Məhkəmə qərarları › İş №3(5-94)-1614/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1614/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1614/2026 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X2 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli 3-17-5/1-R-84279/2025 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X12 şikayət ərizəsi ilə müraciət edərək, X9 Xidmətinin xx.xx.2026-ci il tarixli, 3-17- 5/1-R84279/2025 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati xəta haqqında 14 noyabr 2025-ci il tarixli, ******* nömrəli protokol əsasında X3 2024-cü ilin iyun, noyabr və 2025-ci ilin yanvar, mart, may, iyun ayları üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqlarının düzgün hesablanmadığı iddia edilərək, nəticə etibarilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmişdir. Həmin protokola əsasən X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərək işəgötürən barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassız hesab edildiyindən, ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqan olan X9 Xidmətinə şikayət verilmişdir. Xidmətdə həmin şikayətə baxılaraq xx.xx.2026- cı il tarixli, 3-17-5/1-R-84279/2025 nömrəli qərarla şikayətin təmin edilməməsi və Bakı şəhər İdarəsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir Həm X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, həm də X9 Xidmətinin xx.xx.2026-cı il tarixli 3-17-5/1-R-84279/2025 nömrəli qərarları aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, Bakı Regional Qazın Satış Departamentinin 104 Çağrı sahəsinin 1 saylı çağrı xidmətində yerli telefon rabitəsinin telefonçusu vəzifəsində çalışan X3 əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 685,94 manat, staja görə 3 faiz əlavə ilə birlikdə 706,54 manat təşkil edir. İşçi iki növbəli iş rejimində çalışır. "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) vəzifə maaşı saatlıq tarif üzrə 4,33 manat göstərildikdə sistem minimum əmək haqqından aşağı olması səbəbi ilə bunu qəbul etməmiş, bu səbəbdən saatlıq tarif maaşı illik orta aylıq iş vaxtı normasına vurularaq 685,96 manat məbləğində qeyd edilmişdir. Bununla yanaşı, ƏMASda yerləşdirilmiş ştat vahidində saatlıq tarif maaşı 4,33 manat olaraq göstərilmişdir. Aşağıda göstərilən aylar üzrə əmək haqqı hesablamaları əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır: İşçinin faktiki iş vaxtının və iş vaxtından artıq işlədiyi saatların dəqiq uçotunu aparmaq ƏM-nin 102-ci maddəsinə görə işəgötürənin borcudur və həmin maddənin 2-ci hissəsinə görə onun aparılması qaydaları işəgötürən tərəfindən müəyyən olunur və aşağıdakı qaydalardan istifadə edilir: gündəlik uçot; həftəlik uçot; iş vaxtının cəmlənmiş uçotu; Cəmlənmiş uçotun xarakterik xüsusiyyətinə görə uçotun aparılması zamanı işçinin işlədiyi saatların ümumi sayı gündəlik nəzərə alınır, lakin onların cəmi seçilmiş dövrün sonunda dəqiq yekunlaşdırılır, bu zaman aylıq əmək haqqı sabit tariflə, işlənmiş artıq iş saatları seçilmiş hesabat dövrünün sonunda əlavə iş kimi ödənilir. İş vaxtının uçotu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq cəmlənmiş uçot qaydasında aparılmış, artıq iş saatları müvafiq dövrün sonunda əlavə ödəniş kimi hesablanmışdır. Aşağıda göstərilən aylar üzrə aparılmış hesablamalardan göründüyü kimi, işçiyə əmək haqqı tam və düzgün ödənilmiş, hər hansı azalma və ya natamam ödəniş halı olmamışdır. Belə ki, X5 2024-cü ilin iyun ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 196 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 126 saat*4.33=545.58 Normadan artıq 70 saat*4.33=303.10 Normadan artıq İİ qat 70 saat*4.33=303.10 Gecə saatı 58 saat*4.33*40%=100.46 İş stajına görə əlavə ödəniş 545,58*3%=16.37 Gündəlik yemək xərci 16 gün*5 manat=80 Cəmi iyun ayı üzrə hesablanmış əmək haqqı 1348.61 manat olmuşdur. 2024-cü ilin noyabr ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 180 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 151 saat*4.33=653.83 Normadan artıq 29 saat*4.33=125.57 Normadan artıq İİ qat 29 saat*4.33=125.57 Gecə saatı 64 saat*4.33*40%=110.85 İş stajına görə əlavə ödəniş 653.83*3%=19.61 Gündəlik yemək xərci 15 gün*5 manat=75 Xidmət fəaliyyətinin qiymətləndirilməsi. Bonus 566.79 manat Cəmi noyabr ayı üzrə hesablanmış əmək haqqı 1677.22 manat olmuşdur. 2025-ci ilin yanvar ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 188 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 143 saat*4.33=619.19 Normadan artıq 45 saat*4.33=194.85 Normadan artıq İİ qat 45 saat*4.33=194.85 Gecə saatı 62 saat*4.33*40%=107.38 İş stajına görə əlavə ödəniş 619.19*3%=18.58 Gündəlik yemək xərci 16 gün*5 manat=80 Cəmi yanvar ayı üzrə hesablanmış əmək haqqı 1214.85 manat olmuşdur. 2025-ci ilin mart ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 180 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 102 saat*4.33=441.66 Normadan artıq 78 saat*4.33=337.74 Normadan artıq İİ qat 78 saat*4.33=337.74 Gecə saatı 64 saat*4.33*40%=110.85 İş stajına görə əlavə ödəniş 441.66*3%=13.25 Gündəlik yemək xərci 15 gün*5 manat=75 8 mart mükafat 300 Cəmi mart ayı üzrə hesablanmış əmək haqqı 1616.24 manat olmuşdur. 2025-ci ilin may ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 188 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 158 saat*4.33=684.14 Normadan artıq 30 saat*4.33=129.90 Normadan artıq İl qat 30 saat*4.33=129.90 Gecə saatı 62 saat*4.33*40%=107.38 İş stajına görə əlavə ödəniş 684.14*3%=20.52 Gündəlik yemək xərci 16 gün*5 manat=80 Cəmi may ayı üzrə hesablanmış əmək haqqı 1151.84 manat olmuşdur. 2025-ci ilin iyun ayı üzrə əmək haqqı hesablanarkən işçinin ümumi işlənmiş iş saatları 180 saat olmuşdur və hesabat aşağıdakı kimi aparılmışdır. Norma daxili 134 saat*4.33=580.22 Normadan artıq 46 saat*4.33=199.18 Normadan artıq İİ qat 30 saat*4.33=199.18 Gecə saatı 64 saat*4.33*40%=110.85 İş stajına görə əlavə ödəniş 580.22*3%=17.41 Gündəlik yemək xərci 15 gün*5 manat=75 Cəmi iyun ayı üzrə hesablanmış əmək haqqı 1181.84 manat olmuşdur. Qeyd edilən aylar üzrə əmək haqqının hesablanmasında hər hansı kənarlaşma və ya əmək haqqının tam ödənilməməsi halı mövcud olmamışdır. Buna baxmayaraq, yuxarı səlahiyyətli orqan X9 Xidməti tərəfindən qəbul edilmiş qərarlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyul 2001-ci il tarixli, 9-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə İzahat"ın 7-ci bəndinə istinad edilərək, işçiyə ödənilmiş əmək haqqının guya düzgün hesablanmadığı iddia edilmişdir. Qeyd edilən İzahatın 7-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının hesablanması zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını müəyyən etmək üçün onun aylıq tarif (vəzifə) maaşı ödəniş aparılan ay üzrə müəyyən edilmiş iş vaxtı normasına bölünməlidir. Beləliklə, sözügedən İzahatın tələblərinə uyğun olaraq saatlıq tarif maaşı sabit göstərici deyil, hər ay üzrə iş vaxtı normasından asılı olaraq dəyişkən hesablanmalıdır. Təqdim etdiyimiz hesablamalardan göründüyü kimi, X5 əmək haqqı hesablanarkən saatlıq tarif maaşı 4,33 manat kimi götürülmüşdür. Halbuki, İzahatın 7-ci bəndinə uyğun olaraq aylıq tarif maaşı (685,94 manat) həmin ay üzrə iş vaxtı normasına bölünməklə saatlıq tarif müəyyən edildikdə, saatlıq məbləğ 4,33 manatdan aşağı alınırdı. Bu isə onu göstərir ki, İzahatın 7-ci bəndinin müfəttişlik tərəfindən irəli sürülən qaydada tətbiqi halında işçiyə hesablanmalı olan əmək haqqı faktiki ödənilmiş məbləğdən daha az olmalı idi. Əmək haqqının hesablanması metodikası ilə bağlı hüquqi qeyri-müəyyənlik və fərqli yanaşmalar mövcud olduğu halda, bu şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu prinsip inzibati icraatın əsas təminatlarından biridir. Beləliklə 2024-ci il üzrə müqayisə olunanda: 6951,38-6823,46=127,92 manat fərq artıq yaranaır. X8 tərəfindən Naidə Rəsulovaya 127,92 manat artıq əmək haqqı ödənilmişdir. Başqa sözlə işçiyə əmək haqqı az hesablanmamış, əmək haqqının "tam ödənilməməsi" halı baş verməmiş və əksinə, işçiyə faktiki olaraq daha yüksək məbləğdə əmək haqqı ödənilmişdir. Bundan əlavə, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan təqsir elementi də mövcud deyil. İşəgötürən əmək haqqının hesablanmasını mövcud əmək qanunvericiliyinə uyğun və şəffaf qaydada aparmış, qəsd və ya ehtiyatsızlıq halları müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyət yalnız işçinin maddi hüquqlarının faktiki pozulması halında yarana bilər. Mövcud iş üzrə isə işçinin əmək haqqı hüquqları pozulmamış, ona hər hansı maddi zərər dəyməmişdir. İnzibati məsuliyyətin tətbiqinin əsas məqsədi işçinin pozulmuş hüquqlarının bərpası və ictimai təhlükəli davranışın qarşısının alınmasıdır. Hazırkı iş üzrə isə işçinin əmək haqqı hüquqları pozulmamış, ona hər hansı maddi zərər dəyməmişdir. Bu baxımdan inzibati tənbehin tətbiqi inzibati məsuliyyət institutunun məqsədinə ziddir. Beləliklə, hətta X9 Xidmətinin istinad etdiyi İzahatın 7-ci bəndi tətbiq edildiyi halda belə, bu, işəgötürən tərəfindən əmək haqqının az və ya natamam ödənilməsini deyil, əksinə, işçiyə daha artıq məbləğdə ödəniş edildiyini təsdiq edir. Bu səbəbdən, hazırkı iş üzrə inzibati xəta tərkibi mövcud olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikası İXMnin tələbləri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədе pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür X3 2024-cü ilin iyun, noyabr və 2025-ci ilin yanvar, mart, may, iyun ayları üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqlarının düzgün hesablanmadığı müəyyən edilmiş, bu səbəbdən “Azəriqaz” İB-nin direktoru X12 barəsində AR İXM-nin 192.4-cü maddəsi ilə 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Azəriqaz” İB-nin direktoru X12 həmin qərardan inzibati orqana şikayət vermiş, X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli 3-17-5/1-R-84279/2025 nömrəli qərarla şikayət təmin edilməmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. “Azəriqaz” İB tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanlanmış 16 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinə fəhlə kateqoriyası üzrə işə qəbul olunan işçilərlə X1 Sistemi (ƏMAS) vasitəsilə əmək müqavilələrinin bağlanması zamanı sistemin funksional məhdudiyyəti ilə bağlı çətinlik yaranır. Belə ki, qeyd olunan kateqoriya üzrə işçilərin əməkhaqqı saatlıq tarif əsasında müəyyən edilir və hazırda saatlıq tarif məbləği 4,84 AZN təşkil edir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin § 4-ün 4.2.1-ci bəndində məhz bu məbləğin göstərilməsi zəruri olsa da, ƏMAS sistemində aylıq tarif maaşı qrafasında 400 AZN-dən az məbləğin daxil edilməsinə texniki məhdudiyyət tətbiq edilmişdir. Nəticədə sistem tərəfindən "400 manatdan böyük və ya bərabər olmalıdır" bildirişi göstərilir və əmək müqaviləsinin rəsmiləşdirilməsi prosesi növbəti mərhələyə keçmir. Hazırda bu problemin aradan qaldırılması məqsədilə müvəqqəti həll yolu kimi işə qəbul edilən əməkdaşın orta aylıq əmək haqqı hesablanaraq (2025-ci il üzrə illik istehsalat təqviminə əsasən orta aylıq iş vaxtı normasına - 158,6 saata uyğun olaraq 774 AZN) sistemə daxil edilir. Lakin bu yanaşma faktiki əməkhaqqı strukturunu tam əks etdirmir və gələcəkdə hesabatlılıq, yoxlama və hüquqi qiymətləndirmə zamanı uyğunsuzluqlara səbəb ola bilər. Qeyd edilənləri nəzərə alaraq müqavilələrinin elektron qaydada düzgün, şəffaf və qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə, həmçinin işəgötürənlər üçün əlavə texniki çətinliklərin aradan qaldırılması ilə bağlı mümkün rəy və təkliflərinizi bildirilməsini xahiş edirik. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X12 tərəfindən X3 2024-cü ilin iyun, noyabr və 2025-ci ilin yanvar, mart, may, iyun ayları üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqlarının düzgün hesablanmaması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, X7 şikayəti təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli 3-17-5/1-R-84279/2025 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub QƏRARAALDİ: X7 şikayəti təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli 3-17-5/1-R-84279/2025 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar