Məhkəmə qərarları › İş №3(5-94)-1959/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1959/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1959/2026 11.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Heydər Əli oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi – Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati materiala baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 26 fevral 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2.538.800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti köçürmə ərizəsinə əsasən bankda olan hesabından 02 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara avans olaraq köçürmüş, lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 55.430 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aprılan hüquqi şəxs "xxxx" MMC nin nümayəndəsi Nümayəndə2 çıxışında bildirmişdir ki, Mərkəzi Bankın 26 fevral 2026-cı il tarixli, EP0358632 nömrəli inzibati xəta haqqında protokolu əsassızdır. "xxxx" MMC tərəfindən, Azərbaycan Respublikasından kənara köçürülən pul vəsaiti qarşılığında iki ay ərzində 31 ədəd avtomobil ölkə ərazisinə idxal edilmişdir. Təqdim edimiş və iş materiallarına əlavə edilmiş “alqı-satqı” müqavilələrindən və gömrük bəyannaməsindən bunu aydın görmək olur. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə öncədən xəbər verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 fevral 2026-cı il EP0358632 nömrəli protokoldan görünür ki, "xxxx" MMC Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə edilmiş sənədlərə əsasən, 55.430 ABŞ dolları qalıq qalmış, həmin məbləğdə malların idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 02 fevral 2024-cü il tarixində 2.538.800 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə xaricə köçürülmüşdür. Əlavə edilmiş sənədlərdən görünür ki, idxal edilmiş mallar **********1508, **********1500, **********2847, **********1666, **********1487, **********1669, **********1504, **********1497, **********1503, **********1512, **********1667, **********3956, **********3965, **********3975, **********3963, **********3960, **********3947, **********3943, **********3970, **********3953, **********5822, **********8780, **********8747, **********0552, **********3663, **********3670, **********3664, **********3666, **********1591, **********1592 nömrəli bəyannamələrlə bəyan edilmişdir. 04 aprel 2024-cü il tarixli **********1508 sorğu nömrəli, 04 aprel 2024-cü il tarixli **********2316 sorğu nömrəli və 15 aprel 2024-cü il tarixli **********3956 nömrəli gömrük bəyannamələrindən görünür ki, JTHB21B16P2232534, JTHB21B10P2232416 JTHB21B18P2233197 şassi nömrəli üç ədəd 55.430 ABŞ dolları dəyərində “Lexus” markalı avtomobillər ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 430.3. Müvəkkil banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İş materiallarında olan ödəniş sənədlərindən və müqavilələrdən görünür ki, **********1508, **********1500, **********2847, **********1666, **********1487, **********1669, **********1504, **********1497, **********1503, **********1512, **********1667, **********3956, **********3965, **********3975, **********3963, **********3960, **********3947, **********3943, **********3970, **********3953, **********5822, **********8780, **********8747, **********0552, **********3663, **********3670, **********3664, **********3666, **********1591, **********1592 nömrəli bəyannamələr bank tərəfindən qeydə alınsa da, **********2316 saylı, xx.xx.2024cü il tarixli bəyannamə qeydiyyata alınmamış və 55.430 ABŞ dolları vəsait hesabına alınan malların 2 il müddətində ölkəyə idxal edilməməsi nəticəsinə gəlinmişdir. Halbuki, **********2316 saylı, xx.xx.2024-cü il tarixli bəyannamədən görünür ki, JTHB21B16P2232534 şassi nömrəli “LEXUS ES300H” hibrid-benzin mühərrikli avtomobil də, digər avtomobillər kimi ödənişin edildiyi 02 fevral 2024-cü il tarixdən 2 il müddətində, yəni, xx.xx.2024-cü il tarixdə ölkəyə idxal edilmişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, 55.430 ABŞ dolları vəsait hesabına alınan mallar 2 il müddətində ölkəyə idxal edilmiş və "xxxx" MMC tərəfindən inzibati xətaya yol verilməmişdir. AR İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC -nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar