Məhkəmə qərarları › İş №3(5-94)-1577/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1577/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1577/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs –Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, taksi fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonu, Aşağı Cürəli Ərazi Dairəsi, Aşağı Cürəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən 18 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru X3 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, müştəri taksi sifariş etmiş, ünvana yaxınlaşmışdır. İndiyə kimi musiqiyə görə müştəri ilə arasında problem olmamışdır. Xanım demişdir ki, mahnını söndürsün, telefonla danışacaq. O demişdir ki, telefonla uzun müddət danışacaqsa, aparmayacaq. Telefonla danışanda maşında səs çox olur. Videodan da görünür ki, birinci xanımın səsi qalxır, ifadələri ilk o işlədir. Himayəsində xəstə anası var. Əməlindən səmimi peşmandır və Zərərçəkmiş şəxs üzr istəyir. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs videogörüntü təqdim edərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə taksi sifariş verdikdən sonra maşına yaxınlaşmış və əyləşmişdir. Maşında telefonla danışmamışdır. Müştəriyə səsli mesaj göndərmək istəmiş, mahnının səsi çox olduğu üçün göndərə bilməmişdir. Xahiş etmişdir ki, musiqinin səsini alsın. Hərəkətə başlamamış sürücü demişdir ki, telefonla danışacaqsansa, aparmayacaq. Səbəbini soruşduqda, ictimai nəqliyyatda telefonla danışmaq olmaz demişdir. O demişdir ki, taksi ictimai nəqliyyat vasitəsi deyil, şəxsi maşınıdır. Ona qarşı səsinin tonunu qaldırmış, qulaq asdığı mahnıya şərh bildirdikdə şəxsinə təhqir ifadə etmişdir. Ona qarşı maddi, mənəvi və psixoloji ziyan dəymişdir. Göstərilənlərə əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdim olunan videogörüntüyə baxış keçirərək inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tələbini pozmuşdur. Məhkəmədə təqdiq olunan 1 dəqiqə 29 saniyədən ibarət videomaterialdan görünür ki, sürücü Şəxs Zərərçəkmiş şəxs ictimai nəqliyyatda telefonla danışmaq olmaz deyir. Zərərçəkmiş şəxs telefonla danışmadığını, müştəriyə səsli mesaj atdığını, daha sonra mahnının səsini azaltmasını deyir. Sürücü ona maşından düşməsini deyir. Zərərçəkmiş şəxs nə üçün telefonla danışmaq olmaz soruşduqda, sürücü ictimai nəqliyyatda icazə olmadığını deyir. Daha sonra aralarında sözlə mübahisə baş verir. Şəxs Zərərçəkmiş şəxs sərt şəkildə maşını tərk etməsini deyir. 18 fevral 2026-cı il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 13:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar