Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1525/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq qızı, X1 barəsində X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixli, 3-17-5/1-R-84279/2025 saylı qərarın inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə dair X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə (ərizəyə) baxaraq, MÜƏYYƏN ETDİ: X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokol əsasında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın, X2 Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-17-5/1-R-84279/2025 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara görə X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətçi ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair bir şikayət ərizəsi ilə müraciət etmiş və bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir icraatda baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixli, 3-17-5/1-R- 84279/2025 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixli, 3-17-5/1-R-84279/2025 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər Nümayəndə geri qaytarılsın. X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-1525/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1525/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver