Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1617/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə rayonu, Yeni Əyricə Ə/D, Yeni Əyricə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Fizuli küçəsi ev 71 Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 19 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Bu səbəbdən barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, polis əməkdaşları onun mobil telefonunu istəmiş, o isə protokollaşdırılmasını istədiyi üçün post patrul əməkdaşları tərəfindən döyülmüşdür. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən edilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama haqqında 19 fevral 2026-cı il tarixli, 1376 saylı rəyindən görünür ki, Şəxs sidiyində narkotik vasitə MET (+), PGB (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs Psixostimulyatorlardan, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan PREQABALİNDƏN suiistifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; tutma haqqında protokoldan görünür ki, Şəxs 19 fevral 2026-cı il tarixdə, saat 07:15də inzibati qaydada tutulmuşdur; raportdan görünür ki, polis əməkdaşı xx.xx.2026-cı il tarixdə saat 07:30-da inzibati ərazi xidmətdə olan zaman 1 nəfər şəxsin onları görərək telefonu və əlindəkiləri yerə ataraq qaçdığını aşkar etmişlər, polis əməkdaşı həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi tələb etsə də həmin şəxs suallara cavab verməyərək qaçmağa davam etmiş və yıxılmışdır. Həmin şəxs PŞ-yə təmin edilmişdir. PŞ-də məlum oldu ki, həmin şəxs Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Qəribov X2 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Qəribov X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Həmçinin, məhkəmə iclasında Şəxs üzündə xəsarət izləri müşahidə edildiyindən və onun Post-Patrul Xidməti əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi əsası ilə qərarın surəti araşdırılmanın aparılması üçün Xətai rayon prokurorluğuna göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs 19 fevral 2026-cı il tarixdə, saat 07:15-dən hazıradək tutularaq saxlanıldığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 300 (üç yüz) manat cərimə cəzası saxlanılsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti Şəxs tutulan zaman Post-Patrul Xidməti əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırılmanın aparılması üçün Xətai rayon prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-1617/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1617/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver