Məhkəmə qərarları › İş №3(5-94)-2005/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-2005/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-2005/2026 11.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Ramazanov Zəfər Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 mart 2026-cı il tarixli, MN 2735380, MN 2735379, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokollar geri qaytarılmalıdır. Belə ki, həmin materiallarda olan 11 mart 2026-cı il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs 749 saylı ünvanda X1 əmlakına ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Maddənin sanksiyası isə vurulmuş ziyana münasibətdə cərimə edilməsini nəzərdə tutur. Hazırki işdə isə X2 dəymiş ziyanın məbləği müəyyən edilməmiş, dəymiş ziyanın nə qədər olduğunu məhkəmə iclasında müəyyən etmək də mümkün deyildir. Belə olan halda isə məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda İXM-nin maddəsi 232-1 yox, 232.1 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən QƏRARA ALDİM: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və əlavə edilmiş materiallar Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar