Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1616/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X15 Xidmətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli MN1872206 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, SOCAR Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X13 xx.xx.2025-ci il tarixində sifarişçi təşkilatın sifarişində olarkən, işçilərin nahar fasiləsi vaxtı idarə etdiyi nəqliyyat vasitəsində təmizlik işləri görərkən ayağının sürüşməsi nəticəsində yıxılmış və öz təşəbbüsü ilə X16 müraciət etmişdir. Aparılmış müayinələrin nəticələrində “müayinə sahəsinə daxil olan sümüklərdə travmatik və patoloji dəyişikliklərin aşkarlanmadığı” qeyd olunmuşdur. Müayinə olunduqdan sonra işə qayıdaraq işini davam etdirmişdir. Lakin, sürücü X13 hadisə barəsində işəgötürənə və ya hər hansı məsul şəxsə məlumat verməmişdir. Daha sonra, sürücü X2 Prokurorluğu tərəfindən izahat üçün dəvət edildiyi zaman sürücünün işlədiyi 3 saylı X5 rəhbərliyi məsələdən xəbərdar olmuş və Departamentin rəhbərliyinə xx.xx.2025-ci il tarixində xidməti məruzə ilə müraciət etmişdir. Nəticədə, № 14-2-18-4/3-1İ-1511/2025 saylı 02:12.2025-ci il tarixli intizam tənbehi haqqında əmrə əsasən, X9 əmək intizamına və əməyin təhlükəsizliyi normalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elan edilmişdir. X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 04 fevral 2026-cı il tarixli 3-17-5/2-15885/2026 nömrəli məktubuna əsasən, X12 inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2026-cı il tarixində saat 11:00-da DƏMX-nin Bakı şəhər İdarəsinə dəvət olunmuşdur. Qeyd olunan tarixdə və saatda X6 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, 4 saylı Texnoloji Nəqliyyat Departamentinin Əməyin mühafizəsi, Təhlükəsizlik texnikası və Ekologiya Şöbəsinin şöbə rəisi C.Talıbov və sürücü X13 işə baxılması üçün DƏMX-nin Bakı şəhər İdarəsində olmuşdur. İşə baxılması saat 11:00-a təyin olunmasına baxmayaraq, nümayəndə təxmini 45 dəqiqə gözlədilmişdir, işəgötürənin nümayəndəsinin iştirakı olmadan qərar müzakirəsinin Pirallahı Prokurorluğunun da əməkdaşlarının iştirakı ilə online şəkildə Zoom platformasında aparıldığı bildirilmişdir. Lakin, nümayəndə saat 11:00- da və daha sonrasında Zoom platformasında görüşə qoşulsa da, görüşün başlamadığı qeyd olunmuşdur. Daha sonra nümayəndələrin iştirakı ilə yenidən müzakirə keçirilmiş, sürücü X13 şifahi izahatında işçilərin nahar fasiləsi zamanı hadisənin baş verdiyini və heç kimə məlumat vermədən X16 müraciət etdiyini bildirmiş, Tibb müəssisəsi tərəfindən ona səhhətində narahat olacaq hər hansı bir problem olmadığı bildirildiyi üçün xəstəxanadan ayrıldıqdan sonra yenidən iş yerinə qayıdaraq əmək fəaliyyətinə davam etdiyini qeyd etmişdir. Səhətində hər hansı kəskin pozulma olmadığı üçün o, bu barədə iş icraçısına və işəgötürənə məlumat verməmişdir. Müzakirə zamanı DƏMX-in Bakı şəhər İdarəsinin X16 sorğu göndərdiyi bildirilmiş və sorğuya verilmiş cavabda sürücünün “başın təpə nahiyyəsinin və belin travması diaqnozu" ilə xəstəxanaya müraciət etdiyi qeyd edilmişdir. Həmin diaqnoza əsasən, hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olduğu qənaətinə gəlinmiş və X6 inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. X6 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə inzibati icraat materialı qismində X18 tərəfindən DƏMX-nin sorğusuna verilmiş cavab məktubu ilə tanış olmaq və həmin sənədin surətini əldə etmək məqsədilə xx.xx.2026-cı il tarixində DƏMX-nin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müvafiq icraat materialı ilə tanış olması üçün şərait yaradılsa da, Azərbaycan Respublikasının “İnzibati icraat” haqqında Qanununun 25.8-ci maddəsinin ( Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır) tələbi pozularaq sənədin surəti nümayəndəyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının" 1.3-cü bəndinə görə İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qərarın 1.6-cı bəndinə əsasən, İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Həmin Qərarın 1.7-ci bəndinə əsasən, İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X15 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X15 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X15 Xidmətinə məlumat verməlidirlər. Qeyd olunan müddəalarla bağlı nəzərinizə çatdırmaq istəyirik ki, hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməsi obyektiv sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, X1 hər hansı zərər dəyməmiş, bədən xəsarəti almamış, habelə əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi halı qeydə alınmamışdır. Belə ki, X18 tərəfindən şəxsə xəstəlik vərəqəsi açılmamış və əmək qabiliyyətinin itirilməsinə dair hər hansı sənəd (arayış) təqdim edilməmişdir. Həmçinin, hadisə barəsində ilkin məlumatlı olan qurum X14muş və yuxarıda qeyd olunan qərarın 1.7-ci bəndinin tələbləri tibb müəssisəsi tərəfindən pozularaq DƏMX-nə məlumat verilməmişdir. Hazırki vəziyyətdə inzibati xətanın subyektiv cəhəti (təqsir) və obyektiv cəhəti, yəni hüquqazidd əməl ilə nəticə arasında bilavasitə səbəbli-əlaqə mövcud deyildir. Qeyd olunanlara əsasən, inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından hesab edirik ki, inzibati xəta haqqında qərar əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, 2021-ci il tarixdən həmin idarənin direktoru vəzifəsində işləyir. Quliyev Rövşən idarədə sürücü işləyir. Hadisə xx.xx.2025-ci il tarixdə baş vermiş, 1 həftə sonra xəbərləri olmuşdur. Hadisə nahar fasiləsində olmuşdur. Deməsinə görə avtomobilin arxa hissəsini təmizləyərkən avtomobildən yıxılmış və həkimə müraciət etmişdir. Səhhətində ciddi problem olmadığından arayış və sair verilməmişdir. Sərbəst işə buraxılmış və işinə davam etmişdir. 1 həftə sonra Pirallahı rayon prokurorluğundan məlumat daxil olmuşdur ki, həmin işçini dəvət edib izahatını alıblar. İzahatında göstərmişdir ki, hadisə olub, lakin özü məlumat verməyib. Onların xəbəri olmadan qərar qəbul edilmişdir. Şəxsin sonradan verdiyi izahat qəbul edilməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, şikayəti qəbul etmirlər, əsassızdır. Formal mülahizə əsasında vəzifəli şəxs məsuliyyətdən yayınmaq üçün şikayət edir. İş materiallarından görünür ki, hadisə iş vaxtı baş vermişdir. Naharda baş verməsi iş vaxtı baş verməməsi demək deyil. Nahar fasiləsi də işçinin iş vaxtına daxildir. Bundan başqa işə götürənin işçidən məlumatı olmalı idi. Məlumatının olmaması əsas vermir ki, təqsirsiz olsun. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X13 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə nahar vaxtı idi, avtomobil qaraj tərəfdə idi. Avtomobili arxaya verəndə səhlənkarlıq etmiş və yüngül zədələnmişdir. Xəstəxanaya gedib rentgendən keçmişdir. Çıxanda polisdən zəng etmişlər. Həmin gün də, sonrakı günlər də işə gəlmişdir. Özü heç kimə xəbər verməmişdir. Nahar vaxtları saat 12-1 arasıdır, hadisə saat 12-dən sonra baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X6 barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, 4 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X7 xx.xx.2025-ci il tarixdə iş yerində istifadəsində olan **-JN-*** dövlət qeydiyyat nişanlı “İSUZU” markalı bortlu maşının bort hissəsini təmizləyərkən yıxılaraq xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verən gün bədbəxt hadisənin araşdırılması üçün işəgötürən tərəfindən DƏMX-ə məlumat verilməmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 04 fevral 2026-cı il tarixli, 3-17-5/2-15885/2026 saylı məktubundan görünür ki, X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində DƏMX BŞİ-nə çağırılmışdır. X11 tibbi sənədlərindən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində həkim müayinəsində olmuşdur. Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 02 dekabr 2025-ci il tarixli, 14-2-18-4/3-1i-1511/2025 №-li intizam tənbehi haqqında əmrindən görünür ki, 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı TNS-nin 2 saylı avtomobil dəstəsinin avtomobil sürücüsü X9 (Tab. № 4135670) əmək intizamına və əməyin təhlükəsizliyi normalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elan edilmişdir. xx.xx.2025-ci il tarixli, 357 №-li inzibati tənbeh haqqında xidməti məruzədən görünür ki, 3 saylı TNS-nin 2 saylı avtomobil dəstəsinin İsuzu NKR 55 L markalı ** JN *** d.n.n-lı avtomobilin sürücüsü X13 xx.xx.2025- ci il tarixində avtomobilin yük yerində təmizlik işləri görərkən yıxılmışdır və rəhbərliyə heç bir məlumat verməyibdir. Tədbir görülməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, işçi X7 iş günü xx.xx.2025-ci il tarixdə xəsarət alması barədə məlumatın verilməməsi ilə bağlı X15 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, aparılan inzibati araşdırmada şəxsin iştirakı təmin edilməmiş, işəgötürən tərəfindən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməsi imkanının olub-olmaması faktı araşdırılmadan qərar qəbul edilmişdir. Belə ki, işəgötürən X12 işçi X7 xəsarət alması ilə bağlı məlumatı hadisə günü yox, daha sonra öyrənmiş, bundan sonra müvafiq tədbirlər görmüşdür. X15 vəzifəli şəxs X6 İXM-in 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, mövqeyini əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə vəzifəli şəxs X6 göstərilən maddə ilə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 555.1-ci maddəsinə əsasən, İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1616/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1616/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver