Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-2011/2026 16.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 Bakı Nəqliyyat Agentliyi (hal-hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan 17 ədəd inzibati qərarın (BNA0211427, BNA0194381 və s.) ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxmışdır. Odur ki o, buraxılmış müddətin bərpa edilərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* saylı qərardan görünür ki, X1 xx.xx.2019-cu il tarixdə, saat 19:30-da Nizami rayonu, Qara Qarayev prospektində “Azsamand minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında məlumat nəqliyyat vasitəsinin sürücüsünün istifadəsində olan mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilir və barəsində qəbul edilmiş qərar ona məxsus elektron kabinetdə yerləşdirilir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra müraciət olunmuş və şikayət ərizəsi xx.xx.2026-cı il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi (hal-hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi (hal-hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-2011/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-2011/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver