Məhkəmə qərarları › İş №3(5-94)-163/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-163/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-163/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs «X6» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi «X6» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə 29 dekabr 2025-ci il tarixli 14000-03427/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2020-ci il tarixli **********5689 nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 1978-ci il “6L47S8Q226713” şassi nömrəli, 1-ədəd “Cadıllac Eldorado” minik nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rısmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq "xxxx" MMC tərəfindən minik nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 3300/012/005608 nömrəli, 18 dekabr 2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********5689 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. xx.xx.2020-ci il tarixli, 01082001 nömrəli invoys sənədi ilə müəyyənləşdirilmişdir ki, “6L47S8Q226713” şassi nömrəli, 1 ədəd “Cadillac Eldarado” nəqliyyat vasitəsinin dəyəri 20000 dollar (1 dollar-1,7 AZN) 34000 AZN təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 hüquqlarını təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək səlahiyyətli orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxıldığını bildirərək inzibati iş üzrə icraata itam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş 29 dekabr 2025-ci il tarixli 14000-03427/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixli **********5689 nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 1978-ci il “6L47S8Q226713” şassi nömrəli, 1-ədəd “Cadıllac Eldorado” minik nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rısmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq "xxxx" MMC tərəfindən minik nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Malların müvəqqəti ixrac müddətinin uzadılmasına dair xx.xx.2025-ci il tarixli 14000- 03427/25 protokoldan görünür ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti 01 (bir) il müddətində malları geri qaytarmağı öz öhdəliyinə götürmüşdür. Bakı Baş Gömrük İdarəsinin Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5689 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2022-ci il tarix kimi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********5689 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1-ədəd “Cadıllac Eldorado” minik nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rısmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq "xxxx" MMC tərəfindən minik nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3300/012/005608 nömrəli, 18 dekabr 2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********5689 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq **********5689 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə gətirilmişdir. xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq bir ildən artıq müddətə gecikdirilməklə " X6” MMC tərəfindən minik nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirlməmişdir. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 29 dekabr 2025-ci il tarixli 14000-03427/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.1.5-ci maddəsinə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına daxil olmuş 1 (bir) ədəd “Cadıllac Eldarado” markalı minik vasitəsinin **********2442 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-cı il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsini, həmin yüklərin uzadılmış müvəqqəti idxal müddətinin xx.xx.2022-ci il tarixində bitməsini, lakin **********2442 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddətinin uzadılması barədə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar