Məhkəmə qərarları › İş №3(5-94)-1819/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1819/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1819/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2026-cı il tarixində Xətai rayonu, Rövşən Əliyev 27 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “AVA Biznes Mərkəzin”də keçirilən yanğın texniki müayinə zamanı məlum olmuşdur ki, YTQ-nin № 01-2001 bənd 1.9.4, 10.4, 61, 2.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolda Xətai rayonu, Rövşən Əliyev 27 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “AVA Biznes Mərkəzin”də keçirilən yanğın texniki müayinə zamanı qanunvericiliyin tələblərinin pozulması göstərilsə də, yoxlama aparılan ərazi hüquqi şəxsin mülkiyyətində deyil və ona heç bir aidiyyəti yoxdur. Belə ki, reyestr məlumatları barədə çıxarışdan da göründüyü kimi Şəxs MMC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, Sabir küçəsi, ev 21-dir. Beləliklə o, yanğın texniki müayinə aparılan ərazinin Şəxs tərəfindən idarə olunmadığını bildirərək barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin baş inspektoru daxili xidmət mayoru Mənsur Atakişiyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixində Xətai rayonu, Rövşən Əliyev 27 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “AVA Biznes Mərkəzin”də keçirilən yanğın texniki müayinə zamanı məlum olmuşdur ki, YTQ-nin № 01-2001 bənd 1.9.4, 10.4, 61, 2.5-ci bəndlərinin tələbləri pozulmuşdur; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 17 fevral 2026-cı il tarixli çıxarışdan görünür ki, xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə Şəxsnə məxsus “AVA Biznes Mərkəzin”də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır; xx.xx.2026-cı il tarixli, 2300 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev 27 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “AVA Biznes Mərkəzin”də aparılmış yoxlama zamanı aşağıda qeyd olunan pozuntulara yol verilməsi aşkar edilmişdir: 1) Obyektdə quraşdırılmış avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna lisenziyalı ixtisaslaşdırılmış təşkilatlar tərəfindən profilaktiki baxışın keçirilməsi, texniki qulluğun göstərilməsi, sazlığı və işəyararlılığı barədə sonuncu baxış aktları və müvafiq sənədlər təqdim olunmadı; YTQ 01- 2001, bənd-1 9.4, 9.1. 2) Obyektin ümumi elektrik təsərrüfatına profilaktiki baxışın mütəmadi keçirilməsi, naqil və kabellərin izolyasiyasının gərginliyə qarşı və torpaqlama müqaviməti barədə sınaq protokolları təqdim edilmədi: YTQ 01 -2001 bənd 6.1. 3) Obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyyə Planı” tərtib olunmayıb. YTQ 01-2001, bənd 2.5. 4) Obyektdə mövcud odsöndürən balonların saxlanılması qaydasına riayət edilmir (döşəmədən 1.5 metr hündürlükdən asılmayıb). YTQ 01-2001, bənd 10.4. 5) Obyekt insanların normal və təhlükəsiz köçürməsini həyata keçirmək məqsədilə “Çıxış” sözləri yazılmış işıqlı göstəricilərlə tam təmin edilməyib: YTQ 01-2001, bənd-6.7. 6) Obyektdə müvəqqəti elektrik xətləri və uzadıcılardan istifadə edilir. YTQ 01-2001. bənd 6.5. Məhkəmə iş materiallarını araşdırıb və hüquqi şəxsin nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin baş inspektoru daxili xidmət mayoru Mənsur Atakişiyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda xx.xx.2026-cı il tarixində ünvan 2 ünvanında yerləşən “AVA Biznes Mərkəzi”ndə aparılan yanğın texniki müayinə zamanı Şəxs tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması qeyd edilsə də, məhkəmə iclasında yanğın texniki müayinə aparılan ərazinin və ya obyektin Şəxs tərəfindən idarə edilməsini təsdiqləyən sənədlər səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolda Xətai rayonu, Rövşən Əliyev 27 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “AVA Biznes Mərkəzin”də keçirilən yanğın texniki müayinə zamanı qanunvericiliyin tələblərinin pozulması göstərilsə də, yoxlama aparılan ərazi hüquqi şəxsin mülkiyyətində deyil və ona heç bir aidiyyəti yoxdur. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar