Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-174/2026 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs – X1 iştirakı ilə,X1 AR DİN-in X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN-in X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə onun barəsində tərtib olunan protokol qərəzli və əsassız olduğunu bildirmiş və 19 noyabr 2025-ci il səhər 09:50 radələrində Astara Baki yolunda idarə etdiyi “Volvo FH 480” yük markalı **-HP-*** dövlət qeydiyyat nişanlı (qoşqu 99ZJ624) nəqliyyat vasitəsilə Astaradan Bakıya hərəkətdə olarkən Salyan postuna çatanda, gediş-gəlişi ayıran boş zolaqda bir neçə polis əməkdaşının olduğunu görmüşdür. Gedişin sağ tərəfində polislərdən biri telefonla danışırmış və onun gedişətinin sol tərəfində dayanan polislərdən birinin ayağını piyada keçidinin birinci xəttinin üstündə görmüşdür. O, sürəti tam aşağı salıb polis əməkdaşına piyada keçidindən keçməyə şərait yaratmışdır.Həmin polis sol əlində tutduğu jezl alətini firladaraq piyada keçidindon çıxmışvə digər polislərlə danışaraq 45° altında mənim avtomobilinə tərəf gəlmişdir. Bu zaman əlindəki jezli firlatmağa davam edirmiş və o, elə düşünmüşdür ki, ondan arxadakı maşınlardan birini saxlamaq üçün ona davam etməyini göstərirmiş. Bu zaman idarə etdiyi avtomobilin sürəti 40 km/saatın altında olduğunu bildirmişdir.Onun diqqəti yolun sağ və sol tərəfindəki polislərin yolu keçmə ehtimalı olduğu üçün onlarda olduğu demiş və o,da qayda pozuntusu yaratmamaq üçün yola davam etmişdir. Bir neçə kilometr getdikdən sonra arxadan yol polisi avtomobilinin siqnal səsini eşidib yolun sağına çəkmişdir. Yol polisi baş serjantı ona yaxınlaşmışdır. O, avtomobilin içində, o isə çöldə özünü təqdim etmiş və ondan sənədlərini istəmişdir.Sənədləri yuxarıda qovluqda olduğu üçün "sizin portalınızda onun sənədləri var" demiş və saxlanma səbibini soruşmuşdur Bu zaman ona tabe-sizlik göstərdiyini söyləmişdir. O, isə "təlimata uygun hərəkət edin ki, o,da avtomobilini saxladığını" demişdir. Çünki bu çətin iş deyildi. çünki onlar göstərən postda aşağı sürətlə hərəkət edirmiş və Polis əməkdaşları ondan Yol Hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən saxlanma səbəbini soruşmuşdur. Polis əməkdaşları ona tabe-sizlik etdiyini demişdir.O, polis əməkdaşlarından Salyan postunda yerləşən videogörüntünü tələb etmiş və qanunsuz hərəkət etmişsə protokol yazmağını istəmişdir. Polis əməkdaşları isə "biz özümüz baxıb sizə məlumat verərik" deyərək oradan uzaqlaşmışdırlar.Axşam saat 16:40 radələrində ona tabe-sizlik haqqında mesaj gəlmişdir. O, 102-yə zəng vurmuş, videogörüntünü tələb etmişdir. Əgər yol polisi əməkdaşlarında onun Salyan postunda qayda pozuntusu etdiyim haqda fakt varsa,videogörüntünü təqdim etməsini istəmişdir.xx.xx.2025-ci il tarixdə o, Respublika Qayısına gedib DYP-dən protokol aldıqda ona məlum olmuşdur ki, protokolu Bakı-Astara yolunun 25-ci kilometrində yazıblar. xx.xx.2025-ci ildə mən DYP-dən İXP7600638 protokol əldə etdikdə məlum oldu ki, onlar protokolu Bakı-Astara yolunun 25-ci kilometrində tərtib etmişdirlər. Şikayətimə qanun çərçivəsində baxılmasını xx.xx.2025-ci il tarixli 7P7649619 nömrəli protokola və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN-in Baş X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsi dinləyib, şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN BDYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.3- cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün AR DİN-in X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(5-94)-174/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-174/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver