Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1928/2026 13.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə, Baş X10 İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli, EQ 26573804 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2025-ci il tarixli, EQ 26573804 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan 1998-ci ildə istehsal olunan Peugeot Partner markalı, 90MA982 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, xx.xx.2019-cu ildən idarə etmir və bu günə qədər avtomobilin harda oldugu yerini də bilmir. xx.xx.2019-cu ildən X1na 7E-5891 nömrəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Peugeot Partner markalı avtomobili idarə edib və Bakı şəhəri Kəmran Əfkarı küçəsində yerləşən avtoservisə uzun müddətli təmirə X1 tərəfindən gətirilmişdir. xx.xx.2024-cü ildə ona məlum olmayan səbəblərə görə tərəfdən Reyestrdə 7E-5891 nömrəsi olan etibarnamə qüvvədən düşmüş hesab olunmuşdur. X1 ona bu haqda heç bir məlumat verməmiş və 1998 ci ildə istehsal olunmuş Peugeot Partner minik avtomobili Bakı şəhəri Kəmran Əfkari küçəsində yerləşən avtoservisin qarşısında uzun müddətli təmirdə eyni ünvanda hərəkətdə olmayan halda DYP-si əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqinda 339.1-1 maddəsini əsas tutaraq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokolları qeyri qanuni hesab edir çünki avtomobil təmirdə və idarə oluna bilmədiyi halda idi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X10 İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli, EQ 26573804 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 11:44-də “Peugeot Partner” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 (əlli) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Protokola əlavə edilmiş fotolardan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:44-də “Peugeot Partner” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında yol polisi nəfəri olduğu görünür. Baş X10 İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, yol hərəkəti qayda pozuntuları törətmədiyi halda barədə çıxarılmış EQ 21441171, EQ 21903737, EQ 22564284, EQ 23053632, EQ 23489992, EQ 24430933, EQ 24735346 və EQ 25859115 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan narazılığınıza dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Elektron qərarların çıxarılması texniki səhvlə əlaqəli olmuş və qanunvericiliyin tələblərinə əsasən həmin qərarlar ləğv olunaraq işlərin icraatına xitam verilmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X4 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Bu səbəbdən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin törədilməsi (inzibati xəta törədilmişdirmi) inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardandır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, Baş X10 İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli, EQ 26573804 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayəti təmin edilsin. Baş X10 İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli, EQ 26573804 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1928/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1928/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver