Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1713/2026 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Buna görə də onun barəsində Xətai RPİ 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli və MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X14 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O bildirmşdir ki, Şəxs törətdiyi əməl nəticəsində beş nəfər zərər çəkmiş, onlardan ikisi Şəxs barəsində şikayətçi olmadıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PŞ-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X15 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, əməli törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin 35-cı PŞ-nə təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X14 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X16 məxsus mənzildən 02 ədəd dəyəri 80 manat olan drelin oğurlanması müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2026-cı il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, PŞ-nin icraatında olan X9, X16, X2, X5 və X10 qarşı xırda talama inzibati xətalarını törətmiş şəxs xx.xx.1990-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Yevlax şəhəri, Zərdabi küçəsi, mənzil 125-də qeydiyyatda olan Şəxsdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X17 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin müəyyən edilərək AR İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surəti 35-ci PŞ-nin aidiyyatı əməkdaşa verilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:15-də inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X14 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X9 məxsus mənzildən velosipedin oğurlanması müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və material üzrə inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti Xətai rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 məxsus 50 manat pul və 40 manat civarda Redmi telefonun oğurlanması müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Mahir Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PŞ-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, əməli törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin 35-ci PŞ-nə təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Mahir Rüstəmov tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X12 məxsus mənzildən qaz sayğacının oğurlanması müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Sənan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və hadisəni törətmiş naməlum şəxsin tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti üzrə polis sahə inspektoruna həvalə edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Sənan Məmmədov tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 23 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İ.İsmayılov küçəsi, ev 8, mənzil 46 ünvanında qapının açıq olmasından istifadə edərək içəri daxil olub bijuteriya əşyaları oğurlamış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə protokol, inzibati xətanı törətmiş şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs özgənin əmlakını gizli olaraq talayaraq ona maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı polis əməkdaşının verdiyi izahatda göstərilsə də ki, 2 protokol üzrə barışıq mövcuddur, lakin məhkəməyə barışığı təsdiq edəcək sənədlər və ya tərəflərin özünün ifadəsini əks etdirən ərizələr təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş materiallarında olan izahatları və iş üzrə digər sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs təyin edilmiş inzibati tənbehin müddətinin əvvəli onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrasına nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-1713/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1713/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver