Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1999/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Bakı şəhər Xətai İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə rəisi Emin Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Buna görə də onun barəsində Xətai RPİ 36-cı Polis Şöbəsinin polis sahə rəisi Emin Qəhrəmanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə rəisi Emin Qəhrəmanov protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 məxsus 58.96 manat pulu cərimə ödənişi adı ilə kartından çıxarmışdır. X4 təqdim etdiyi ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilmişdir, Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. Xətai RPİ 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanına təqdim edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 09 mart 2026-cı il tarixdə, saat 19:40-da inzibati qaydada tutulmuşdur. Xətai RPİ 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Anar Xəlilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanına təqdim edilmişdir. MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Xətai RPİ 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Elşad Cəfərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 fevral 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanına təqdim edilmişdir. Xətai RPİ 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Elşad Cəfərov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Xətai RPİ 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Anar Xəlilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanına təqdim edilmişdir. MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X2 məxsus olan ünvan 3 ünvanındakı qapını açmaqla 40 manat bijuteriya əşyalarını oğurlamışdır. Xətai RPİ 36-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru Emin Qəhrəmanov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Xətai RPİ 36-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru Emin Qəhrəmanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, fakta görə AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanına təqdim edilmişdir. MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə müdir vəzifəsində çalışdığı ünvan 5 ünvanında yerləşən “Al” marketdən 95 manat dəyərində olan tütün məmulatları oğurlanmışdır. Xətai RPİ 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Aslan Rəhimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, fakta görə AR İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanına təqdim edilmişdir. Xətai RPİ 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Cavid Hüseynov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X11-tok şəbəsindən yazaraq yeznəsinin borcu olduğunu bildirmiş və onun 60 manat pulunu almışdır. Zərərçəkmiş şəxs X1 təqdim etdiyi ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilmişdir, Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 təqdim etdiyi ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilmişdir, Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X9 təqdim etdiyi ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilmişdir, Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilənlərə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən hazırda Şəxs barəsində 6 epizod üzrə protokol tərtib edilməsini, onlardan dördünə dəymiş ziyanın ödənilməsini, digər iki nəfərə münasibətdə zərərin ödənilməməsi və barışığın əldə edilməməsini nəzərə alır və belə qənaətə gəlir ki, barışıq əldə edilmiş 4 epizod üzrə icraata xitam verilməli, digər 2 epizod üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində təqsirli bilinərək barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri - həbs tətbiq edilməlidir. İnzibati həbsetmənin əvvəli 09 mart 2026-cı il tarixdən, saat 19:40-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 mart 2026-cı il tarixdən, saat 19:40-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-1999/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1999/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver