Məhkəmə qərarları › İş №3(5-94)-1960/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1960/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1960/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, Bakı şəhər Xətai Rayon Dövlət X10 axtarış üzrə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, Bərdə rayonu, Bərdə şəhəri, M.Cəfərov küçəsi ev 52 üvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.8, 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.8-ci və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 25 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, Şəxs 11 yanvar 2026-cı il tarixdə saaat 22:00 radələrində xx.xx.2026-cı il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi Opel Zafira markalı 99HQ864 dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə piyada X4 vuraraq ehtiyatsızlıqdan sonuncuya sol mil-bilək nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu və sol diz oynağı nahiyəsinin şişkinliyi halında sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhər Xətai Rayon Dövlət X10 nümayəndəsi X5 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 11 yanvar 2026-cı il tarixdə saaat 22:00 radələrində xx.xx.2026-cı il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi Opel Zafira markalı 99HQ864 dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə piyada X4 vuraraq ehtiyatsızlıqdan sonuncuya sol mil-bilək nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu və sol diz oynağı nahiyəsinin şişkinliyi halında sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, taksi sürücüsüdür, sürücülük hüququnun məhdudlaşdığından xəbəri olmamışdır. M.Hadi küçəsində maşını arxaya hərəkət etdirərkən, ehtiyatsızlıqdan arxada olan X6 yüngül zərər yetirmişdir. Hadisə baş verən kimi, maşından düşüb, şəxsə yaxınlaşıb əlindən gələn köməyi təklif etmişdir. Əsəbi halda olan zərərçəkmiş aqressiv cavab verərək, təklifini qəbul etməmişdir. Daha sonra maşına mindirib xəstaxanaya və ya evinə aparmağı təklif etmiş, buna da razı olmadıqda, maşını qadağan olunmuş yerdən çəkib, ikinci çıxışa aparmışdır. Hadisədən təxminən 14 gün sonra Xətai rayon Polis İdarəsinə çağırılaraq üzləşdirmə aparılmış, inzibati xəta haqqıda protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verməsini və etdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında videogörüntü vasitəsilə iştirakı təmin edilən zərəçəkmiş şəxs X7, təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: 25 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.8-ci və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “OPEL ZAFİRA” markalı **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq X6 ehtiyatsızlıqdan yüngül xəsarət yetirmişdir. AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, X1 mil-bilək nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu və sol diz oynağı nahiyəsinin şişkinliyi halında sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyaların təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2026-cı il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxs X6 yüngül xəsarət yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189- 1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 215.5, 221, 227, 229, 232-1, 244-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 279.2, 279.3, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 295.7, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərinə əsasən şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.6-cı maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.6-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 327.8 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir, həmçinin, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışması, zərər çəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmaması da məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir, daha ciddi xəta hesab olunan AR İXM-in 332.4-cü maddəsinin sanksiyasında cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri ilə təqsirli bilinərək onun barəsində AR İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 34.3, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs İXM-in 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Xətai rayon X11 Şöbəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar