Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1620/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Bakı şəhəri Xətai rayon Prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Prokurluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Prokurluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon prokuru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Şəxs barəsində 10 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə № 26-1-2-2/311-0003-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, X11 ilə təxminən 8 ildir ki, evlidir. X13 isə onun qaynıdır. Elşən 1 ildən artıq müddətdir ki, onlarla birlikdə yaşayır. Elşən ilə arasında mütəmadi olaraq müxtəlif vaxtlarda ailədaxili mübahisələr yaranmışdır. Mübahisələrə səbəb birgə yaşadığları mənzil üstündə olmuşdur. Elşən yaşadığları evin satılaraq ona da ev alınmasını həyat yoldaşından tələb etmişdir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:30-da yaşadığı evin mətbəxində qabları yuyan zaman qaynı Elşən arxa tərəfdən yaxınlaşıb qab yumağına məhəl qoymayaraq ona toxunduğu üçün ani olaraq onda əsəb yaranmış və o, əsəbdən əlində yuduğu qazanın qapağını Elşənin üz nahiyyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, qışqıraraq uca səslə əri Müşfiqi mətbəxə dəvət etmişdir. Bu zaman Elşən təpiklə onun qarın nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. Bu anda Müşfiq mətbəxə daxil olmuş və Elşənin onu vurmasını görmüşdür. Elşənin onu vurması Müşfiqdə qəzəb yaratmış və özündən çıxaraq Elşən üzərinə hücum edərək onun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş və Elşənlə əlbəyaxa olmuşlar. Həmin vaxtı Müşfiq Elşəni təpik və yumruqla vurmuşdur. Lakin əsəbi soyumadığı üçün Müşfiq mətbəxdə olan çömçəni götürərək zərbə ilə Elşənə atmışdır. Çömçə Elşənin qoluna dəyərək qırılmışdır. Bundan sonra onlar hər biri hadisə barədə polisə məlumat vermişlər və sonra onların Xətai RPİ-də izahatları alınmışdır. Zərər çəkmiş şəxslə arasında barışıq əldə edilməmişdir. Məhkəmədən himayəsində 3 azyaşlı uşağlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon Prokurorunun köməkçisi X2 qeyd etmişdir ki, 01 avqust 2025-ci il tarixdə saat 21:30-da radələrində X12, X13 və Şəxsh qızı aralarında olan mübahisəni nəticəsində bir-birlərinə yüngül xəsarətlər yetirmişlər. Faktla bağlı Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılmışdır. Sonra Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci 11 tarixli amnistiya aktının 1-ci hissəsinin 1.16, 2.1-ci bəndi və 4-cü bəndinin əsasında onlarında barəsində olan CM-nin 128-ci maddəsi ilə istintaq olunan cinayət işlərinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmiş və hər birinin barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai Rayon Prokurorluğuna həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərərçəkmiş şəxs X13 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəhman Cəfərov tərəfindən qəbul edilmiş 19 yanvar 2026-cı il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci 11 tarixli amnistiya aktının 1-ci hissəsinin 1.16, 2.1-ci bəndi və 4-cü bəndinin əsasında X7 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmiş və X8 və Şəxs barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai Rayon Prokurorluğuna həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 761 №-li canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, vətəndaş X3 saidin kəsilmiş yarası, üst dodağın əzilmiş yarası, sağ yanağın və sol baldırın qaçırları müəyyən edildi. Xəsarətlərdən sol saidin kəsilmiş yarası, iti uca və kənara malik əşya (ola bilsin bıçaq) təsirindən, digər xəsarətlər isə bərk-küt əşya (lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Həmçinin, zərər çəkmiş şəxs X13 ifadəsində göstərmişdir ki, X12 qardaşı X4 isə qardaşının arvadıdır. Qardaşı ilə aralarında atasından qalan ev ünvanının satılıb əmlakın bölünməsi üstündə tez-tez münaqişələr baş verir. Belə ki, qardaşı atasından qalan miras evi sataraq ünvan 2 ünvanını almışdır. Buna görə də ailəsini Naxçıvan şəhərinə göndərərək özü təxminən 1 il müddətdir ki, qeyd edilən ünvanda qardaşının ailəsi ilə birlikdə yaşayır. 01 avqust 2025-ci il tarixdə saat 21:30-da evdə olan zaman hamama daxil olub namaz qılmaq üçün dəstəmaz almaq istədikdə qardaşı Müşfiqin hamamda olduğunu görmüş və bir neçə dəfə hamamın qapısını döysə də Müşfiq qapını açmamışdır. Buna görə də evin mətbəx hissəsinə keçmişdir. Orada çaydanı götürüb su ilə doldurmaq istəyən zaman qardaşı arvadı Aytəkinin mətbəxdə qab yuduğunu görmüşdür. Bir neçə dəfə Aytəkinə çaydanı doldurmaq üçün icazə verməsi üçün səslənsə də Aytəkin heç bir reaksiya vermədiyi üçün sakitcə onun arxa hissəsindən yaxınlaşaraq çaydanı doldurmaq istəyən zaman Aytəkin əlində yuduğu qazan qapağını onun baş nahiyəsindən vurmuşdur.Bu zaman səsə qardaşı Müşfiq gəlmiş və onlar hər ikisi birlikdə onu döyməyə başlamışlar. Müşfiq mətbəxdə olan dəmir kəfkirlə sifət nahiyəsindən, Aytəkin isə mətbəx bıçağı ilə sol qolundan vurmuşdur. Hər iki şəxsə müqavimət göstərmişdir. Bundan sonra DİN-nin 102 Zəng Məlumat Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması 19 yanvar 2026-cı il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 761 №-li canlı şəxsin ekspertizasının ekspert rəyi, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin, özünün qismən etiraf edici ifadəsi ilə tam sübuta yetirilir. Beləliklə, Şəxs AR İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını AR İXM-in 32.1.3-cü maddəsinə əsasən, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbiri edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1620/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1620/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver