Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1812/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 və onun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 fevral 2026-cı il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 162500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 30 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 162500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokol natamam tərtib olunmuşdur, protokolda əsaslandırılmış hallar sübut olunmur, ümumiyyətlə "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. "xxxx"xxxx"VEGA LİMİTED LİABİLİTY COMPANY (OOO VEGA)" arasında Rusiya Federasiyası Yekaterinburq şəhərində bağlanılmış xx.xx.2023-cü il tarixli, 122/2023 saylı müqavilənin 1.1-ci bəndinə əsasən "VEGA LİMİTED LİABİLİTY COMPANY” şirkətinin sifarişi əsasında "xxxx" MMC atom elektrik stansiyası üçün havalandırma sistemlərinin layihələndirilməsi, 3 və 4-cü dərəcə təhlükəsizlik sisteminin layihələndirilməsini həyata keçirməlidir. "VEGA LİMİTED LİABİLİTY COMPANY (OOO VEGA)" ilə müqaviləyə edilmiş xx.xx.2024-cü il tarixli 2 nömrəli əlavəyə əsasən "xxxx" MMC həmçinin havalandırma sistemlərinin inşasını, təmirini və texniki xidmətini həyata keçirməlidir. "xxxx"xxxx"X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ" arasında Bakı şəhərində bağlanılmış xx.xx.2023-cü il tarixli, C01/2023 saylı müqavilənin 1.1-ci bəndinə əsasən Şəxs MMC-nin sifarişi əsasmda "X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ" atom elektrik stansiyası üçün havalandırma sistemlərinin layihələndirilməsi, 3 və 4-cü dərəcə təhlükəsizlik sisteminin layihələndirilməsini, havalandırma sistemlərinin inşasını, təmirini və texniki xidmətini həyata keçirməlidir. Atom elektrik stansiyasının havalandırma sistemlərinin layihələndirilməsi, 3 və 4-cü dərəcə təhlükəsizlik sisteminin layihələndirilməsi, inşası və bütün texniki xidmətlər Türkiyə Respublikasmm Mersin şəhərində həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixli, 122/2023 saylı müqavilə əsasında "VEGA LİMİTED LİABİLİTY COMPANY (OOO VEGA)" şirkəti tərəfindən "xxxx" MMC-nin bank hesabına xx.xx.2023-cü il tarixdə 490000, xx.xx.2024-cü il tarixdə 100000, xx.xx.2024-cü il tarixdə 100000 ABŞ dolları olmaqla, cəmi 690.000 ABŞ dolları pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, C01/2023 saylı müqavilə əsasında "xxxx"xxxx"X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ"nin bank hesabına xx.xx.2024-cü il tarixdə 157.500, xx.xx.2024-cü il tarixdə 162.500, xx.xx.2025-ci il tarixdə 53.000, xx.xx.2025-ci il tarixdə 21.200 ABŞ dolları olmaqla, cəmi 394.200 ABŞ dolları pul köçürülmüşdür. "X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ"nin bank hesabına köçürülmüş 394.200 ABŞ dolları məbləğndə pul, "VEGA LİMİTED LİABİLİTY COMPANY (OOO VEGA)" şirkəti tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 690.000 ABŞ dolları məbləğində vəsait hesabına istifadə edilmişdir. Göründüyü kimi, "xxxx"xxxx"X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ" arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, C01/2023 saylı müqaviləyə əsasən "xxxx" MMC malların respublikanın gömrük ərazisinə gətirilmədən ücüncü tərəfə təqdim edilməsi üzrə vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri həyata keçirmiş və Qaydaların 4.3.2-1-ci bəndinə uyğun olaraq köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamış və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilmişdir. Beləliklə, "xxxx" MMC ilo "X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ" arasındakı müqavilə münasibətlərində "xxxx" MMC mallar idxal etmək, iş və ya xidmət müqabilində "X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ"nə avans yolu ilə pul vəsaiti göndərməmiş, əksinə vasitəçilik fəaliyyəti ilə bağlı "VEGA LİMİTED LİABİLİTY COMPANY (OOO VEGA)” şirkətindən daxil olmuş vəsaiti "X9 ENERJİ VE SANAYİ TİCARET LİMİTED SİRKETİ"nə köçürməsini həyata keçirmişdir. Beləliklə o, tərəflərindən heç bir qanun pozuntusuna yol verilmədiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati işin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 162500.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 30 yanvar 2024-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 30 yanvar 2026-cı il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 fevral 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 162500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 30 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 162500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 26 fevral 2026-cı il tarixli, KB-255/2-44/2026 nömrəli məktubdan görünür ki, Şəxs MMC “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkəti”nə xx.xx.2024-cü il tarixində banka təqdim edilən C01-2023 saylı xx.xx.2023 tarixli müqavilə, 12-2023 saylı xx.xx.2023 tarixli invoys üzrə 157.500 USD və xx.xx.2024 tarixində banka təqdim edilən C01-2023 saylı xx.xx.2023 tarixli müqavilə, 01-2024 saylı xx.xx.2024 tarixli invoys üzrə xidmət alınması məqsədilə ölkə xaricinə 162.500 USD məbləğlərində avans köçürmüşdür. "Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarrnın 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər tələb olunan şəkildə təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri ZB 156 və ZB 300 saylı məktublarla Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. Nəzərə çatdırılmalıdır ki, müştərinin “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkəti”nə eyni C01-2023 saylı xx.xx.2023 tarixli müqavilə ilə 2 il müddəti 2027-ci ilin yanvar və mart aylarında tamamlanacaq xx.xx.2025-53.000 USD və xx.xx.2025-21.200 USD avansları mövcuddur. Müştəri xx.xx.2026-cı il tarixində banka sözügedən ödənişlər ilə əlaqədar olaraq məktub ünvanlamışdır. Müştərinin "xxxx" ASC-yə ünvanlandığı məktubundan göründüyü kimi müştərinin bankdakı AZ65TCZB******************** saylı hesabına “Vega Limited Şirketi Merkezi R.” tərəfindən 122/2023 saylı və xx.xx.2023 tarixli müqaviləyə əsasən göndərilmiş cəmi məbləği 690.000 USD təşkil edən (11.12.23 tarixində 490.000 USD, 14.02.24 tarixində 100.000 USD və 21.02.24 tarixində 100.000 USD) vəsaitiər mədaxil olunmuşdur. Müştərinin təqdim etmiş olduğu məlumat və sənədlərdə Şəxs MMC tərəfindən “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkətin”dən sifariş edilmiş xidmətlər, “Vega Limited Şirketi Merkezi R.” tərəfindən Şəxs MMC-dən sifariş edilmiş və buna müvafiq iki tərəfli köçürmələr icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən köçürmələrin "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.2.1 bəndinə müvafiq olaraq vasitəçilik xidməti çərçivəsində icra edildiyi müştəri tərəfindən bildirilməkdədir. Müştəri tərəfindən bildirildiyi kimi, qeyd olunan əməliyyat çərçivəsində ölkə xaricindən hesaba mədaxil olunmuş məbləğ, ölkə xaricinə köçürülmüş məbləğdən çox olduğu bildirilməkdədir; Şəxs MMC ilə “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkəti” arasında bağlanmış xx.xx.2023-cü il tarixli C01/2023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə razılıq müqaviləsindən görünür ki, razılaşmaya əsasən “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkəti” təhlükəsizlik sinifləri 3 və 4 olan atom elektrik stansiyalarında (havalandırma klapanları) havalandırma avadanlıqlarının quraşdırılması və texniki xidməti, passiv havalandırma avadanlıqlarının aerodinamik və möhkəmlik sınaqları üçün budaqların yığılması, quraşdırılması və istismara verilməsi öhdəliyini öz üzərinə götürmüşdür; Şəxs MMC ilə “Vega Limited Liability Company (Vega LLC)” arasında bağlanmış xx.xx.2023-cü il tarixli 122/2023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə razılıq müqaviləsindən görünür ki, razılaşmaya əsasən Şəxs MMC nüvə elektrik stansiyaları üçün, təhlükəsizlik sinifləri 3 və 4 olan atom elektrik stansiyalarında (havalandırma klapanları) havalandırma avadanlıqları üzrə texniki sənədlərin, o cümlədən layihə sənədlərinin hazırlanmasını və razılaşdırılmasını, passiv havalandırma avadanlıqlarının aerodinamik və möhkəmlik sınaqları üçün budaqların yığılması, quraşdırılması və istismara verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X5 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 fevral 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 162500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 30 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 162500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olduğu kimi təmsil etdiyi hüquqi şəxs ilə “Vega Limited Liability Company (Vega LLC)” arasında bağlanmış xx.xx.2023-cü il tarixli 122/2023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə razılıq müqaviləsinə əsasən Şəxs MMC nüvə elektrik stansiyaları üçün, təhlükəsizlik sinifləri 3 və 4 olan atom elektrik stansiyalarında (havalandırma klapanları) havalandırma avadanlıqları üzrə texniki sənədlərin, o cümlədən layihə sənədlərinin hazırlanmasını və razılaşdırılmasını, passiv havalandırma avadanlıqlarının aerodinamik və möhkəmlik sınaqları üçün budaqların yığılması, quraşdırılması və istismara verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra Şəxs MMC ilə “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkəti” arasında bağlanmış xx.xx.2023-cü il tarixli C01/2023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə razılıq müqaviləsinə əsasən “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkəti” təhlükəsizlik sinifləri 3 və 4 olan atom elektrik stansiyalarında (havalandırma klapanları) havalandırma avadanlıqlarının quraşdırılması və texniki xidməti, passiv havalandırma avadanlıqlarının aerodinamik və möhkəmlik sınaqları üçün budaqların yığılması, quraşdırılması və istismara verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin direktoru və nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 26 fevral 2026-cı il tarixli, KB-255/2-44/2026 nömrəli məktubundan da göründüyü kimi Şəxs MMC tərəfindən “X9 Enerji ve Sanayi Ticaret Limited Şirkətin”dən sifariş edilmiş xidmətlər, “Vega Limited Şirketi Merkezi R.” tərəfindən Şəxs MMC-dən sifariş edilmiş və buna müvafiq iki tərəfli köçürmələr icra edilməklə 162500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait vəsait ölkəyə xaricinə göndərilmişdir. Göründüyü kimi Şəxs MMC digər iki şirkət arasında vasitəçilik etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 162500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 30 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü və bu köçürmə vasitəçilik xidməti əsasında icra edildiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1812/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1812/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver