMC Şəxs MMC və "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və onların hüquqi varisidir, "xxxx" MMC "xxxx" MMC-nin tam mülkiyyətçisidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 24 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Şəxs MMC-yə ünvanladığı məktubundan görünür ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 24 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surəti hüquqi şəxs Şəxs MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə məhdud məsuliyyətli cəmiyyət müvafiq olaraq (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyalara ayrılmışdır. Həmin qərara əsasən işçilərinin orta siyahı sayı (nəfər) 11-50 və illik gəliri (min manat) 200000-dən 3000000-dək olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq kateqoriyasına aid edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmış və 18 dekabr 2025-ci il tarixli auditor rəyi verilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, "xxxx" MMC, Şəxs MMC və "xxxx" MMC-nin hüquqi varisi olan "xxxx" MMC-nin tam mülkiyyətçisidir onun tərəfindən 18 dekabr 2025-ci il tarixli auditor rəyi verilmişdir. İkincisi, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Nəzərdə tutulmuş müddət başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol isə 2025-ci ilin sonunadək məhkəməyə təqdim etməli olduğu halda həmin protokol xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş, bununla da nəzərdə tutulmuş bir il müddəti ötürmüşdür. Hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, şəxs hazırki tarixdə İXM-nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(5-94)-151/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-151/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver