Məhkəmə qərarları › İş №3(5-94)-1998/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1998/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1998/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Əhmədov Heydər Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx xxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 09 mart 2026-ci il tarixdə qanuni əsaslarla daxil olduğu Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi ev 25-də yerləşən “Oba Market”dən dəyəri 65 (altmış beş) manat olan “Ballantines Fitnes” markalı içkini oğurlayaraq xırda talama əməlini törətmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi İlqar Əsədov tərəfindən 10 mart 2026-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi İlqar Əsədov qeyd etmişdir ki, Şəxs 09 mart 2026-ci il tarixdə qanuni əsaslarla daxil olduğu Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi ev 25-də yerləşən “Oba Market”-dən dəyəri 65 (altmış beş) manat olan “Ballantines Fitnes” markalı içkini oğurlayaraq xırda talama əməlini törətmişdir. Hazırda zərər çəkmiş şəxsə vurulmuş ziyan Şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, törətdiyi əməlinin fərqində olmadığını, hazırda zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək, barışıq əldə etdiyini bildirmiş, əməlindən səmimi peşman olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında qeyd etmişdir ki, hadisənin baş verdiyi ünvan 2 ünvanında yerləşən “Oba” marketdə müdir vəzifəsində işləyir. Hadisə nəticəsində ona vurulmuş 65 manat məbləğində ziyan tamamilə ödənilmişdir, Şəxs qarşı şikayəti, tələbi yoxdur, hazırki iş üzrə aralarında barışıq əldə olunmuşdur. İş materiallarında olan: 10 mart 2026-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə xidmət sahəsinə həvalə edilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə təqdim edilməsi qərara alınmışdır. xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 09 mart 2026-ci il tarixdə, saat 18:09-da inzibati qaydada tutulmuşdur. Həmçinin, zərərçəkmiş şəxs X2 məhkəmə iclası zamanı yazıb təqdim etdiyi ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışdığını, dəymiş ziyanın tamamilə ödənilməsini, həmin şəxsə dair heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materillarında olan zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən və izahatlardan göründüyü kimi, barəsində protokol tərtib edilmiş şəxs Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs ilə barışdığından və ona vurulmuş ziyanı tamamilə ödədiyindən, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar