Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1914/2026 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xətai Rayon İcra şöbəsinin icra məmuru X8, X1 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanına qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1754/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2013-ci il tarixdən başlayaraq, Şəxs 16 dekabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşı çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 93 (doxs üç) manat sabit pul məbləğində müəyyən edilərək X4 xeyrinə tutularaq, ödənilməlidir. Abşeron rayon Məhkəməsinin 2(12)-5860/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2025-ci il tarixindən başlayaraq 03 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon İcra Şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1754/2013 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1754/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədləri borclu tərəfindən icra edilməmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1754/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə ödənilməmiş məbləğ 651 manat, Abşeron rayon Məhkəməsinin 2(12)-5860/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borc isə 1.240 manat təşkil edir. Ümumilikdə hər iki qətnamə üzrə fevral ayı daxil olmaqla 1891 (min səkkiz yüz doxsan bir) manat borc yaranmışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş Şəxs izahatında bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin icra sənədinə münasibətdə 2025-ci il iyul ayına qədər ödəmə etmiş, lakin, sonradan qızı X9 əməliyyat olunduğu üçün 21.000 manat pul tələb edilmiş, həmin məbləğin 5.000 manatını sadəcə qarşı tərəf ödəmiş, geri qalan məbləği özü qarşılamışdır. Bundan sonra yaranan maddi çətinliklərdən qaynaqlanaraq alimenti ödəyə bilməmişdir. Abşeron rayon məhkəməsinin qətnaməsinə münasibətdə isə borcdan xəbəri olmamış, bildiriş almamış, bununla bağlı məhkəmədə məlumatı olmuşdur. Hazırda hər iki borc üzrə müəyyən ödəniş etməyə hazırdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 izahatında göstərdi ki, Şəxs qətnamə ilə müəyyən edilmiş alimenti, hər ay mütəmadi ödəməmişdir, çətinliklə, icra və polis vasitəsilə aliment borcunu ala bilmişdir. Övladlarının əməliyyatında borclunun dediyi kimi, lazımi ödənişi etmişdir, əməliyyatdan sonra uşaq atası ilə qaldığı üçün 2025-ci il iyun ayına qədər olan borcdan imtina etmişdir. Lakin, son 7 aydır ki, tələb olunan aliment ödənilmir, uşaqları böyüdüyü üçün xərcləri artır. Yaranan borcu məhkəmə vasitəsilə tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmədən borcunun məsuliyyətini dərk edib, borcu vaxtıvaxtında ödəməsi üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 izahatında, Şəxs qətnamə ilə təyin edilmiş aliment borcunu vaxtı-vaxtında ödəməsini, övladının xərclərinin qarşılanmasında məsuliyyət dərk edərək yardım göstərməsi üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1754/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2013-ci il tarixdən başlayaraq, Şəxs 16 dekabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşı çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 93 (doxs üç) manat sabit pul məbləğində müəyyən edilərək X4 xeyrinə tutularaq, ödənilməlidir. Abşeron rayon Məhkəməsinin 2(12)-5860/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2025-ci il tarixindən başlayaraq 03 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq ödənilməlidir. “icraata başlamaq haqqında” xx.xx.2013-ci il tarixli qərardan görünür ki, həmin tarixdə 19 sentyabr 2013-cü il tarixli 2(043)-1754/2013 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə 16 dekabr 2025-ci il tarixli 2(012)-5860/2025-009 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. Ədliyyə Nazirliyinin “Elektoron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs mülkiyyətində danışmaz əmlak, nəqliyyat vasitəsi yoxdur, əmək haqqı, pensiya, təqaüd vəsaiti almır. Qeyd edilənlər həm tələbkarların, həm də borclunun izahatları, həmçinin, iş materialları ilə öz təsdiqini tapır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı iş materiallarına və izahatlara əsasən müəyyən edilmişdir ki, Şəxs işləmir və onun mülkiyyətində hər hansı əmlak yoxdur. Həmçinin, göründüyü kimi, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1754/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Şəxs tərəfindən 2025-ci ilin iyul ayınadək aliment borcu üzrə ödənişlər ödənilmiş, sonradan borcun ödənilməməsinə səbəb övladının əməliyyat xərcləri ilə bağlı onun maddi vəziyyətinin pisləşməsi olmuşdur. Qeyd olunan xüsusat tələbkar tərəfindən də təsdiq edilmişdir. Eyni zamanda, Şəxs Abşeron rayon Məhkəməsinin 2(12)- 5860/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən məlumatsız olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şəxs hərəkətində icra sənədinin üzrsüz səbəbdən ödənilməməsi halı müəyyən olunmamışdır və onun əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. AR İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-in 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 mart 2026-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1914/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1914/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver